Məhkəmə qərarları › İş №e-2(075)-1996/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1996/2024

15.10.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1996/2024 15.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X6, Cavabdeh Şəki RMX PHŞ-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər TƏBİB PHŞ-nin Şəki RMX PHŞ-nə qarşı “əmək fəaliyyəti ilə məşğul olan əlillərin əmək haqqına əlavə edilən, 15-20 %-lik əlavənin bütün ödənilməmiş dövrü üçün birdəfəlik ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, İddia tələbinin dəlilləri; İddiaçı cavabdehlər X2 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdehin üzərinə, iddiaçıya 2-ci qrup əlillik dərəcəsi təyin edildiyi, xx.xx.2010-cu il tarixindən bu yana, bütün ödənilməmiş müddət üzrə, əmək haqqına əlavənin hesablanması ilə, birdəfəlik ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş üzrə İddiaçı Şəki rayonu, Baş Layısqı kənd X10 İcraiyyə Komitəsi-nin (bundan sonra mətndə: - XDS İK), xx.xx.1987-ci il tarixli, 05 saylı əmri ilə, Şəki rayon Mərkəzi Xəstəxanası ilə (bundan sonra mətndə: - Şəki RMX) əlaqəli, ancaq Şəki rayonu, Baş Layısqı kənd XDS İK-nin tabeliyində fəaliyyət göstərən, Şin kənd mama məntəqəsi üzrə, sanitar vəzifəsinə işə qəbul edilmiş, sonradan (SSRİ dağıldıqdan sonra) həmin məntəqə, Şəki RMX-nın tabeliyinə verildiyindən, iş üzrə iddiaçı, avtomatik Şəki RMX-nın işçisinə çevrilmişdir. İddiaçı qeyd edilən məntəqədə və vəzifədə xx.xx.2010-cu il tarixinədək əmək fəaliyyəti göstərmiş, sonradan qeyd edilən məntəqə, xx.xx.2010-cu il tarixindən Şəki RMX yeni yaradılmış TƏBİB PHŞ-nin tabeliyinə verilməklə, tərəflər arasında əmək müqaviləsi bağlanmışdır. xx.xx.2010-cu il tarixindən, iş üzrə iddiaçıya; -“Baş beyin və mərkəzi sinir sisteminin digər şöbələrinin xoşxassəli yeni törəməsi, Sol baş beyinin xroniki subdural hidroması. Sağ tərəfli hemiparez”-diaqnozu ilə 2-ci qrup əlillik dərəcəsi təyin edilmiş və o, ona, təyin edilmiş əlillik dərəcəsi ilə əmək fəaliyyətini davam etdirmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh Şəki RMX PHŞ-nin etibarnamə üzrə nümayəndəsi X3 xx.xx.2024-cü il tarixində və xx.xx.2024-cü il tarixində məhkəmənin elektron kabinetinə göndərdiyi vəsatətlərdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şəki Rayon Xəstəxanasının Şin kənd məntəqəsinə 31 nömrəli əmrlə xx.xx.2010-cu il tarixdə xadimə vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2019-cu il tarixə qədər həmin vəzifədə işləmişdir. Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli fərmanına əsasən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi yaradılıb. İddiaçı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Şin məntəqəsinə xx.xx.2019-cu il tarixdə 103 saylı əmrlə sanitar qadın vəzifəsinə işə qəbul edilib və hal-hazırda da həmin vəzifədə çalışır. Şin kənd məntəqəsində sanitar qadın vəzifəsində çalışan İddiaçı qız ikinci dərəcəli əlil olduğu üçün əmək haqqının 14 may 2024-cü il tarixdən 20 faiz artırılması barədə “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli 185 nömrəli qərarı ilə təsdiq edilmiş “’’Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqram”ının 5.4-cü bəndinin dördüncü abzasına əsasən əlillərin və sağlamlıq imkanları məhdud uşaqların gəlirlərinin müntəzəm artırılmasını təmin etmək məqsədilə “Şəki Rayon Mərkəzi Xəstəxanası” ilə Şəki SİHİŞ arasında 2022-2024-cü illər üçün bağlanılmış Kollektiv Müqavilənin 5.2.8-ci bəndini və TƏBİB-in Müşahidə Şurasının 29 noyabr 2022-ci il tarixli 09-Q nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Nizamnaməsinin 5.6.19-cu bəndini rəhbər tutaraq 16 may 2024-cü il 18-1-71/13-1 -940/2024 nömrəli əmrlə İddiaçı Soltan qızının əmək haqqına 20 % əlavə edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Odur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin birinci hissəsinə əsasən iddia müddəti tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi X8 izahat verərək bildirdi ki, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şəki RMX PHŞ-nin etibarnamə üzrə nümayəndəsi X5 izahat verərək bildirdi ki, İddiaçı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Şin məntəqəsinə xx.xx.2019-cu il tarixdə 103 saylı əmrlə sanitar qadın vəzifəsinə işə qəbul edilib və hal-hazırda da həmin vəzifədə çalışır. Şin kənd məntəqəsində sanitar qadın vəzifəsində çalışan İddiaçı ikinci dərəcəli əlil olduğu üçün əmək haqqının 14 may 2024-cü il tarixdən 20 faiz artırılması barədə “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli 185 nömrəli qərarı ilə təsdiq edilmiş “’’Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqram”ının 5.4-cü bəndinin dördüncü abzasına əsasən əlillərin və sağlamlıq imkanları məhdud uşaqların gəlirlərinin müntəzəm artırılmasını təmin etmək məqsədilə “Şəki Rayon Mərkəzi Xəstəxanası” ilə Şəki SİHİŞ arasında 2022-2024-cü illər üçün bağlanılmış Kollektiv Müqavilənin 5.2.8-ci bəndini və TƏBİB-in Müşahidə Şurasının 29 noyabr 2022-ci il tarixli 09-Q nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Nizamnaməsinin 5.6.19-cu bəndini rəhbər tutaraq 16 may 2024-cü il 18-1-71/13-1 -940/2024 nömrəli əmrlə İddiaçı Soltan qızının əmək haqqına 20 % əlavə edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Buna görə iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. İşin halları İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş: 01 sentyabr 1987-ci il tarixli, 05 nömrəli əmrin surətindən görünür ki, İddiaçı Şin mama məntəqəsində sanitarka vəzifəsinə işə götürülmüşdür. İşdə olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdən xadimə vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2019-cu il tarixə qədər həmin vəzifədə işləmiş, xx.xx.2019-cu il tarixdən sanitar qadın vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsindən görünür ki, İddiaçı ikinci dərəcəli əlillik dərəcəsi var. 06 sentyabr 2023-cü il tarixli 58 nömrəli protokoldan görünür ki, Şəki RMX PHŞ-nin direktoru Məcid Əliyev və Şəki RMX PHŞ-nin HİK-nin sədri İradə Xəlilova arasında bağlanmış Kollektiv Müqavilənin V Əməyin Ödənilməsi bəndinin 5.2.8-c yarımbəndində göstərilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli 185 nömrəli qərarına əsasən əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10 fazi, İİ qrup və əlillərin və sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 20 faiz artırılması təmin edilmişdir. 16 may 2024-cü il tarixli, 18-1-71/3-1-940/2024 saylı əmrdən görünür ki, Şin kənd tibb məntəqəsində sanitar qadın vəzifəsində çalışan İddiaçı Soltan qızı ikinci dərəcəli əlil olduğu üçün onun əmək haqqının (tarif dərəcəsinin) 15 may 2024-cü il tarixdən 20 faiz artırılması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli əmək haqqı üzrə hesablama cədvəlindən görünür ki, 2024-cü ilin may-iyul aylarının əmək haqqı məbləği hesablanarkən 20 % əlavə də nəzərə alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 16-cı maddəsinə əsasən, qadınlara, əlilliyi olan şəxslərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir. Əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq, o cümlədən açıq, inklüziv və müyəssər iş şəraitində sərbəst seçdiyi və ya qəbul etdiyi əmək bazarında iştirak etməklə öz yaşayışını təmin etmək hüququ vardır. Əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsi, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırlması qadağandır. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 155-ci maddənin 5-ci hissəsinə əsasən əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əmək haqqının məbləğinə daxil edilmir. 157-ci maddəsinə görə əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. 161-ci maddəsinə əsasən əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyası ilə yanaşı müəyyən edilmiş iş vaxtı ərzində işçi tərəfindən digər müvafiq peşələr (vəzifələr) üzrə əmək funksiyasının tam və ya qismən icra olunduğu hallarda onun əmək haqqına əlavə müəyyən edilib ödənilməlidir. 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli qərarının 5.4-cü bəndinə əsasən Müəssisə və təşkilatıarda əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi göstərilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan sənədlərlə, tərəflərin izahatları ilə müəyyən olunur ki, İddiaçı Şəki rayonu, Baş Layısqı kənd X10 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 05 saylı əmri ilə, Şin kənd mama məntəqəsi üzrə, sanitar vəzifəsinə işə qəbul edilmiş, sonradan (SSRİ dağıldıqdan sonra) həmin məntəqə, Şəki RMX-nın tabeliyinə verildiyindən, iş üzrə iddiaçı, avtomatik Şəki RMX-nın işçisinə çevrilmişdir. İddiaçı qeyd edilən məntəqədə və vəzifədə xx.xx.2010-cu il tarixinədək əmək fəaliyyəti göstərmiş, İddiaçı Şəki RMX PHŞ-nə xx.xx.2010-cu il tarixdən xadimə vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2019-cu il tarixə qədər həmin vəzifədə işləmiş, xx.xx.2019-cu il tarixdən sanitar qadın vəzifəsinə keçirilmişdir. xx.xx.2010-cu il tarixindən, iş üzrə iddiaçıya; -“Baş beyin və mərkəzi sinir sisteminin digər şöbələrinin xoşxassəli yeni törəməsi, Sol baş beyinin xroniki subdural hidroması. Sağ tərəfli hemiparez”-diaqnozu ilə 2-ci qrup əlillik dərəcəsi təyin edilmiş və o, ona, təyin edilmiş əlillik dərəcəsi ilə əmək fəaliyyətini davam etdirmişdir. Bütün bunlar iddia ərizəsinə əlavə edilmiş sənədlər və eləcə də, iş üzrə tərəflərin izahatı ilə təsdiq edilmişdir. Yuxarıda göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarından da göründüyü kimi müəssisə və təşkilatıarda kollektivdə işləyən orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi əmək kollektivlərinin razılığı ilə müəyyən edilir. Hazırda iddiaçının tələbi üzrə iş materiallarında 06 sentyabr 2023-cü il tarixli, 58 nömrəli protokoldan görünür ki, Şəki RMX PHŞnin direktoru Məcid Əliyev və Şəki RMX PHŞ-nin HİK-nin sədri İradə Xəlilova arasında bağlanmış Kollektiv Müqavilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli 185 nömrəli qərarına əsasən İİ qrup və əlillərin və sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 20 faiz artırılması həmin tarixdən təmin edilmişdir. Odur ki iddia tələbi kollektiv müqavilənin bağlandığı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa cavabdehin nümayəndəsi iddia müddətinin ötürülməsinə dair ərizə təqdim edərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin iddiaçıya 2-ci qrup əlillik dərəcəsi təyin edildiyi, xx.xx.2010-cu il tarixindən bu yana əlavələrin ödənilməsi tələbi hissəsində əsaslı hesab etmir. Belə ki, iddiaçı həmin tarixdən hüquqlarının pozulduğunu bilirdi və həmin vaxtdan etibarən bir il ərzində pozulmuş hüququnun bərpa olunması, yəni məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsini tələb etməli idi. İşdə olan sənədlərdən də göründüyü kimi 16 may 2024-cü il tarixli 18-1-71/3-1-940/2024 saylı əmrlə Şin kənd tibb məntəqəsində sanitar qadın vəzifəsində çalışan İddiaçı Soltan qızı ikinci dərəcəli əlil olduğu üçün onun əmək haqqının (tarif dərəcəsinin) 15 may 2024-cü il tarixdən 20 faiz artırılması təmin edilmişdir. Odur ki, məhkəmə iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulan 1 illik iddia müddətini ötürməsini və cavabdehin nümayəndəsinin Mülki Məcəllənin 375.2-ci maddəsinə isnad edərək iddia müddətinin ötürülməsinə dair ərizə təqdim etməsini, eyni zamanda Şəki RMX PHŞ-nin direktoru Məcid Əliyev və Şəki RMX PHŞ-nin HİK-nin sədri İradə Xəlilova arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləni nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Buna görə də İddiaçı əmək haqqısına edilən əlavələrin hesablanmasının başlanğıc tarixi olaraq, İİ qrup əlillik dərəcəsinin təyin olunduğu xx.xx.2010-cu il tarixdən deyil, kollektiv müqavilənin bağlandığı xx.xx.2023-cü il tarixdən əmək haqqısına edilmiş əlavələr olan 16 may 2024-cü il tarixdək əsas götürülməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, məhkəmə hesab edir ki, iddia qismən təmin olunaraq, İddiaçı əmək haqqısına əlavə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün 100% əmək haqqının 20 % həcmində ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. İddiaçı əmək haqqısına əlavə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün 100% əmək haqqının 20 % həcmində ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar