Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1601/2025 01.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh birgə nikahından doğulmuş 01 fevral 2011-ci il təvəllüdlü X1 və 04 noyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 (bir) misli həddində sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, 60 manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə nikahları 22 oktyabr 2007-ci ildə Şəki şəhər VVADQ şöbəsində 442 nömrə ilə rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 22 sentyabr 2009-cu il təvəllüdlü X5, 01 fevral 2011-ci il təvəllüdlü X4 və 04 noyabr 2018-ci il təvəllüdlü X6 adlı 3 uşaqları dünyaya gəlmişdir. İlk başda ailə münasibətləri yaxşı getsə də, sonralar cavabdehlə aralarında müəyyən problemlər yaranmışdır. Bu səbəbdən də cavabdehlə faktiki olaraq ayrılmışlar. Bundan sonra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında 22 oktyabr 2007-ci ildə Şəki şəhər VVADQ şöbəsində 442 nömrə ilə qeydə alınmış nikahın pozulması, həmçinin, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 350 manat xərcin və ödənilmiş 100.40 manat dövlət rüsumunun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2(075)-2592/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 22 oktyabr 2007-ci ildə Şəki şəhər VVADQ şöbəsində bağlanmış 442 nömrəli nikahın pozulması, mediasiya Şurası tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli MŞŞ/MT018/2024-01746 nömrəli barışıq sazişinə əsasən 22 sentyabr 2009-cu il təvəllüdlü X2 atası Cavabdeh himayəsində və yanında saxlanılmasına, 01 fevral 2011-ci il təvəllüdlü X1 və 04 noyabr 2018-ci il təvəllüdlü X3 isə anası İddiaçı himayəsində və yanında saxlanılmasına, birgə nikahdan olan digər uşaq 04 noyabr 2018ci il təvəllüdlü X3 isə yetkinlik yaşına çatanadək saxlanılması üçün, əvvəli 01 oktyabr 2024-cü il tarixdən hesablanması şərti ilə hər ay 100 (bir yüz) manat alimentin hər ayın ilk beş günlüyündə İddiaçı ödənməsinə dair razılaşmalarının nəzərə alınması, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 100 manat xərcin və ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Keçən müddət ərzində Cavabdeh demək olar ki, öz öhdəliklərini icra etməmiş, nəticədə azyaşlı övladlarının saxlanılası üçün maddi çətinliyi yaranmışdır. Dəfələrlə sonuncudan müvafiq aliment öhdəliyini icra etməsini, həmçinin azyaşlı övladlarının saxlanılması üçün köməklik göstərilməsini xahiş etsə də, hər-hansı bir müsbət nəticəyə gəlməyi mümkün olmamışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh birgə nikahından doğulmuş 01 fevral 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 (bir) misli həddində sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat xərcin və 60 manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında İddiaçı və nümayəndəsi və vəkili Nümayəndə izahat verərək, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək, uşaqların analarının yanında olduğunu, uşaqlardan birinə münasibətdə barışıq sazişinin olduğunu bildirmişdir. Digər uşağına da alimentin təyin olunmasını xahiş etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - 22 oktyabr 2007-ci il tarixli, AZ-İ 339533 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X8 arasında xx xxxxxxx 1979-cu il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində bağlanmış nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 442 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Süleymanova soyadı verilmişdir. - 04 dekabr 2009-cu il tarixli, AZ-İİ 375526 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 22 sentyabr 2009-cu il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. - 06 fevral 2011-ci il tarixli, AZ-İİ 615484 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 01 fevral 2011-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. - 20 noyabr 2018-ci il tarixli, AZ-İV 195537 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 04 noyabr 2018-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. - Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(075)-2592/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 22 oktyabr 2007-ci ildə Şəki şəhər VVADQ şöbəsində 442 nömrəli nikahın pozulması, Mediasiya Şurası tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli MŞŞ/MT018/2024-01746 nömrəli barışıq sazişinə əsasən 22 sentyabr 2009-cu il təvəllüdlü X2 atası Cavabdeh himayəsində və yanında saxlanılmasına, 01 fevral 2011-ci il təvəllüdlü X1 və 04 noyabr 2018-ci il təvəllüdlü X3 isə anası İddiaçı himayəsində və yanında saxlanılmasına, birgə nikahdan olan digər uşaq 04 noyabr 2018-ci il təvəllüdlü X3 isə yetkinlik yaşına çatanadək saxlanılması üçün, əvvəli 01 oktyabr 2024-cü il tarixdən hesablanması şərti ilə hər ay 100 (bir yüz) manat alimentin hər ayın ilk beş günlüyündə İddiaçı ödənməsinə dair razılaşmalarının nəzərə alınması qət edilmişdir. - Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(075)-655/2025 saylı qətnaməsindən görünür ki, ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, MŞŞ/MT-018/2024-01746 nömrəli barışıq sazişinin 2.5-ci bəndinin təsdiq edilməsi qət edilmişdir. 2.5 Cavabdeh tərəfindən hal-hazırda İddiaçı "xxxx" ASCdə adına olan 7600 manatlıq kredit bağlananadək hər ay gecikmədən ödəniş edilsin. - Hüquqi yardım göstərilməsi haqqında xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən Şəki Regional Vəkil Bürosu tərəfindən X7 hüquqi yardım göstərilməsi razılaşdırılmışdır. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 300 manat ödəniş həyata keçirilmişdir. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞŞ/MT018/2025-00399 nömrəli arayışdan görünür ki, ilkin mediasiya sessiyası ilə bağlı mediasiya xərci olaraq 50 manat, poçt və dəftəxana xərci olaraq 10 manat olmaqla, cəmi 60 ( altmış) manat İddiaçı tərəfindən Şəki 1 saylı Mediasiya Təşkilatının hesabına ödəməli olmuşdur. Tətbiq edilən hüquq: Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Konstitusiyasının; 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun; 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. 8-ci maddəsinə əsasən isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 19-cu maddəsində isə müəyyən edilmişdir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 11-ci maddəsinə görə hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əlavə edilmiş 8.4-1 yarımbəndinə görə “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 27 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun; 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda - iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinə görə mediasiya prosesinə aşağıdakı xərclər daxildir: 36.1.1. mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat; 36.1.2. mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə aliment məbləğinin həcmini, cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşağın və iddiaçının mənafeləri ilə yanaşı iddia tələbini də nəzərə alır. Məhkəmə uşaqların saxlanılması üçün zəruri tələbatı, iddiaçının uşağın saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini, hər iki valideynin uşağı saxlamağa borclu olmasını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, uşaqlar üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. İş materiallarından görünür ki, İddiaçı aliment tələbi barədə ərizəsi ilə 15 may 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti ərizənin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan 60 (altmış) manat mediasiya xərci və 300 manat vəkilə ödənilmiş pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə tərəfindən təyin edilən alimentin bir illik miqdarı 2160 manat olduğundan MPM-in 112.1.3 və 119.2-ci, “Dövlət rüsumu haqqında” qanunun 8.1.2-ci maddəsinə əsasən 41,60 manat dövlət rüsumu cavbdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 01 fevral 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərci və 300 (üç yüz) manat hüquqi yardım xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 41,60 (qırx bir manat altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1601/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1601/2025
01.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver