Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1758/2024 22.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Saylı Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialı və Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsi olmaqla) qarşı “vəsaitin ödənilməsi və aylıq əmək haqqı məbləğinin 1 ştat vahidinə uyğunlaşdırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialı və Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialı və Cavabdehndən 2016-cı ildə ştatlarının endirilməsi dövründən ona ödənilməli olan vəsaitin alınaraq iddiaçı-İddiaçı verilməsi, həmçinin onun aylıq əmək haqqı məbləğinin 1 ştat vahidinə uyğunlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil vəsatətinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şəki-Zaqatala regional şöbəsi hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1963-cü ildə anadan olmuşdur. 15 sentyabr 2010-cu ildə 111 nömrəli əmrlə Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialına 1 ştat vahidi ilə işə qəbul edilmişdir. İşə qəbul edildiyi gündən halhazırkı günədək həmin məktəbdə əmək fəaliyyətini davam etdirməkdədir. İşlədiyi müddətdə işində hər-hansı bir nöqsana yol verməmişdir. İşə başladığı müddətdə onun əmək haqqı barədə direktor tərəfindən ona şifahi məlumat verilmiş və keçən müddət ərzində o, illər üzrə artımlarla əmək haqqını almışdır. Daha sonra onunla birlikdə işləyən, ondan daha sonra işə girmiş digər işçilərin ondan daha artıq əmək haqqı aldığını hiss etdikdən sonra araşdırılma aparılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şəki-Zaqatala regional şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şəki-Zaqatala regional şöbəsi tərəfindən ona ünvanlanmış həmin məktubu aldıqdan sonra tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya prosesindən keçilmiş, Şəki 1 X3 mediatoru Dərya Yaşarlı tərəfindən 03 iyun 2024-cü ildə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞŞ/MT018/2024-00835 nömrəli arayış verilmişdir. Onun 1 ştat işinin 0,5 ştata çatdırılmasından ümumiyyətlə məlumatı olmamış, bununla bağlı ona heç bir əmr təqdim edilməmiş, onunla hər-hansı bir müqavilə bağlanmamışdır. Məktəb rəhbərliyi tərəfindən o, qanunsuz olaraq 1 ştat vahidi işdə işləyən işçinin görməli olduğu işi görməyə məcbur edilmişdir. Ancaq bunun müqabilində ona 0,5 ştat vahidi iş üçün əmək haqqı ödənilmişdir. Göstərdiyi bu xüsusatlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şəki- Zaqatala regional şöbəsi tərəfindən 28 mart 2024-cü il tarixdə verilmiş 3-17-5/2- M17136/2024 nömrəli cavab məktubunda da, göstərilmişdir. Şəki Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli, 2(075)-1758/2024 saylı qərardadı ilə İddiaçı cavabdehlər Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialı və Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsi olmaqla) qarşı “vəsaitin ödənilməsi və aylıq əmək haqqı məbləğinin 1 ştat vahidinə uyğunlaşdırılması” tələbinə dair iddia ərizəsi üzrə iddia tələbinə “İddiaçı aylıq əmək haqqı məbləğinin 1 ştat vahidinə uyğunlaşdırılması” hissəsində xitam verilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizəsindən görünür ki, İddiaçı cavabdehlər Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialı və Cavabdehnə qarşı iddia tələbi ilə müraciət edərək 2016-cı ildə ştatların endirilməsi dövründən ona ödənilməli olan vəsaitin cavabdeh orqandan alınaraq verilməsi, həmçinin onun aylıq əmək haqqı məbləğinin 1 ştat vahidinə uyğunlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, litseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədrisyardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli, 59 saylı qərarına uyğun olaraq sinif komplektlərinin sayları nəzərə alınmaqla müəyən olunur. Ümumtəhsil Məktəblərində nümunəvi ştatlar hər cari tədris ili başlamazdan əvvəl, yəni sentyabr ayında sinif komplektləri nəzərə alınmaqla təsdiqlənir. 2016-cı ildə Şəki rayon Baş Kəldək ümumi orta məktəbində sinif komplektlərinin saylarının azalması səbəbindən kiçik xidmətedici ştatlarında ixtisar aparılmış və heç bir kiçik xidməti işçi kənarda qalmasın deyə işçilərin razılığı əsasında məktəb direktorunun müvafiq əmri ilə hər bir kiçik xidməti işçiyə 0,5 ştat vahidi olmaqla iş verilmiş və 2016-cı il tarixdən hazırkı dövrə kimi İddiaçı əmək haqqı 0.5 ştat vahidinə uyğun hesablanmış və ödənilmişdir. İddiaçı işinin 1 ştat vahidindən 0,5 ştata çatdırılması barədə onun məlumatı 2016-cı il tarixdən olmuş və əmək haqqını da məhz 0,5 ştata uyğun olaraq hər ayın sonunda plastik kart vasitəsi ilə müvafiq bankın bankomat aparatından almışdır. Bu barədə ümumiyyətlə məlumatının olmaması, bununla bağlı ona heç bir əmrin təqdim edilməməsi və hər-hansı bir müqavilənin bağlanmamasına dair iddiaçının arqumenti əsassızdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanılan əmək müqaviləsinə əsasən 2016-cı il tarixdən ona əmək haqqı 0.5 ştat vahidinə uyğun hesablanmış və ödənilmişdir. Həmin müqavilə Əmək və X10 də öz əksini tapır. O ki, qaldı tərəflər arasında bağlanılan yazılı əmək müqaviləsində aşkar olunan çatışmazlıqlar bununla bağlı iddiaçının müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şəki- Zaqatala regional şöbəsi tərəfindən müvafiq araşdırma aparılmış və iddiaçının işlədiyi məktəbin sabiq direktoru inzibati qaydada cərimə olunmuşdur. İddiaçı məhz 0,5 ştata uyğun olaraq hər ayın sonunda plastik kart vasitəsi ilə müvafiq bankın bankomat aparatından 2016-cı il tarixdən əmək haqqını alması 2016-cı ildən bu barədə məlumatlı olmasını təsdiq edir. Ən vacib məsələlərdən biri iddia müddətinin axımının hansı andan başlanmasıdır. Qeyd edək ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsində qeyd edilir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, iddiaçının cavabdehlər Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialı və Cavabdehnə qarşı 2016-cı ildə ştatlarının endirilməsi dövründən ona ödənilməli olan vəsaitin alınaraq verilməsi, həmçinin aylıq əmək haqqı məbləğinin 1 ştat vahidinə uyğunlaşdırılması barədə iddia tələbinin iddia müddəti tətbiq olunaraq rədd edilməsinə dair qərar qəbul olunmasını məhkəmədən xahiş edirəm. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X12 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Odur ki, iddianın müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialının nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; - 02 dekabr 2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, işəgötürən məktəbin direktoru X8 ilə işçi İddiaçı arasında 02 dekabr 2022-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, müqaviləyə əsasən X13 rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialında kiçik texniki işçi kimi işə götürülmüş, onun aylıq əmək haqqının məbləği 156 manat təşkil edir. - 15 sentyabr 2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, işəgötürən məktəbin direktoru X8 ilə işçi İddiaçı arasında 02 dekabr 2022-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, müqaviləyə əsasən əsasən X13 rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialında xadimə kimi işə götürülmüş, onun aylıq əmək haqqının məbləği 179.50 manat təşkil edir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh Şəki rayon üzrə təhsil sektoru tərəfindən İddiaçıya 18 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, onun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı 3-29-69/1-M- 422/2-4/2024 nömrəli, xx.xx.2023-cü il tarixli müraciətinə Şəki-Zaqatala Regional Təhsil ldarəsinin Şəki rayonu üzrə təhsil sektorunda baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” qərarına uyğun olaraq ümumi təhsil müəssisələrində kiçik xidmətedici işçi vəzifəsi üzrə ştat vahidlərinin sayı sinif komplektlərinin sayından asılıdır. Baş Kəldək kənd ümumi orta məktəbin Aşağı Kəldək filialında 6 sinif komplekti olduğu üçün 2 (iki) ştat vahidi kiçik xidmətedici işçi ştatı var. Onlardan 1 ştat vahid Allahverdiyev Araz digər 1 ştat vahid isə hərəsində 0.5 ştat vahid olmaqla İddiaçı və Cavadova Ayşə tərəfindən icra olunur. Baş Kəldək kənd ümumi orta məktəbi üzrə 120 nömrəli, 15 sentyabr 2016-cı il tarixli əmr ilə Baş Kəldək kənd ümumi orta məktəbin Cücəmiş filialında sinif komplektlərinin sayının azalmasına əsasən məktəbdə mövcud olmuş 1.5 ştat vahid kiçik xidmətedici işçi vəzifəsi ixtisara düşmüşdür. Həmin əmrə əsasən ixtisara düşən ştat vahidlərini tənzimləmək üçün (işçi çıxarılmamaq şərti ilə) onun üzərində olan 1 ştat vahid iş həcmi 0.5 ştat vahid iş həcmində saxlanılmışdır. Gələcəkdə işlədiyi müəssisədə sinif komplektlərinin sayında artım olduğu halda müraciəti təmin edilə bilər. Ümumi təhsil müəssisələrində əmək normaları Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən həyata keçirilir. Məktəbin direktoru onun iş həcmi barədə Şəki rayonu üzrə təhsil sektoruna rəsmi məlumat vermişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şəki-Zaqatala regional şöbəsi tərəfindən İddiaçıya ünvanlanmış 28 mart 2024-cü il tarixli məktubdan görünür ki, onun Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialının rəhbərliyi tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı birbaşa müraciətinə X9 Xidmətinin Şəki-Zaqatala regional şöbəsində baxılmışdır. Müraciəti ilə bağlı Cavabdehnə sorğu məktubları göndərilmişdir. Tərəflərindən Əmək və X14 vasitəsilə aparılan araşdırma zamanı məlum olmuşdur ki, o, xx.xx.2010-cu il tarixdən Şəki Təhsil Şöbəsinin sabiq müdiri X2 tərəfindən xadimə işinə qəbul edilmişdir. Hazırkı dövrdə məktəbə rəhbərlik edən direktor Taleh Novruzov təqdim etdiyi izahatında 2018-ci ildə həmin məktəbə direktor təyin edildiyini və sabiq direktorun dövrünə aid heç bir kadr sənədlərin mövcud olmadığını bildirmişdir. Eyni zamanda T. Novruzov 2016-cı ildə sabiq direktor tərəfindən onun 1 (bir) ştat işinin 0.5 ştat vahidinə endirilməsini qeyd etmişdir. Araşdırma zərurəti ilə əlaqədar son 3 (üç) ilin iş vaxtının uçotu tabelləri və əmək haqqı hesablama cədvəlləri müəssisədən tələb edilmiş və təqdim edilmişdir. Həmin sənədlərdə onun 0.5 ştat vahidinə uyğun iş saatlarında işləməyi müəyyən edilmişdir. Həmçinin onun xx.xx.2022-ci il tarixədək olan dövrdə ƏMAS-də əmək müqaviləsi bildirişlərində ştat məlumatları tam olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinin tələblərinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək işəgötürənin əsas hüquqlarından biridir. Qeyd olunan maddənin tələbini və ƏMAS-də əmək müqaviləsi bildirişlərinə baxış keçirilərkən işəgötürən şəxs qismində Şəki Təhsil Şöbəsinin sabiq müdiri X1 olması müəyyən edilir. ƏMASdə olan məlumatların hüquqi qüvvəyə malik olmasını nəzərə alaraq onun təqsiri olmadan 2016-cı ildən etibarən əmək haqqısı 0.5 ştat vahidinə uyğun hesablanmış və ödənilmişdir. Cavabdeh Şəki rayonu üzrə təhsil sektoru tərəfindən təqdim edilən sənədlərə əsasən müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdən yenidən Şəki rayonu Baş Kəldək kənd məktəbinə xadimə işinə qəbul edilmişdir. Məktəb tərəfindən təqdim edilən yazılı formada bağlanılan əmək müqaviləsində müqavilənin bağlanma tarixi düzgün qeyd edilməmiş və işə başlama tarixində müvafiq düzəliş edilmişdir. Qeyd olunanlarla bağlı məktəb direktoru Taleh Novruzov izahatında texniki səhv etdiyini və sonradan oxunmaq şərti ilə düzəlişlər apardığını bildirmişdir. Eyni zamanda həmin əmək müqaviləsinin onun tərəfindən 07 fevral 2024-cü il tarixdə imzalanmasını bildirmişdir. Məcəllənin tələblərinə əsasən əmək müqaviləsi dedikdə işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə başa düşülür. Məcəllənin 44-cü maddəsinin tələblərinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır, iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Məcəllənin 46-cı maddəsinin 1-ci bəndinin tələbinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Qeyd olunan maddələrin tələblərinə əsasən Taleh Novruzov tərəfindən ƏMAS-də müvafiq qeydiyyat xx.xx.2022-ci il tarixdə aparılsa da həmin qeydiyyat üçün əsas olan yazılı formada bağlanılmış əmək müqaviləsi tərəfindən xx.xx.2024-cü il tarixdə imzalanmışdır. Həmçinin əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri həmin dövrə qədər razılaşdırılmamışdır. T. Novruzov izahatında onun işə qəbul edilməyi ilə bağlı daha əvvəl müqavilə bağladığını bi!dirərək həmin müqaviləni təqdim edilməs! üçün müddət istəmiş, lakin heç bir sənəd təqdim edə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq tərəflərindən Şəki rayonu, Baş Kəldək kənd ümumi orta məktəbinin direktoru X4 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Protokol tərtib edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq 2016-cı ildə ştatlarının endirilməsi dövründən ona ödənilməli olan vəsaitin ödənilməsini təmin edərək nəticəsi barədə X9 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə rəsmi məlumat verilməsi üçün Şəki rayonu, Baş Kəldək ümumi orta məktəbinə göstəriş məktubu göndərilmişdir. Müraciətində qeyd etdiyi məsələlər ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. - Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək göstərdi ki, o, 2018-ci il tarixdən məktəbdə direktor vəzifəsində işləmişdir. 2016-cı ildə sinif komplektlərinin sayının azalmasına əsasən məktəbdə mövcud olmuş 1.5 ştat vahid kiçik xidmətedici işçi vəzifəsi ixtisara düşmüşdür. Kiçik texniki işçi vəzifəsində ştat ixtisarı olduğundan, heç bir işçinin işdən çıxarılmaması məqsədi ilə İddiaçı 1 ştat olan kiçik texniki işçi vəzifəsi 0,5 ştata endirilmişdir. 2 il ərzində heç bir etiraz etmədən işləyiblər. - Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək göstərdi ki, o, Cavabdehndə mühasib kimi işləyir. 2016-cı ilə kimi əmək haqqısı 1 ştat vahidinə uyğun hesablanmış və ödənilmişdir. 2016-cı ildə sinif komplektlərinin sayının azalmasına əsasən məktəbdə mövcud olmuş 1.5 ştat vahid kiçik xidmətedici işçi vəzifəsi ixtisara düşmüşdür. Buna görə də İddiaçı 1 ştat olan kiçik texniki işçi vəzifəsi 0,5 ştata endirilmiş və əmək haqqısı 0.5 ştat vahidinə uyğun hesablanaraq ona ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 11-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinin tələblərinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək işəgötürənin əsas hüquqlarından biridir. 55-ci maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir. 56-cı maddəsinin 2-ci hissəsinə əsasən İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. 59-cu maddəsinə əsasən İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. 82-ci maddəsinə əsasən Bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Məhkəmənin mövqeyi: Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin qismən edilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, iddiaçı, Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialına 1 ştat vahidi işə qəbul edilmişdir. Sinif komplektlərinin sayının azalması zamanı həmin ştatlardan, o cümlədən işçilərdən birinin ixtisara düşməsi zəruriyyəti yaranmışdır. Şəki rayon Baş Kəldək ümumi orta məktəbində kiçik texniki işçi vəzifəsində ştat ixtisarı olduğundan, heç bir işçinin işdən çıxarılmaması məqsədi ilə İddiaçı 1 ştat olan kiçik texniki işçi vəzifəsi 0,5 ştata endirilmişdir. Belə ki, Əmək Qanunverciliyinin tələblərinə əsasən, ştatlarda dəyişiklik və ya ixtisar olunmuşdursa, İddiaçı ştatında dəyişiklik edilməsi ilə bağlı qarşılıqlı razılıq əsasında əmək müqaviləsində əlavə və ya dəyişiklik olunmalı, yaxud onunla yeni müqavilə bağlanmalı idi. Lakin göründüyü kimi işəgötürən kimi cavabdeh tərəf Əmək Məcəllləsinin tələblərini pozaraq, işçi ilə yeni əmək müqaviləsi bağlamadan, onun razılığı olmadan, ştat vahidini endirmişdir. Bundan başqa ümumiyyətlə bu barədə heç bir əmr verilməmişdir. Sözügedən təhsil müəssisəsinin direktoru tərəfindən işçinin razılığı olmadan əmək müqaviləsində vəzifəyə edilən dəyişikliklər qanuna uyğun olmamışdır. Bundan başqa işəgötürən məktəbin direktoru X8 ilə işçi İddiaçı arasında bağlanmış əmək müqavilələrində də səhvə yol verilmiş, əmrlərdə müxtəlif nömrələr qeyd edilmiş və iddiaçı ilə bağlanmış əmək müqaviləsinin tarixi fərqli göstərilmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi mübahisələndirilən əmrlər verilərkən mövcud qanunvericiliyin tələbləri işəgötürən tərəfindən pozulmuşdur. Mülki prosessual qanunvericiliyin tələblərinə görə cavabdeh Şəki rayon Baş Kəldək ümumi orta məktəbi İddiaçı ştat vahidinin 1 ştat vahiddən 0.5 ştat vahidə endirilməsi zamanı əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün qaydalara riayət edildiyini təsdiq edən halları sübut etməli olduğu halda bunu etməmişdir. İddiaçı iddia ərizəsində cavabdehlər Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialı və Cavabdehndən 2016-cı ildə ştatlarının endirilməsi dövründən ona ödənilməli olan vəsaitin alınaraq ona verilməsini xahiş etmişdir. Lakin iş materiallarından müəyyən edilir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə 05 iyul 2024-cü il tarixdə müraciət etmiş, Cavabdeh nümayəndəsi isə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin ərizəsinə münasibətdə qeyd edir ki, iddia müddəti iddiaçının tələb etdiyi 2016-cı ildən 05 iyul 2024-cü il tarixinədək şamil edilməlidir. Belə ki, iddiaçının əmək haqqının ödənilməsi, yəni pul tələbinin ödənilməsi ilə bağlı yaranmış əmək mübahisələrinin həlli üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etmək hüququ olduğundan iddiası məhkəməyə müraciət etdiyi 05 iyul 2024-cü ildən bir il geriyə 05 iyul 2023-cü il tarixdən olan hissədə əsaslıdır. Məhkəmə iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 2016-cı il tarixdən 05 iyul 2023-cü il tarixədək Əmək Məcəlləsində nəzərdə tutulan 1 illik iddia müddətini ötürməsini və cavabdehin nümayəndəsinin Mülki Məcəllənin 375.2-ci maddəsinə istinad edərək iddia müddətinin ötürülməsinə dair ərizə təqdim etməsini nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Odur ki, məhkəmə iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulan 1 illik iddia müddətini ötürməsini və cavabdehin nümayəndəsinin Mülki Məcəllənin 375.2-ci maddəsinə isnad edərək iddia müddətinin ötürülməsinə dair ərizə təqdim etməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçıya 05 iyul 2023-cü il tarixdən hesablanmaqla alınmalı olduğu əmək haqqısına olan əlavələr cavabdehlər Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialı və Cavabdeh tərəfindən ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı 05 iyul 2023-cü il tarixdən hesablanmaqla almalı olduğu əmək haqqında olan əlavələr cavabdehlər Şəki rayon Baş Kəldək ümumi orta məktəbinin Aşağı Kəldək filialı və Cavabdeh tərəfindən ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1758/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1758/2024
22.11.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver