Məhkəmə qərarları › İş №e-2(075)-1483/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1483/2022

12.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1483/2022 12.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh (Cavabdeh məhkəmə hazırlıq iclasında iştirak etmişdir) vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Cavabdeh alimentin tutulması barədə Şəki Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(075)-3660/2018 saylı qətnaməsi ilə təyin edilən 110 manat sabit pul məbləğində alimentin məbləğinin artırılması, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək göstərmişdir ki, İddiaçı 05 sentyabr 2006-cı il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Onların birgə nikahlarından 28 yanvar 2010-cu il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşasalar da, sonralar aralarındakı münasibətləri pozulmuş və ayrılmışlar. Şəki Rayon Məhkəməsinin 26 fevral 2013-cü il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında 05 sentyabr 2006-cı il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahdan olan uşaqları 28 yanvar 2010-cu il təvəllüdlü X5 İddiaçı himayəsində saxlanılmış və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 70 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bildirmişdir ki, sonradan İddiaçı aliment məbləğinin artırılması tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 24 avqust 2016-cı il tarixli, 2(075)-5098/2016 saylı qətnaməsinə əsasən 28 yanvar 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 alınaraq İddiaçı verilən aliment məbləği artırılaraq 90 manat məbləğində müəyyən edilmişdir. Lakin bir müddət sonra həmin aliment məbləği uşağın saxlanılması üçün yetərli olmamışdır. İddiaçı uşağın maddi təminatını tam qarşılaya bilmədiyi üçün alimentin artırılması tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(075)- 3660/2018 saylı qətnaməsinə əsasən 28 yanvar 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 tutulan aliment məbləği artırılaraq 110 manat məbləğində müəyyən olunmuşdur. Bildirmişdir ki, hal-hazırda uşağın saxlanılması xərcləri artmışdır. Belə ki, uşaq böyüyüb yaşı artdıqca onun qida, geyim və təhsil xərcləri artmışdır. İddiaçı uşağın təhsil və tərbiyəsi ilə bağlı bir neçə müəllim yanına qoymuşdur ki, mükəmməl təhsil alsın ali məktəbə qəbul ola bilsin. Ancaq müəyyən olunmuş 110 manat aliment məbləği bu xərclərin cüzi hissəsini təşkil edir. Qanunvericiliyin tələbinə əsasən Cavabdeh da onunla bərabər bu xərcləri qarşılamağa borcludur. Bildirmişdir ki, Cavabdeh Bakı şəhərində maşın təmiri ustası işləməklə yüksək gəlir əldə edir. Məşhur sənətkardır. İddiaçı uşağın saxlanılmasında çətinlik çəkir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh göstərmişdir ki, o, İddiaçı ilə 05 sentyabr 2006-cı il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan 28 yanvar 2010-cu il təvəllüdlü X5 adlı övladları olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət səmimi yaşasalar da, sonradan ailə münasibətləri pozulmuş və ayrımışlar. Şəki Rayon Məhkəməsinin 26 fevral 2013-cü il tarixli qətnaməsinə əsasən onunla İddiaçı arasında 05 sentyabr 2006-cı il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahdan olan uşaqları 28 yanvar 2010-cu il təvəllüdlü X5 İddiaçı himayəsində saxlanılmış və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 70 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bildirmişdir ki, sonaradan İddiaçı aliment məbləğinin artırılması tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 24 avqust 2016-cı il tarixli, 2(075)-5098/2016 saylı qətnaməsinə əsasən 28 yanvar 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 alınaraq İddiaçı verilən aliment məbləği artırılaraq 90 manat məbləğində müəyyən edilmişdir. Lakin bir müddət sonra iddiaçı həmin aliment məbləğinin uşağın saxlanılması üçün yetərli olmadığını əsas gətirərək alimentin artırılması tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(075)-3660/2018 saylı qətnaməsinə əsasən 28 yanvar 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan tutulan aliment məbləği artırılaraq 110 manat məbləğində müəyyən olunmuşdur. Bildirmişdir ki, İddiaçı ona qarşı məhkəməyə müraciət edərək birgə nikahlarından anadan olmuş uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğdə 300 manat alimetin tutulması xahiş etmişdir. İddiaçının hazırki iddia tələbini qəbul etmir və əsassız hesab edir. Göstərmişdir ki, iddiaçı hal-hazırda Şəki rayon mərkəzi Xəstəxanasında işləyir və 477 manata əmək haqqı alır. O isə heç bir yerdə işləmir. Hal-hazırda xəstəlikdən əzab çəkir. Onurğasında problemlər var. Əyilməyində, qalxmağında problemlər olduğu üçün işləyə bilmir. Faktiki olaraq hal-hazırda işsizdir. Buna baxmayaraq bu günə kimi, olan aliment məbləğini vaxtı-vaxtında ödəyir. İddiaçı iddia ərizəsində onun maşın ustası kimi işlədiyini qeyd etmişdir. O, uzun illər əvvəl maşın ustası işləmişdir. Lakin 2015-ci ildə fəaliyyətini dayandırmışdır. Bu barədə Vergilər Nazirliyinində fəaliyyətinin dayanması barədə arayış əldə etmişdir. Bundan başqa iddiaçı yaşayış minimumu uşaqlar üçün 195 manatdır. Uşağın qayğısına qalmaqda, onun tələbatını ödəməkdə valideyinlər bərabər vəzifə daşıyırlar. Sözü gedən məbləğ tək valideyin olaraq onun deyil, iddiaçı ilə onun bircə qarşılamalı olacaqları məbləğdir. Yəni onun üzərinə 195 manatın yarısı düşməlidir. Bu gün onun ödədiyi 110 manat aliment məbləği ilə onun aldığı əmək haqqını nəzərə aldıqda görünür ki, iddiaçının sosial vəziyyəti onun sosial vəziyyətindən qat-qat çoxdur. Bildirmişdir ki, o, uşaqla görüşmür. İddiaçı onun uşaqla görüşməsinə imkan yaratmamışdır. Uşaqla görüşün müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Uşağın hansı məktəbdə neçənci sinfidə oxumasından məlumatı yoxdur. Əvvəllər bütün gücü ilə işlədiyi halda belindəki protruziyaya (2mm) görə tam gücündə işləyə bilmir. Onun artıq miqdarda aliment ödəməyə maddi imkanı yoxdur. Bildirmişdir ki, iddiaçı ilə boşandıqdan sonra ikinci dəfə ailə qurmamışdır. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2 etiraz ərizəsini müdafiə etmiş və cavabdeh tərəfindən alimentin 15-20 manat artırılmasına etirazının olmadığını göstərmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(075)-3660/2018 nömrəli qətnaməsindən görünür ki, 28 yanvar 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 110 manat alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəlinin məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanması qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 23 may 2022-ci il tarixli, 2022-MŞİH-17692 nömrəli X2 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 23 may 2022-ci il tarixində 09:00-11:00 saatlarında keçirilməsi nəzərdə tutulan X2 iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Cavabdeh X2 iştirak etməmişdir. İşdə olan həkim müayinəsi sənədlərindən və reseptlərdən aydın olur ki, Cavabdeh onurğa sütununda 2 mm-lik protruziya mövcuddur. İşdə olan Azərbaycan Respublikası “TƏBİB” PHŞ “ŞRMX” PHŞ-nin vermiş olduğu arayışdan görünür ki, İddiaçı“ŞRMX” PHŞ-də tibb bacısı vəzifəsində işləməklə 477.00 manat əmək haqqı alır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun hazırkı münasibətləri tənzimləyən normalarını rəhbər tutmuşdur. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(075)-3660/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş sabit məbləğdə alimentlə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 28 yanvar 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan sabit məbləğdə alimentin miqdarı qismən artırılmalıdır. Lakin məhkəmə alimentin miqdarını müəyyən edərkən cavabdehin onurğa sütununda 2 mm-lik protruziyaya (yırtıq) (bu hal cavabdehin məhkəmə zalında hərəkəti zamanı da müşahidə edilmişdir) olmasını, iddiaçının isə işləməklə 477 manat əmək haqqı almasını, həmçinin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini diqqətə almışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(075)-3660/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 170 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. MPM-nin 119-cu maddəsində isə işə baxılması ilə əlaqədar məhkəmə məsrəflərinə daxil olan hallar dəqiq olaraq göstərilmişdir. Lakin həmin maddədə mediasiya prosesinə çəkilən xərclər məhkəmə xərclərinə aid edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. 28 yanvar 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(075)-3660/2018 nömrəli qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilsin və həmin aliment məbləği tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar