Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-160/2023 06.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BOKT "xxxx" MMC ilə X7 arasında bağlanmış 06 noyabr 2014-cü il tarixli 7984/8 saylı kredit müqaviləsinə əsasən kreditora ödənilmiş 1730 manat pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 37,30 manatın cavabdeh X2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, BOKT "xxxx" MMC-nin Şəki filialı tərəfindən Cavabdeh 06 noyabr 2014-cü il tarixli 7984/8 saylı kredit müqaviləsinə asasan illik 33,6 faiz olmaqla 18 ay müddatin 8000 manat mabləğində kredit verilmişdir. Onunla və X9 isə kreditin təminatı kimi zaminlik müqaviləsinə əsasən X5 zamin olmuşlar. X10 26 fevral 2016-cı il tarixli, 2(075)-798/2016 saylı məhkəmə əmri ilə borclular Cavabdeh, İddiaçı və X3 cəmi 6375,63 manat borcun və 20 manat dövlət rüsumunun tutularaq BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi qərara alınmış, məhkəmə əmri icraya yönəldilmişdir., İcra sənədi tam icra edilmişdir. Həmin icra sənədi üzrə borcun 1730 manatını o ödəmişdir. Dəfələrlə ödədiyi həmin məbləğin qaytarılması üçün cavabdehə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, bank qarşısında cavadehə zamin olmuşdur. Lakin cavabdeh, borcunu ödəmədiyindən həmin borcu o ödəmişdir. Borcun 1100 manatını bir dəfəyə, qalanını isə hissə-hissə olmaqla ödəmişdir. Belə ki, 50 manat özü ödəmiş, kəndçiləri X1 50 manat və X6 50 manat pul vermişdir ki, onun adından ödənişləri etsinlər. Qalan hissəsini isə cavabdehə vermişdir ki, o, ödəsin. Ona görə də, iddia tələbinin təmin edilməsini, Cavabdeh 1730 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, krediti 2015-ci ildə götürmüşdür. İddiaçı və X9 bank qarşısında ona zamin olmuşlar. Bir müddət ödəniş etdikdən sonra, ölkədə devalvasiya olduğundan qalan borcunu ödəyə bilməmişdir. Borcun tutulması ilə bağlı məhkəmə qərarı qəbul edilmiş və iddiaçının avtomobilinə həbs qoyulmuşdur. O, iddiaçıdan borcunun ödənilməsini xahiş etməmiş və iddiaçı tərəfindən borcun ödənilməsindən xəbəri olmamışdır. Maddi imkanı aşağı olduğundan qeyd edilən boc məbləğini iddiaçıya qaytara bilməmişdir. Borcun müqabilində torpaq sahəsini əkərək qazanc əldə etməyi və ya həmin torpağı satmağı iddiaçıya təklif etmişdir. İddiaçı müxtəlif vaxtlarda 70 manat, 50 manat və 120 manat olmaqla cəmi 240 manat ona vermişdir ki, borcu ödəsin. İddiaçının iddia etdiyi qalan məbləğləri xatırlamır. Odur ki, iddianın 1490 manat hissəsində təmin olunmasına etiraz etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, təxminən 2018- 2019-cu illərdə İkram ona BOKT "xxxx" MMC-yə ödəmək üçün 50 manat pul vermişdir. O da, həmin ödənişi adını xatırlamadığı şəxsin adına ödəyərək qəbzi İkrama vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, təxminən 4-5 il qabaq Şəki şəhərinə gələrkən İkram ona 50 manat pul verərək banka ödəməsini xahiş etmişdir. O, da həmin pulu Şirkatın adına banka ödəyərək ödəniş qəbzini İkrama vermişdir. İş materiallarına əlavə edilmiş 06 noyabr 2014-cü il tarixli, 7984/8 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, BOKT "xxxx" MMC-nin Şəki filialı tərəfindən Cavabdeh illik 33,6 faiz olmaqla 18 ay müddatin 8000 manat mabləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 06 noyabr 2014-cü il tarixli, 7984/8 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, BOKT "xxxx" MMC-nin Şəki filialı ilə İddiaçı ilə zaminlik müqaviləsi bağlanmış, zamin kredit verənin qarşısında kredit alanın kredir müqaviləsi üzrə öhdəliklərini tam həcimdə yerinə yetirməsinə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 26 fevral 2016-cı il tarixli, 2(075)-798/2016 saylı qətnaməsinin surətindən görünür ki, BOKT "xxxx" MMC-nin iddiası təmin edilərək, cavabdehlər Cavabdeh, X9 və İddiaçı müştərək qaydada 6375.63 manat məbləğində borcun tutularaq BOKT "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin 05 may 2016-cı il tarixli, 2(107)-630/2016 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 26 fevral 2016-cı il tarixli, 2(075)-798/2016 saylı qətnaməsin dəyişdirilmədən saxlanılmışdır. İddiaçının təqdim etdiyi qəbzlərin sürətindən görünür ki, xx.xx.2018-ci il tarixdə 50 manat, xx.xx.2018-ci il tarixdə 50 manat, xx.xx.2018-ci il tarixdə 50 manat və xx.xx.2019cu il tarixdə 1100 manat ödənişlər olmuşdur. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər əvvəldən tanışdırlar. BOKT "xxxx" MMC tərəfindən Cavabdeh kredit verilmiş və kredit müqaviləsinin təminatı olaraq İddiaçı ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh banka olan borcunu ödəmədiyindən BOKT "xxxx" MMC onlara qarşı borc tələbinə dair məhkəmədə iddia qaldırmış və Şəki Rayon Məhkəməsinin 26 fevral 2016-cı il tarixli, 2(075)-798/2016 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh, X9 və İddiaçı müştərək qaydada 6375.63 manat məbləğində borcun tutularaq BOKT "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İddiaçı tərəfindən borc məbləğinin bir hissəsini ödənilmişdir. Bu səbəbdən iddiaçı həmin pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddianın 1490 manat hissəsində qəbul edir. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları, fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu, pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor isə borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Göründüyü kimi iddiaçı zamin olaraq kreditor qarşısnda öhdəliyinə əməl edərək borc məbləğinin bir hissəsini ödəmişdir. Bu səbəbdən də o, hazırkı tələblə məhkəməyə müraciət edərək cavabdehdən həmin məbləği tələb etməkdə haqlıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından iş üçün mühüm əhəmiyyətə malik olan sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş pulun cavabdeh tərəfindən ödənilməli olmasını sübut etməlidir. İddiaçı tərəfindən də iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı iddiaçı tərəfin özünün izahatı Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmış və qiymətləndirilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbində cavabdehdən 1730 manat məbləğində pul tələb etsə də həmin pulun 1250 manatı ödəniş qəbzləri əsasında, 240 manatı isə cavabdehin etirafı ilə sübuta yetirilir. Qalan məbləğlərin ödənilməsi ilə bağlı iddiaçı məhkəməyə hər hansı sübut növü təqdim etməmişdir. Beləliklə iddia tələbində qeyd edilən 1730 manatdan 1490 manatı tam sübuta yetirildiyindən iddia tələbi həmin hissədə təmin edilməli, qalan hissəsində isə sübut olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1490 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1490 manat məbləğində pul və ödənilmiş 37.30 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-160/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-160/2023
06.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver