Məhkəmə qərarları › İş №e-2(075)-1863/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1863/2024

18.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1863/2024 18.09.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahından dünyaya gəlmiş xx.xx.2011-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X2 üçün 18 yaşına kimi hər uşaq üçün hər ay 235 manat olmaqla, cəmi 470 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki iddiaçı Ağayeva (Yusubova) Günay Rəhman qızı Cavabdeh ilə 2011-ci ildə ailə həyatı qurmuşdur və xx.xx.2011-ci il tarixindən etibarən aralarında nikah rəsmiləşmişdir. Onunla birgə nikahından xx.xx.2011-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. Tərəflər əvvəllər səmimi yaşasa da sonradan aralarında bir çox narazılıqlar yaranmış və buna görə də hal-hazırda ayrı yaşayırlar və faktiki olaraq ayrılmışdır. Birgə nikahdan dünyaya gəlmiş uşaqlar hal-hazırda iddiaçının yanındadır. Uşaqları ilə birlikdə hal-hazırda ünvan 1 ünvanında atasına məxsus evdə yaşayır. Nikah münasibətlərinin pozulması, alimet tələbi üçün Mediasiya xidmətinə müraciət etmişdir. Burda hər hansı bir razılıq əldə olunmamışdır. Buna görə də ilk olaraq aliment tələb etmək üçün məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: - İş materiallarına əlavə edilmiş 26 avqust 2011-ci il tarixli, AZ-İ 707307 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında 26 avqust 2011-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 598 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Ağayeva soyadı verilmişdir. - 29 yanvar 2012-ci il tarixli, AZ-İİ 820151 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 17 noyabr 2011-ci il təvəllüdlü X6 atası Cavabdeh, anası İddiaçıdır. - 16 yanvar 2013-cü il tarixli, AZ-İİİ 018452 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 28 dekabr 2012-ci il təvəllüdlü X5 atası Cavabdeh, anası İddiaçıdır. - Şəki Şəhər İcra Hakimiyyəti Başçısının “Olimpiya” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 192 saylı arayışından görünür ki, Şəki şəhəri, “Olimpiya” məhəlləsi, Bəhrambəy Nəbibəyov küçəsi, 4 saylı evdə İddiaçı yuxarıda qeyd edilən ünvanda övladları X8 və X7 ilə birlikdə yaşayır. Tətbiq edilən hüquq: Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda - iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinə görə mediasiya prosesinə aşağıdakı xərclər daxildir: 36.1.1. mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat; 36.1.2. mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə uşaqların saxlanılması üçün zəruri tələbatı, iddiaçının uşaqların saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından olan uşaqları xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X3 üçün Cavabdeh İddiaçı xeyrinə sabit pul məbləğində aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hər ay bir uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahdan olan uşaqları - xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay, hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Alimentin tutulmasının əvvəli iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən, xx.xx.2024-cü il tarixdən hesablanmalı və qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Məhkəmə tərəfindən təyin edilən alimentin bir illik miqdarı 4080 manat olduğundan MPM-in 112.1.3 və 119.2-ci, “Dövlət rüsumu haqqında” qanunun 8.1.2-ci maddəsinə əsasən 60,80 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahdan olan uşaqları - xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2012ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay, hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli 19 iyul 2024-cü il tarixdən hesablansın. İddia tələbi qalan hissəsi təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh 60,80 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar