Məhkəmə qərarları › İş №e-2(075)-157/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-157/2024

09.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-157/2024 09.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə İddiaçı2, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi X8 və onun etibarnamə nümayəndəsi (vəkili) X14 Cavabdeh olmaqla digər Cavabdeh2 Sadədin qızının etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı2 və İddiaçı1 Şəki şəhəri Sarabski kücəsi 4 ünvanında yerləşən paylı mülkiyyətində olan evdən və həyətyanı torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Aslanova- X5, X3 qızının çıxarılması və həyətyanı torpaq sahəsinin sahibliklərinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Repsublikası ƏMDK Yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reystrindən RX seriyalı ******* saylı çıxarışa əsasən Şəki şəhəri döngə 1\14 də yerləşən ev iddiaçıların paylı mülkiyyətindədir. Evin iki otagı 0.0285 ha torpaq sahəsi İddiaçı1 bir otaq və 0,0285 ha torpaq sahəsi isə İddiaçı2 Yolcu qızının mülkiyyətidir. X7 təxmini 2000- 2001-ci illlərdə qeyri rəsmi Cavabdeh1 ilə ailə qurmuş xx.xx.2002 ci ildə Aytən xx.xx.2004 cü il tarixdə Günel adlı qızları olub xx.xx.2005-ci il tarixdə nikahlarını rəsmiləşdiriblər. Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə 01 noyabr 2021-ci il tarixdə ailə münasibətlərinə xitam verilmişdir. Cavabdeh Sevda iddia edir ki, o bu evə 2000-ci ilin aprel ayında gəlin köçüb. Bunu təsdiq edən heç bir sübutu yoxdur nikahı olmayan adam necə gəlin köçə bilər. Onun dediyini əsas götürsək belə o bu evə ailə üzvü kimi köçməyib. Müvafiq dövrdə Ali Məhkəmənin qərarında bununla baglı müəyyən edilmiş qaydada dedikdə pasport qeydiyyatına düşməklə köçürmə başa düşülür. Sevda bu evə 2005-ci ildən sonra yəni nikah bağlanandan sonra qeydiyyata düşüb. Cavabdehlə ailə üzvləri münasibətləri 2005-ci ildə nikah bağlanandan sonra yarandığına görə bu işə 2000-ci ildən sonra yaranan mənzil mübahisələri ilə bağlı normalar tətbiq olunmalıdır. Cavabdehlə evdən torpaq sahəsində istifadə ilə bağlı dəfələrlə aralarındada mübahisə yaranıb. Onlara öz mülkiyyətlərindən sərbəst istifadə etməyə imkan vermir . Özünü bu evin mülkiyyətçisi kimi aparır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı Cavabdeh1 məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, 2000-ci ilin aprel ayında Sadəddin Sadıqovla qohum-qonşunun iştirakı ilə toy məclisi qurulmaqla ailə qurmuşdur. 18 yaşı tamam olmadığından nikahlarını rəsmiləşdirə bilməmişlər. Ailə qurduqdan 1 ay sonra 18 yaşı ər evində tamam oldu. Yaşı tama olduqdan sonra nikah bağlamaq istədikdə məlul olmuşdur ki, Sadəddinin digər nikahı rəsmi qaydada pozulmamışdır. Bundan sonra məhkəməyə müraciət edilmiş əvvəli nikah 2004-cü il tarixdə polzulduqdan sonra 03 sentyabr 2005-ci il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Ancaq nikahları rəsmiləşdirənədək xx xxxxxx 2002-ci il tarixdə Cavabdeh3, 25 avqust 2004-cü il tarixdə Cavabdeh2 nikahlarını rəsmiləşdirdikdən də sonra 23 may 2011-cü il tarixdə X6 anadan olmuşdur. Buir müddət mehriban yaşasalar da Sadəddin Sadıqov ailəsinə baxmadığından aliment almaq üçün Şəki Rayon Məhkəməsinə iddia ərizəsi vermişdir. Məhkəmə qətnaməsi ilə cavabdeh X9 övladları - xx xxxxxx 2002-ci il tarixdə Cavabdeh3, 25 avqust 2004-cü il tarixdə Cavabdeh2 və 23 may 2011-cü il tarixdə isə X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub verilməsi qət edilmişdir. Bütün bunlardan sonra da X15 məhkəməyə nikahlarının pozulmasına dair iddia ərizəsi vermiş və xx.xx.2021-ci il tarixdə rəsmi olaraq nikahları pozulmuşdur. ünvan 1 ünvanında yerləşən sözü gedən 3 otaqlı ev qaynatası İddiaçı1 mülkiyyətində olub. O, gəlin gəldiyi gündən 3 otaqlı evin 1 otağına cehiz əşyalarını yerləşdirib və evin o otağında gəlin olaraq yaşamışdır. Sonra baldızı İddiaçı2 ərindən boşanıb ata evinə qayıtdığından qaynatası İddiaçı1 evin 1 otağını və 0,0286 ha torpaq sahəsini xx.xx.2014-cü il tarixdə rəsmi qaydada İddiaçı2 verib, qonşu divarıda çəkərək Solmaza düşən payı tam ayırmışdır. Həmin evin 2 otağı və 0,0286 ha torpaq sahəsi qaynatası İddiaçı1 mülkiyyətində qalmışdır. Bundan sonrada qaynatası İddiaçı1 mülkiyyətində olan 2 otaq və 0.0286 ha torpaq sahəsində yerləşən otağın 1 otağında qaynanası və qaynatası yaşayıbdır. Digər 1 otağında isə 2000-ci ilin aprel ayından gəlin gəldiyi gündən bəri o, yaşamışdır. 3 övladı da sözü gedən evdə anadan olub və onlar da həmin evdə onunla bərabər yaşayıblar. Nikahları pozulsa da o, 2000-ci ilin aprel ayından gəlin gəldiyi evdə yenə 3 qızı ilə qeydiyyatda olmaqla həmin evdə bərabər yaşamışlar. İddiaçılardan İddiaçı2 yaşadığı ev onların yaşadığı evlə tiraltı olsa da, onun bütün kommunal xidmət xətləri qaz, su, işıq xətləri və sayğacları ayrı quraşdırılıb. Həyəti və yaşadığı evin darvazası belə tam ayrıdır. Odur ki, iddiaçılar İddiaçı1, İddiaçı2 o, və qızları Cavabdeh2 və Cavabdeh3 qarşı "paylı mülkiyyətdə olan evdən və torpaq sahəsindən çıxarılma" tələbinə dair iddia ərizəsinin təmin olunmamasına dair qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək izahatında bildirdi ki, cavabdehlər ona və atasına məxsus evdə evdə yaşasa da, onların evə girmələrinə maneə olurlar. Cavabdeh1 qardaşı Sadəddin Sadıqovla evli olub evləndiyi gündən hazırki evdə yaşayır. Atalarına qulluq etmədiyinə və qardaşı Sadəddin Sadıqovdan ayrıldığından cavabdehlərin evdən çıxmaları barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı1 etibarnamə üzrə nümayəndəsi X8 iddia ərizəsindəkiləri göstərərək qardaşı X20 Məmmədrəhimovanın toyları 2000-ci ildə deyilən vaxtda olsa da onların evində yox cavabdehin ata evində olmuşdur. Rəsmi nikahları isə 2005-ci ildə olmuşdur. Qardaşı digər evli olduğu şəxsdən boşanmadığından nikahları gecikmişdir. Toyları olduqdan sonra atasının evinə gəlin köçmüşdür. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xaiş etdi. Məhkəmə iclasında İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsindəkiləri göstərərək, iddianın təmin ollunmasını məhkəmədən xaiş etdi. Məhkəmə iclasında cavabdeh olmaqla digər Cavabdeh2 Sadədin qızının etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 iddianı qəbul etməyərək etiraz ərizəsindəkiləri göstərərk izahatında bildirdi ki, 2000-ci il aprel ayının 26-da el-adəti ilə Sadəddin Sadıqovla ailə qurub Şəki şəhəri Sarabski kücəsi 4 ünvana gəlin köçmüşdür. Hazırda həmin ünvanda qeydiyyatda olmaqla övladları Cavabdeh3 və Cavabdeh2ları ilə birlikdə yaşayır. Böyük qızı xx xxxxxx 2002-ci il təvəllüdlü Cavabdeh3 2 ildir ki, ailə qurub ər evində yaşayır. Onların başqa yaşayış yerləri yoxdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşin halları İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləıri Dövlət Komitəsinin Yanında DƏDRX 12 saylı Şəki ərazi İdarəsi tərəfindən verilən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 3 yerləşən fərdi yaşayış evi xx.xx.2104-cü il tarixdə İddiaçı2 və X12 adına qeydə alınmış, reyestr kitabında 57 nömrəsi ilə bu barədə qeydiyyat aparılmışdır. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 dekabr 2021-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X1 Sevda Əskər qızı ilə Şəki Rayon Məhkəməəsinin 29 sentyabr 2021-c il tarixli qətnaməsinə əsasən nikaha 01 noyabr 2021ci il tarixdə xitam verilmişdir. Nikah pozulduqdan sonra ərə “Aslanov” arvada “Məmmədrəhimova” soyadı verilmişdir. “Yaramallı” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 24 noyabr 2022-ci il il tarixli 198 nömrəli arayışdan görünür ki, ünvan 3 ünvanda Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X6 göstərilən ünvanda qeydiyyatdadırlar. Cavabdeh1 göstərilən ünvanda ərə gələn gündən yaşayır. Əsas təsərrüfat kitabı S-№5 Şəki Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.2004-cü il təvəllüdlü Cavabdeh2 və xx.xx.2011-ci il təvəllüdlü X2 ataları X15, anaları isə X16r. Şəki Rayon Məhkəməsinin 2(075)-668/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, X15 ilə X13 arasında 03 sentyabr 2005-ci il tarixdə Şəki Rayon Qeydiyyat Şöbəsində bağlanmış 280 nömrəli nikah pozulmuşdur. Tətbiq edilən hüquq Məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibəti 2000-ci ilin aprel ayından yarandığına görə, yəni cavabdeh həmin vaxtdan iddiaçıya məxsus mənzilə köçüb yaşadığına görə hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla birgə təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənn mövqeyi; Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki, işin tərəflər arasında mübahisələndirilməyən halı ondan ibarətdir ki, Şəki şəhəri, Məzahir Abbasov küçəsi, döngə 1, ev 4 ünvanın ünvanda yerləşən fərdi yaşayış evi 2000-ci ildən qabaq iddiaçı Aslan Yolçuyevin mülkiyyətindədir. Cavabdeh1 isə iddiaçının gəlini olmaqla, onunla birlikdə həmin evə 2000-ci ilin aprel ayında köçərək, uzun müddət orada yaşamış və hazırda da övladları Cavabdeh3 və Cavabdeh2 ilə birlikdə yaşayır. İddiaçı hazırda cavabdehlərin həmin evdən onların istifadəsinə maneə yaratdıqlarını bildirərək, onların həmin mənzildən və torpaq sahəsindən çıxarılmalarını tələb edir. Məhkəmə qeyd edir ki, cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılmaları məsələsi həll edilərkən, ilk öncə cavabdehlərin həmin evdən istifadə hüququnun yaranıb-yaranmaması müəyyən edilməlidir. Çünki, mövcud olmayan hüququn itirilməsi mümkün deyil, hüququn itirilməsi üçün əvvəlcə hüquq əmələ gəlməlidir. Göstərilən qanunvericilik normalarına əsaslanaraq, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı1 gəlini olmaqla ailə üzvü kimi onunla birlikdə həmin evə köçmələri zamanı qeyd edilən evdən istifadə hüququ əldə etmişlər. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində mülkiyyətində evdə cavabdehlərin istifadələrinə maneə etmələrini bildirərək, cavabdehlərin evdən çıxarılmalarını tələb etmiş olsa da, cavabdehlərin iddiaçıya məxsus evdən istifadə etməsinə hər hansı maneənin yaradılmasına, bundan başqa onların özlərinə daimi olaraq başqa yaşayış yeri seçmələri, onların yaşamaq üçün ona məxsus evə ehtiyaclarının aradan qalxmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəmə iclasında iştirak edən İddiaçı2 və Cavabdeh1 izahatlarında bildirmişdir ki, cavabdehlər bugünədək iddiaçıya məxsus evdə yaşayır və onların başqa yaşayış yerləri yoxdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh1 2000-ci ilin aprel ayından və onun övladları olan digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 bugünədək iddiaçıya məxsus evdə yaşaması müəyyən olunduğundan, eləcə də cavabdehlərin özlərinə daimi olaraq başqa yaşayış yeri seçmələri və yaşayış sahəsinə ehtiyaclarının aradan qalxmasına dair mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, bunun əksinə cavabdehlərin hal-hazıradək iddiaçıya məxsus evdə yaşadığından, onlar mübahisəli evdən çıxarıla bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdehl Cavabdeh1 ünvan 3 olan evin qaynatası İddiaçı1 mülkiyyətində olduğu tarixdən mülkiyyətçinin razılığı ilə həmin mənzilə köçərək oradan istifadə hüququ əldə etdiyini və hazırda məhkəmə tərəfindən onların istifadə hüquqlarının hələ də mövcud olduğu müəyyən edildiyindən, onların həmin evdən çıxarılmalarına yalnız mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 11.1-ci maddəsini nəzərə almaqla yaşayış sahəsindən istifadə hüququnun kompensasiya verilməklə xitamına dair bu Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş normanın əvvəllər yaranmış və uzanan xarakter daşıyan münasibətlərə tətbiqinin mümkünlüyü Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında əks olunmuş mövqelərinə zidd olmamaqla onları tamamlayır. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçılar yalnız cavabdehlərə kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, İddiaçı2 və İddiaçı1 Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı2 və İddiaçı1 Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar