Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1497/2023 10.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay hər uşaq üşün 220 (iki yüziyirmi) manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat alimentin tutularaq 03 mart 2014-cü il təvəllüdlü X4 və 27 sentyabr 2015-ci il təvəlüldlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ona verilməsinə və alimentin tutulma müddətinin iddia ərizəsi ilə məhkəməyə müraciət edilmə tarixindən hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Lakin İddiaçı məhkəməyə 06 iyul 2023-cü il tarixdə elektron ərizə göndərərək, bütün məhkəmə iclaslarının iştirakı olmadan keçirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı Cavabdeh ilə 23 may 2013-cü il tarixdə Ağsu rayon qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 03 mart 2014-cü il tarixdə X4 və 27 sentyabr 2015-ci il tarixdə X5 adlı iki övladları anadan olmuşdur. Bir müddət mehriban yaşasalar da sonradan münasibətləri pozulmuşdur. Şəki Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(075)- 1138/2021 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, birgə nikahdan olan uşaqları 03 mart 2014-cü il təvəllüdlü X4 və 27 sentyabr 2015-ci il təvəlüldlü X5 onun himayəsində saxlanılmışlar. Həmin vaxtı Cavabdeh ona şifahi olaraq uşaqların saxlanılması üçün hər cür maddi yardım edəcəyini bildirmiş, ona görə də o həmin vaxtı aliment tələb etməmişdir. Lakin həmin vaxtdan Cavabdeh birgə nikahdan olan övladlarının saxlanılması üçün ona heç bir yardım etmir. O aliment tələbi ilə bağlı Mediasiya Şurasina müraciət etmişdir. Lakin Cavabdeh mediasiya sessiyasına dəvət edilməsinə baxmayaraq mediasiya sessiyasına gəlməmiş və ona görə də mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Şəki regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03 avqust 2021-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 arasında bağlanmış nikaha 03 avqust 2021ci il tarixdə xitam verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 03 mart 2014cü il təvəllüdlü X3 və 27 sentyabr 2015-ci il təvəllüdlü X1 ataları Cavabdeh, anaları isə İddiaçıdır. İşdə olan 26 may 2023-cü il tarixli MŞŞ/MT018/2023-01202 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(075)-1138/2021 saylı qətnaməsindən görünür ki, X6 ilə Cavabdeh arasında 23 may 2013-cü il tarixdə Ağsu rayon qeydiyyat şöbəsində bağlanmış 171 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahlarından olan uşaqları 03 mart 2014-cü il təvəllüdlü X3 və 27 sentyabr 2015-ci il təvəllüdlü X1 X2 himayəsində saxlanılması qət edilmişdir. Belə ki, İddiaçı 23 may 2013-cü il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Onların birgə yaşayışlarından 03 mart 2014-cü il təvəllüdlü X4 və 27 sentyabr 2015-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmiş və nikahları pozulmuşdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə uşaqların saxlanılması üçün zəruri tələbatı, İddiaçı uşağın saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 03 mart 2014-cü il təvəllüdlü X3 və 27 sentyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 03 mart 2014-cü il təvəllüdlü X3 və 27 sentyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni 07 iyun 2023-cü il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh 56 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 03 mart 2014-cü il təvəllüdlü X3 və 27 sentyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 07 iyun 2023-cü il tarixdən hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilsin. Cavabdeh 56 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1497/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1497/2023
10.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver