Məhkəmə qərarları › İş №e-2(075)-1833/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1833/2025

14.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1833/2025 14.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Hüryanova Şəbnəm Fərhad qızının katibliyi İddiaçı, Cavabdeh Şəki rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi icra məmuru X3 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Şəki rayon İcra və Probasiya şöbəsinə qarşı “aliment borcunu ödəməkdən və aliment öhdəliyindən azad edilmə” tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh1 və Şəki rayonu İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon İcra və Probasiya Şöbəsi tərəfindən aliment borcu düzgün hesablanmaqla, tərəfindən ödənilmiş 2000 manat aliment borcunun 10000 manatdan çıxılması və onun qalan 8000 manat aliment borcunu ödəməkdən və aliment öhdəliyindən azad edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 2008-ci ildə qeyrirəsmi ailə həyatı qurmuşdur. Ailə münasibətlərindən xx.xx.2009-cu ildə X6 adlı övladları anadan olmuşdur. Əvvəllər cavabdehlə ailə münasibətləri yaxşı olsa da, sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılmışlar. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq 100 manat həcmində müəyyən edilmişdir. Cavabdehlə 2019-cu ildə barışmış və xx.xx.2020-ci ildə rəsmi nikah bağlamışlar. xx.xx.2020-ci ildə X7 adlı ikinci övladları anadan olmuşdur. 2019-cu ilin may ayından, yəni cavabdehlə barışdığı gündən bu günədək cavabdeh və uşaqları onunla birlikdə ünvan 1 ünvanında yaşamışlar. Böyük oğlu Nicat Şəki şəhər 20 nömrəli tam ora məktəbin 10-cu sinfində, kiçik oğlu Fərid isə “Buta” bağçasında təhsil almışdır. O, ailəsinin qayğısına qalmış, maddi və mənəvi cəhətdən hər şeylə onları təmin etmişdir. Paltarlarını almış, təhsil haqlarını ödəmiş, bir valideyn kimi onları hər şeylə təmin etmişdir. Evə yeganə qazanc gətirən o özü olsa da, çalışmışdır ki, övladlarının, ailəsinin heç nəyə ehtiyacı olmasın. Cavabdeh2 tərəfindən ona 10000 manat aliment borcu hesablanmışdır. O, 7 aya aliment borcundan 2000 manatın ödəmişdir. Ödənilmiş 2000 manat aliment borcunun nəzərə alınmamasını, İcra məmuru tərəfindən qanunsuz aliment borcunun hesablanması və qalan 8000 manat aliment borcunun ondan tələb edilməsini ədalətsiz hesab etmişdir. Aliment uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün müəyyən edilsə də, 2019-cu ildən uşaqlara özü baxmış, qayğılarına qalmış, hər şeylə təmin etmiş, aliment də hesablanmışdır. Fərdi əməklə məşğul olaraq qazandığını, əlinə düşəni uşaqlarına və ailəsinə xərcləmişdir. Aliment borcu bu üzrlü səbəblərə görə əmələ gəlmiş, hazırda da maddi vəziyyəti bu borcu ödəməyə imkan verməmişdir. Bu səbəbdən Cavabdeh2 tərəfindən aliment borcu düzgün hesablanmalı, tərəfindən ödənilmiş 2000 manat aliment borcu 10000 manatdan çıxılmalı və o, 8000 manat aliment borcunu ödəməkdən və aliment öhdəliyindən azad edilməlidir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsində qeyd olunanlara eyni məzmunlu izahat verərək əlavə olaraq göstərmişdir ki, ödədiyi aliment puluna dair qəbzləri icra məmuruna təqdim etmiş, ondan başqa qeyri rəsmi olaraq tələbkarın özünə də pullar vermişdir. Buna baxmayaraq, tələbkar özünə verdiyi pulları hesaba almamış, yalnız ödəniş qəbzi olan pulları aliment ödənişi kimi qəbul etmişdir. İcra məmuru da tələbkarın sözü ilə eyni qaydada ondan pulun ödənilməsini tələb etmişdir. Bundan əlavə də onun təxmini hesablamasına görə qəbzlərin toplanması ilə də götürdükdə yenə də 10000 manat aliment borcu qalmamış, az qalmışdır. Cavabdeh olan arvadı ilə birgə yaşadıqları dövrdə uşaqları dolandırıb, saxlanmaları xərclərini ödədiyi üçün yığılıb qalmış aliment borcunun silinməli olduğunu, ondan aliment tutulmalı olmadığını, aliment öhdəliyindən azad edilməli olduğunu düşünmüşdür. Lakin bu günə kimi, uşaqlarının yanında olduğu müddətdə alimentin dayandırılması üçün tələbkar olan arvadı icra məmuruna ərizə verməmiş, bir yerdə olduqları müddətdə də alimentin verilməsini tələb etmişdir. Hazırda arvadı uşaqları da özü ilə aparıb doğulduğu Gədəbəy rayonuna getmiş, özünə verdiyi və birlikdə yaşadıqları dövr üçün hesablanmış alimentin hesablanmış borcdan çıxılmasını istəmədiyi üçün məhkəməyə gəlməmişdir. Cavabdeh, birlikdə yaşadıqları dövrdə aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2009-cu ildə doğulmuş Nicat adlı uşaqlarının saxlanılması üçün 100 manat aliment müəyyən edilmişdir. Cavabdeh “alimentin artırılması” tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə qətnaməsinə əsasən təyin edilmiş aliment məbləği artırılaraq 180 manat müəyyən edilmişdir. 2019-cu ildə onlar yenidən barışaraq xx.xx.2020-ci ildə rəsmi nikaha girmişlər. xx.xx.2020-ci ildə birgə nikahdan 2-ci övladları X7 anadan olmuşdur. Hal-hazırda da cavabdehlə aralarında bağlanmış nikah pozulmamışdır. 2021-ci ilin noyabr ayınadək bir yerdə yaşamışlar və daima ailəsinin qayğısını çəkmişdir. Lakin 2021-ci ilin noyabr ayında münasibətləri pozulmuş və tələbkar yenidən icra sənədinin icrasını tələb etmişdir. Bir yerdə olduqları dövr üçün də ərizə verib aliment hesablanmasını dayandırmadığı üçün həmin alimentlər də toplanıb borc yaratmışdır. O, alimentdən əlavə, uşaqlarının məktəb və hazırlıq xərclərini özü qarşılamışdır. 2025-ci ilin fevral ayınadək o, hər ay uşaqlarına pul göndərmiş, tələbkar da ondan aliment tələb etməmişdir. Hal-hazırda aylıq 600-700 manat məbləğdə əmək haqqı olsa da, son aylar ərzində cavabdehə ümumilikdə 2000 manatdan artıq pul ödəmişdir. Lakin bu barədə sübutlar saxlamamışdır. Sonradan icra məmurunun göstərişinə əsasən pulu poçt vasitəsilə ödəmiş və qəbzləri icra məmuruna göndərmişdir. İcra məmurundan aldığı məlumata görə hazırda 10000 manata yaxın aliment borcu yaranmışdır. Birlikdə yaşadıqları zaman rəsmi olaraq aliment ödəməsə də, faktiki olaraq uşaqların hər bir xərcini özü çəkdiyindən hesab edir ki, aliment borcu qalmamışdır. Odur ki, verməli olduğu alimentdən yaranan borcu düzgün hesablayıb, birgə yaşadıqları müddətdə uşaqların bütün tələbatını ödədiyindən aliment borcunun silinməsini və aliment öhdəliyindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı cavabdeh Şəki rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi icra məmuru X8 izahat verərək bildirmişdir ki, İddiaçı aliment ödənişlərinin icrası ilə əlaqədar mütəmadi olaraq Cavabdeh2nə dəvət edilmiş və ondan izahatlar alınmışdır. İddiaçının tələbində düzgün hesablanmadığı iddia edilən 10000 manat aliment, tələbkarın onlara ünvanlandığı şikayət ərizəsində qeyd olunmuş məbləğin əsasında ortaya çıxmışdır. Ödənişlər qəbzlərdəki pul məbləği ilə hesablanmaqla, hər aylıq müəyyən edilmiş alimentin miqdarına əsaslanmışdır. Tərəfindən aparılmış hesablamaya əsasən iş üzrə iddiaçı olan borclu son aylar ərzində aliment borcundan təxminən 2000 manat civarında ödəniş etmiş, hal-hazırda 9180 manat aliment borcu qalmışdır. Borclu qeyri rəsmi verdiyi pulları və birgə yaşadıqları dövrdə uşaqlara çəkdiyi xərci hesablayıb borcunun az olduğunu və ya olmadığını iddia etsə də, tələbkar Cavabdeh1 birgə yaşadıqlarını bildirib alimentin dayandırılması barədə müraciət etməmiş, qeyri rəsmi pul verilmədiyini bildirmiş, birgə yaşadıqları dövrdə də uşaqlara baxmadığını qeyd edib bütün alimentin alınıb verilməsini istəmiş, yuxarı orqanlara zəng və teleqram vuraraq şikayət etməklə aliment məbləğinin tam olaraq ödənilməsini tələb etmişdir. Alimentin yığılmasının səbəbi də tərəflərin münasibətlərinin mütəmadi dəyişkən olması, birgə yaşadıqları dövrdə də tələbkarın alimentin ödənilməsini tələb etməsi, borclunun isə verməli olmadığını düşünməsi olmuşdur. O, qeyd edilənlərə əsasən qanuni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etmənişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Gədəbəy Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(075)-1081/2022 saylı qətnaməsindən görünür ki Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(042)- 1098/2016 saylı qətnaməsi ilə 04 mart 2009-cu il təvəllüdlü X1 üçün hər ay 100 manat müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 180 manat miqdarında müəyyən edilmişdir. 13 fevral 2020-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 180 manat sabit miqdarda tutularaq Cavabdeh1 ödənilməsi, alimentin tutulmasının əvvəlinin 05 oktyabr 2022-ci il tarixdən hesablanması qət edilmişdir. Şəki şəhər “Yaramallı” məhəlləsi tərəfindən verilmiş 16 iyun 2025-ci il tarixli, 49 saylı arayışdan görünür ki, Cavabdeh1 ünvan 3 ünvanda yaşayır və onun ailə üzvləri həyat yoldaşı xx.xx.1978-ci il təvəllüdlü İddiaçı, oğulları xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X5r. 01 may 2025-ci il tarixli MŞŞ/MT018/2025-00614 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh1 01 may 2025-ci il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən Şəki 1 saylı Mediasiya Təşkilatının hesabına ödəmişdir. Cavabdeh1 ilkin mediasiya sessiyasının davam etdirilməsinə razılıq verməmişdir. Şəki Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 3(075)-180/2023 saylı qərarından görünür ki, İddiaçı aliment borcunu ödəmədiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin qərarı ilə İnzibati xəta haqqında protokol üzrə işə xitam verilmişdir. ********** saylı, xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə, İddiaçı tərəfindən 70 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında tərəflərin izahatları, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı və Cavabdeh1 2007-ci ildə qeyri-rəsmi ailə qurmuşlar. Onların ailə münasibətlərindən xx.xx.2009-cu il tarixdə X6 adlı övladları doğulmuşdur. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il tarixdə doğulmuş X1 üçün 100 manat aliment məbləği müəyyən edilmişdir. 2019-cu ildə tərəflər barışaraq xx.xx.2020-ci ildə rəsmi nikaha girmişlər. xx.xx.2020-ci ildə birgə nikahdan 2-ci övladları X7 anadan olmuşdur. 2021-ci ildə yenidən ayrıldıqları üçün Cavabdeh1 “alimentin artırılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş 2(041)-1081/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2(041)-1098/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə müəyyən edilmiş hər ay 100 manat alimentin məbləği artırılaraq 180 manat müəyyən edilmişdir. Bundan başqa, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş 2(041)-1081/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən İddiaçı xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 180 manat aliment alınaraq Cavabdeh1 ödənilməsi qət edilmişdir. İddiaçı aliment borcunun ödənilməsi ilə əlaqədar mütəmadi olaraq Cavabdeh2nə dəvət edilmiş və ondan izahat alınmışdır. İddiaçı son aylar ərzində aliment borcundan təxminən 2000 manat civarında ödəniş etsə də hal-hazırda 9180 manat aliment borcu yaranmışdır. İddiaçı cavabdehlərdən biri olan arvadı və uşaqları ilə birlikdə yaşadığını, həmin dövrdə uşaqların saxlanması üçün bütün xərcləri ödədiyini, buna görə aliment ödəməli olmadığını, yaranmış aliment borcunun qeyd olunan dövr müddətində yarandığını və silinməli olduğunu iddia etsə də bunlarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Təyin edildiyi vaxtdan aliment dayandırılmamış, bunun üçün əsasların olduğu və müraciət edildiyi müəyyən olunmamışdır. İddiaçıdan aliment tutulması qət edilən qətnamələr qüvvədədir və ləğv edilməmişdir. İddia tələbinin təmin edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə, onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Belə ki, aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, aliment miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs aliment miqdarının artırılmasını tələb edə bilər. Göründüyü kimi, iddiaçı aliment borcunun düzgün hesablanmasını iddia etdiyi hissədə real mövcud olan ödəniş qəbzləri ilə məbləğlərin hesablanması mümkün olduğundan və icra məmurunun mövcud sənədlər əsasında məhkəmə iclasında hesablamaqla qalan borcu müəyyən etməsi və aliment ödənişinin davam etməsi onu göstərir ki, iddiaçının ondan rəsmi qaydada tələb edilmədiyi halda eşitdiyi məbləğ barədə iddia qaldırıb ondan tələb edildiyini iddia etməsi heç bir hüquqi əsasa söykənmir. Yaranmış borc məbləğinin birgə yaşadıqları müddətdə uşaqların saxlanması üçün bütün xərcləri çəkdiyinə görə silinməli olduğu hissəyə münasibətdə məhkəmə qeyd edir ki, bu barədə heç bir sübut olmamaqla yanaşı, həmçinin uşaqlarla bir yerdə yaşama, uşaqların saxlanması üçün xərclərin də çəkdiyini mütləq anlama gətirmir. Əks tərəfin alimenti tələb etməsi bunu inkar etdiyini göstərir. Bundan sonrakı aliment öhdəliyindən azad olunma iddiası da digərləri kimi heç bir mötəbər sübutlarla təsdiqlənməyə cəhd olunmamışdır və bunun üçün əsalar mövcud deyidir. Bunlardan əlavə olaraq, məhkəməyə təqdim etdiyi sənədlərdə və ya digər sübutlarda, müəyyən edilmiş aliment məbləğindən sonrakı dövrdə onun gəlirlərində azalma baş verdiyini və bu azalmaları, eləcə də qarşı tərəfin əks vəziyyətini, yəni gəlirini çoxalmasını, alimentə və ya həmin qədər aliment tutulmasına ehtiyacının olmamasını təsdiqləyən hər hansı bir sübutun olduğu müəyyən edilməmişdir. Başqa sözlə, iddiaçı, məhkəməyə bu mövzuda, yəni özünün və ya qarşı tərəfin maliyyə vəziyyətində və gəlirlərində hər hansı bir azalma və ya artımın baş verdiyini təsdiqləyən heç bir mənbə və ya dəlil təqdim etməmişdir. Beləliklə, iddiaçının iddiasının əsaslı olması, sübutların olmaması səbəbindən, məhkəmə tərəfindən təsdiqlənməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 və Şəki rayon İcra və Probasiya şöbəsinə qarşı “aliment borcunu düzgün hesablamaqla onu ödəməkdən və aliment öhdəliyindən azad edilmə” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. 17 iyun 2025-ci il tarixli, **********0№-li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 70 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 70 AZN məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh1 və Şəki rayon İcra və Probasiya şöbəsinə qarşı “Şəki rayon İcra və Probasiya Şöbəsi tərəfindən aliment borcu düzgün hesablanmaqla, tərəfindən ödənilmiş 2000 manat aliment borcunun 10000 manatdan çıxılması və onun qalan 8000 manat aliment borcunu ödəməkdən və aliment öhdəliyindən azad edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar