Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1560/2023 16.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cabadeh Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 01 iyun 2(075)-3416/2017 saylı qətnaməsi ilə müəyyən dilmiş alimentin miqdarını dəyişərək uşaqları 23 iyul 2012-ci il təvəlüdlü X3 və 30 iyul 2013 il təvəlüdlü X1 yetkinlik yaşına catanadək saxlanılmaları üçün hər uşağa ayda 220 manat sabit pul məbləğində alimentin və hər uşaga hər ayda 200 manat əlavə xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 01 iyun 2017 ci il tarixli 2(075)-3416/2017 saylı qətnaməsi ilə ona iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Ferus oglundan hər uşağa ayda 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləgində alimentin tutulması qət edilmişdir. Ali Məhkəməyə bu məbləğdən şikayət etsə də müəyyən edilmiş məbləğ dəyişdirilməmişdir. Bundan keçən 5 il ərzində uşaqların qida, geyim, nəqliyyat və təhsil xərcləri artmışdır. Belə ki hər uşağa o “Dalğa” Tədris Mərkəzinə hər ayda 35 manat və 45 manat müqavilə əsasında uşaqlara təhsillə bağlı pul ödəyir. Bundan əlavə hər gün hər uşağa 6 manat onları şəhərə gətirib aparma nəqliyyat xərcini ödəyir. Uşaqlar yaxşı oxuduqlarına görə sınaq imtahanlarda "Fəxri Fərman”, “Qızıl Sertifikat” alırlar. Ancaq cavabdeh uşaqların maddi məişət tələbatı, təhsil tərbiyyəsi ilə maraqlanmır, əlavə xərclərdə iştirak etmir. Bununla baglı Şəki 1 X6 müracitələri bir nəticə verməmişdir. Buna görə də məhkəmə qətnaməsi ilə ödənilməli olan alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X11 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, cavabdehlə aralarında bağlanmış nikah 2016-cı ilin iyul ayında pozulmuşdur. Birgə nikahlarından anadan olmuş uşaqların bütün xərclərini o qarşılayır. Hal-hazırda maddi imkanı yaxşı olmadığından uşaqların tələbatlarını qarşılamaqda olduqca çətinlik çəkir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı qəbul etmir. İkinci evliliyindən iki az yaşlı uşağı var. Valideynlərinin pensiyası ilə ailəsini dolandırır. Son iki ildir ki, maddi imkanı yaxşı deyildir. Aliment məbləğinin artırılmasına etiraz edir. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Elektron qaydada iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Şəki Rayon Məhkəməsinin 01 iyun 2017-cı il tarixli, 2(075)-3416/2017 saylı qətnaməsindən görünür ki, Şəki rayonu, Sarıca kəndində yaşayan Cavabdeh hər ay, hər bir uşaq üçün 90 (doxsan) manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat alimetn tutularaq 23 iyul 2012-ci il tarixdə anadan olmuş X4 və 30 iyul 2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şəki rayonu, Qayabaşı kəndində yaşayan İddiaçı verilməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 2(075)-1686/2017 saylı qətnaməsindən görünür ki, Şəki Rayon Məhkəməsinin 01 iyun 2017-cı il tarixli, 2(075)- 3416/2017 saylı qətnaməsi dəyişdirilmiş, alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmış, qətnamə qalan hissədə yəni, Şəki rayonu, Sarıca kəndində yaşayan Cavabdeh hər ay, hər bir uşaq üçün 90 (doxsan) manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat alimetn tutularaq 23 iyul 2012-ci il tarixdə anadan olmuş X4 və 30 iyul 2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şəki rayonu, Qayabaşı kəndində yaşayan İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsnin Mülki Kollegiyasının 27 aprel 2018-ci il tarixli, 2(102)/2835/2018 saylı qərarından görünür ki, İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(075) 1686/2017 saylı, 30 noyabr 2017-ci il tarixli qətnaməsi alimentin tutulması tarixinə aid hissədə dəyişdirilməsi, artırılmış aliment məbləğinin tutulması 26 aprel 2017-ci il tarixdən hesablanması qərara alınmışdır. 05 iyun 2023-cü il tarixli, MŞŞ/MT018/2023-01263 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 30 iyul 2013-cü il təvəllüdlü X2 və 23 iyul 2012-ci il təvəllüdlü X4 ataları Cavabdeh, anaları isə İddiaçıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir.
2. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir.
3. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 01 iyun 2017-ci il tarixli, 2(075)-3416/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılmaları üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 23 iyul 2012-ci il təvəllüdlü X5 və 30 iyul 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 23 iyul 2012-cü il təvəllüdlü X5 və 30 iyul 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 56 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 23 iyul 2012-cü il təvəllüdlü X5 və 30 iyul 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 56 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Elşən Vəliyev