Məhkəmə qərarları › İş №e-2(075)-1630/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1630/2021

14.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1630/2021 14.07.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, Kreditor «xxxx» MMC-nin Borclu qarşı pul tələbinə dair məhkəmə əmri çıxarılması barədə ərizəsinə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq MÜƏYYƏN ETDİM : Kreditor «xxxx» MMC ərizə ilə məhkəməyə müraciət edərək, 1718 manat əsas borc və 20 manat dövlət rüsumunun Borclu tutularaq «xxxx» MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəyə və ona əlavə edilmiş sənədlərə birlikdə baxaraq hesab edirəm ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 278-ci maddəsinə əsasən iddiaçının tələbi və tələbin əsaslılığını təsdiq edən sənədlər təqdim edilməlidir. Həmin Məcəllənin 279.2.2-ci maddəsinə əsasən məhkəmə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 279.2.3-cü maddəsinə əsasən məhkəmə ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Göründüyü kimi kreditor «xxxx» MMC Borclu qarşı əmr icraatında ərizə ilə məhkəməyə müraciət etməsinə əsas kimi ərizəsinə əlavə etdiyi sənədlərə istinad etsə də, həmin sənədlərlə Borclu kreditor «xxxx» MMC-yə tələb edilən məbləğdə borcunun olduğunu müəyyən etmək mümkün deyildir. Belə ki, iş materiallarına əlavə edilmiş maliyyə arayışında əşyanın qiymətinin 2053 manat olduğu, 335 manat ödəniş edildiyini, borclunun əsas borcunun 1718.00 manat, cərimə borcunun 10648.31 manat olduğu göstərilmişdir. Lakin iş materiallarına hesabdan çıxarış əlavə edilməmişdir. Yəni, hazırkı ərizə üzrə «xxxx» MMC-nin tələbi aşkar deyildir və həmin tələb mübahisəlidir. Ərizə Azərbaycan Respublikasının MPM-nin 278-ci maddəsinin məzmununa riayət edilmədən tərtib edilmişdir. Bu əsasla məhkəmə hesab edir ki, kreditor «xxxx» MMC tərəfindən ərizənin məzmununa dair tələblərə riayət edilmədiyindən həmin ərizəyə əmr icraatı qaydasında baxılması mümkün deyildir. Odur ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Kreditor «xxxx» MMC-nə ərizənin forma və məzmununa riayət etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 275-284-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Kreditor «xxxx» MMC-nin Borclu 1718 manat əsas borc və 20 manat dövlət rüsumunun xeyrinə tutulması ilə bağlı məhkəmə əmrinin qəbul olunması barədə ərizəsindən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Kreditor «xxxx» MMC-yə ərizənin forma və məzmununa riayət etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar