Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1494/2023 10.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə İddiaçı Cavabdehn qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarındaki Şəki şəhər İHB Baş Zəyzid kənd İƏD-si üzrə nümayəndəliyində bağlanmış 16 noyabr 2019-cu il tarixli 13 saylı nikah akt qeydiyyatının ləğv olunması, birgə nikahdan anadan olmuş övladları 07 sentyabr 2020-ci il təvəllüdlü X2 və 21 dekabr 2021-ci il təvəllüdlü X3 onun himayəsində saxlanılması, yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdehundan hər bir uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat məbləğində alimentin hər ay tutulub ona verilməsi və əvvəlcədən ödənilmiş 150 manat rüsumların Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Lakin İddiaçı məhkəməyə 09 avqust 2023-cü il tarixdə elektron ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla saslandırmışdır ki, Şəki rayonu Baş Zəyzid kəndində yaşayan cavabdeh xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh ilə nikahları xx.xx.2019-cu ildə bağlanılmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2019cu ildə 13 № ilə qeyd edilmiş və Şəki şəhər İHB Baş Zəyzid kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən nikahın bağlanılması haqqında şəhadətnamə verilmişdir. Birgə nikahlarından xx.xx.2020-ci ildə X4 və xx.xx.2021-ci ildə X5 adlı övladları anadan olmuşdur. Ailə qurduqdan sonra səmimi ailə münasibətlərində yaşasalar da sonradan münasibətləri cavabdeh səbəbli pozulmuşdur. Hazırda isə övladları onun himayəsində olmaqla Şəki rayonu Baş Zəyzid kəndində valideynləri ilə birlikdə yaşayırlar və hər iki övladı azyaşlıdır, daim ana qayğızına ehtiyacları vardır. Cavabdeh tərəf isə birgə nikahdan anadan olmuş uşaqların saxlanılması və ehtiyaclarının qarşılanması üçün hər hansı yardım göstərmir. Məhkəməyə müraciət edilənədək qanunverciliyin tələblərinə riayət olunması məqsədilə tərəfindən Cavabdeh ünvanına mediasiya prossesinin tətbiqi barədə təklif göndərilmiş və daha sonra isə ərizə Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Müraciətində tərəflər arasında olan nikahın ləğvi, birgə nikahdan anadan olmuş X2 və X3 onun himayəsində saxlanılması, alimentin təyin edilməsi və əmlak tələbləri yer almışdır. Müraciəti əsasında Şəki 1 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixdə baş tutmuş mediasiya prossesində Cavabdeh ilə aralarında Şəki şəhər İHB Baş Zəyzid kənd İƏD-si üzrə nümayəndəliyində bağlanılmış xx.xx.2019-cu il tarixli nikahın pozulması, birgə nikahdan anadan olmuş X2 və X3 onun himaayəsində saxlanılması, onların Cavabdeh ilə görüşməsi və ünsiyyət saxlaması, tərəflərə məxsus əşyaların qarşılıqlı olaraq geri qaytarılmasında razılığa gəlinmiş, alimentin təyin edilməsi və mebel əşyasının iddiaçıya geri qaytarılmasında razılıq əldə edilməmişdir. Eyni zamanda tərəflər arasında razılığa gəlinməmiş alimentin təyin edilməsi və mebel əşyasının geri qaytarılması ilə bağlı razılaşma əldə edilmədiyindən həmin hissələrə Şəki 1 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞŞ/MT-018/2023-00964 saylı mediasiya prossesinə xitam verilməsi haqqında protokol verilmişdir. Ona görə də hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Şəki Regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 may 2023-cü il tarixli arayışdan görünür ki, 21 dekabr 2021-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan Şəki Regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 may 2023-cü il tarixli arayışdan görünür ki, 07 sentyabr 2020-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan Şəki Regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 may 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə X6 arasında 16 noyabr 2019-cu il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Səmədova, ərə isə Səmədov soyadı verilmişdir. İşdə olan mediasiya Şurası tərəfindən təsdiq edilmiş 23 may 2023-cü il tarixli barışıq sazişindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 16 noyabr 2019-cu il tarixdə Şəki şəhər İHB-nin Baş Zəyzid kənd icra nümayəndəliyində bağlanmış nikahın məhkəmə qaydasında pozulmasına, birgə nikahlarından anadan olmuş 07 sentyabr 2020-ci il təvəllüdlü X2 və 21 dekabr 2021-ci il təvəllüdlü X3 anaları İddiaçı himayəsində və yanında saxlanılmasına hər iki tərəf razı olmuşdur. Mediasiya prosesinə xitam verilməsi barədə 23 may 2023-cü il tarixli protokoldan görünür ki, İddiaçı ilə Cavabdeh arasında mediasiya sessiyalarının keçirilməsi üçün 50 manat İddiaçı, 150 manat isə Cavabdeh tərəfindən ödənilmişdir. İşdə mövcud olan sənədləri araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır. Belə ki, İddiaçı Cavabdeh ilə 16 noyabr 2019-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların ailə münasibətlərindən 07 sentyabr 2020-ci il təvəllüdlü X4 və 21 dekabr 2021-ci il təvəllüdlü X5 adlı iki övladları anadan olmuşdur. Tərəflər bir müddət səmimi ailə münasibətlərində yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. İddiaçı ilə Cavabdeh arasında olan nikah formal xarakter daşıyır. Hər iki tərəf mediasiya prosesində nikahın məhkəmə qaydasında pozulmasına, 07 sentyabr 2020-ci il təvəllüdlü X2 və 21 dekabr 2021-ci il təvəllüdlü X3 anaları İddiaçı himayəsində və yanında saxlanılmalarına razı olmuşlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinin tələblərinə əsasən ərarvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinin tələblərinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2, 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən nikah məhkəmə qaydasında pozularkən ərlə arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya valideynlərdən birinin marağına toxunduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləjə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunaraq İddiaçı ilə Cavabdeh arasında 16 noyabr 2019-cu il tarixdə bağlanmış 13 nömrəli nikah pozulmalı, Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 23 may 2023-cü il tarixli barışıq sazişinə əsəsən Cavabdeh ilə İddiaçı birgə nikahlarından anadan olmuş 07 sentyabr 2020-ci il təvəllüdlü X2 və 21 dekabr 2021-ci il təvəllüdlü X3 anaları İddiaçı himayəsində və yanında saxlanılmalarının razılaşdırılması nəzərə alınmalı, 07 sentyabr 2020-ci il təvəllüdlü X7 və 21 dekabr 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli, aliment tutulmasının əvvəli 07 iyun 2023-cü il tarixdən hesablanmalı, aliment tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Tələb etməməsi nəzərə alınaraq ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Tərəflərə birgə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı 3 (üç) il ərzində iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 16 noyabr 2019-cu il tarixdə bağlanmış 13 nömrəli nikah pozulsun. Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 23 may 2023-cü il tarixli barışıq sazişinə əsəsən Cavabdeh ilə İddiaçı birgə nikahlarından anadan olmuş 07 sentyabr 2020-ci il təvəllüdlü X2 və 21 dekabr 2021-ci il təvəllüdlü X3 anaları İddiaçı himayəsində və yanında saxlanılmalarının razılaşdırılması nəzərə alınsın. 07 sentyabr 2020-ci il təvəllüdlü X7 və 21 dekabr 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Aliment tutulmasının əvvəli 07 iyun 2023-cü il tarixdən hesablansın. Aliment tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Cavabdeh X1 56 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin Tərəflərə birgə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı 3 (üç) il ərzində iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1494/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1494/2023
10.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver