Məhkəmə qərarları › İş №e-2(075)-1815/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1815/2023

27.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1815/2023 27.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə nikahından 05 yanvar 2015-ci ildə doğulmuş X2 və 19 mart 2018-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 250 manat olmaqla iki uşağa cəmi 500 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahları 18 aprel 2013-cü ildə Şəki rayon Qeydiyyat Şöbəsində 78 nömrə ilə qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahlarından 05 yanvar 2015-ci ildə X4 və 19 mart 2018-ci ildə X5 adlı 2 uşaqları dünyaya gəlmişdir. Onlar uzun müddət səmimi ailə münasibətlərində yaşasalar da, sonralar cavabdehin ailənin problemlərinə laqeyd yanaşması, uşaqlara münasibətdə diqqətsizlik göstərməsi və bəzi digər səbəblərdən aralarında müəyyən problemlər yaranmışdır. Belə ki, artıq uzun müddətdir ki, cavabdeh uşaqları ilə maraqlanmır, onların saxlanılmasında ona hər-hansı bir maddi köməklik göstərmir. Cavabdehlə birgə nikahlarından doğulmuş uşaqları valideyinlərinin köməkliyi ilə güc bəla saxlayır. Bu səbəbdən də, mediator tərəfindən mediasiya prosesinə xitam verilməsi haqqında 24 iyul 2023-cü il tarixli, MŞŞ/MT-018/2023-01885 nömrəli protokol verilmişdir. Bildirmişdir ki, cavabdeh artıq uzun müddətdir ki, uşaqlar ilə maraqlanmamış, uşaqların saxlanması üçün bütün yük onun, dolayısı ilə də onun valideyinlərinin üzərinə düşmüşdür. Keçən müddət ərzində o, dəfələrlə cavabdehdən uşaqların saxlanmasına köməklik göstərməyini xahiş etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh ailəsinə uşaqlarına qarşı soyuq münasibətdə olmuşdur. Cavabdeh uşaqları ilə maraqlanmamış, uşaqların maddi ehtiyyaclarını qarşılamamışdır. Birgə nikahlarından olan uşaqlarını saxlamaqda çətinlik çəkir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, İddiaçı ilə 18 aprel 2013-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahlarından 05 yanvar 2015-ci il təvəllüdlü X4 və 19 mart 2018-ci il təvəllüdlü X5 adlı iki uşaqları anadan olmuşdur. Bildirmişdir ki, iddiaçı məhkəməyə müraciət etməmiş əvvəl Mediasiya Sessiyasına müraciət etmişdir. Mediasiya prosesi zamanı onlar aralarında bağlanmış nikahın məhkəmə qaydasında pozulmasına, birgə nikahlarından olan uşaqlarının analarının yanında saxlanılmasına və uşaqla ünsiyyətlə bağlı razılıq əldə etmişlər. Bildirmişdir ki, o, hər iki uşaq üçün ayda 250 manat məbləğdə aliment ödəyə bilər. İş olanda gündəlik 25 manat olmaqla işləyir. Maddi imkanı aşağıdır. O, kreditlə maşın alsa da, ödəməyə maddi imkanı olmadığı üçün qaytarmışdır. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 18 aprel 2013-cü il tarixli, AZ-İ 839697 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 arasında 18 aprel 2013-cü il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 78 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada İsmayılova soyadı verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 16 yanvar 2015-ci il tarixli, AZ-İİİ 458684 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 05 yanvar 2015-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 02 aprel 2018-ci il tarixli, AZ-İV 086099 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 19 mart 2018-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. Elektron qaydada məhkəməyə daxil olraq iş materiallarına əlavə edilmiş Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 24 iyul 2023-cü il tarixli, MŞŞ/MT-018/2023-01885 saylı barışıq sazişindən görünür ki, İddiaçı və Cavabdeh mediasiyada əldə olunmuş qarşılıqlı razılaşma əsasında, aralarında 18 aprel 2013-cü il tarixdə Şəki rayon qeydiyyat şöbəsində bağlanmış nikahın məhkəmə qaydasında pozulmasına, birgə nikahlarından dünyaya gəlmiş uşaqları - 05 yanvar 2015-ci il təvəllüdlü X4 və 19 mart 2018-ci il təvəllüdlü X3 anaları İddiaçı himayəsində və yanında qalmalarına, 05 yanvar 2015-ci il təvəllüdlü X4 və 19 mart 2018-ci il təvəllüdlü X5 ilə ataları Cavabdeh hər həftənin şənbə və bazar günləri saat 11:00-dan həmin gün saat 17:00-dək görüşmələrinə və ünsiyyətdə olmalarına razıdırlar. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş mediasiya prosesinə xitam verilməsi barədə 24 iyul 2023-cü il tarixli, MŞŞ/MT-018/2023-01885 nömrəli protokoldan görünür ki, X5 və İddiaçı arasında mediasiya sessiyalarının keçirilməsi üçün İlkin Mediasiya sessiyası üçün 50 manat və Tam mediasiya sessiyası üçün 50 olmaqla, cəmi 100 manat məbləğdə mediasiya xərcini X7 ödəmişdir. Məhkəmə iclasında iddiaçının izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ilə Cavabdeh 18 aprel 2013-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 05 yanvar 2015-ci il təvəllüdlü X4 və 19 mart 2018-ci il təvəllüdlü X5 adlı iki uşaqları anadan olmuşdur. Hal-hazırda iddiaçı uşaqların saxlanılmasında çətinlik çəlkdiyini bildirərək, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə iddianı qismən qəbul etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə uşaqların saxlanılmaları üçün zəruri tələbatı, iddiaçının uşaqlarnın saxlanılmaları üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 05 yanvar 2015-ci il təvəllüdlü X4 və 19 mart 2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Bütün yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, 05 yanvar 2015-ci il təvəllüdlü X4 və 19 mart 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment cavabdehdən tutulub iddiaçıya verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə iddia ərizəsi verdiyi vaxtdan, yəni 27 iyul 2023-cü il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 05 yanvar 2015-ci il təvəllüdlü X4 və 19 mart 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 27 iyul 2023-cü il tarixdən hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 56 (əlli altı) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar