Məhkəmə qərarları › İş №e-2(075)-2014/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2014/2024

18.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2014/2024 18.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixdə anadan olmuş X6 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 yetkinlik yаşınа çаtаnаdək mаddi təminаtları üçün hər аy Cavabdeh bütün növ qazancından sаbit pul məbləğində hər uşağa 300 manat olmaqla, cəmi 600 manat məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, onunla Cavabdeh el adəti ilə toy edib ailə qurmuşdur. Azərbaycan Respublikası Şəki rayon Qeydiyyat Şöbəsində xx.xx.2008-ci il tarixdə nikahı bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 168 № ilə qeyd edilmişdir. Birgə nikahlarından xx.xx.2019-cu il tarixdə X6 və xx.xx.2015-ci il tarixdə X8 anadan olmuşdur. Ailə qurduğu ildən cavabdehlə bir yerdə yaşasa da, cavabdeh ona və övladlarına qarşı laqeyd olmuş, uşaqlarının üzərində bərabər hüquq və vəzifələrinin olmasına baxmayaraq, ailəsinə maddi və mənəvi dəstək verməkdən yayınmışdır. Dəfələrlə övladlarının yanında onu təhqir etmiş, döymüş və bu ilin əvvəlində evdə dava salaraq ona xəsarət yetirməsi səbəbli polisə müraciət etsə də, cavabdehin həbs olunmasını istəməməyi səbəbli şikayətini geri götürsə də, cavabdeh ona olan münasibətini dəyişməmişdir. Bir yerdə yaşamağına baxmayaraq, cavabdeh ailəsi ilə maraqlanmaması səbəbli münasibətləri pozulsa da, nikahının pozulmasını istəmir, o cümlədən övladlarının yaşayış yeri, saxlanması, tərbiyə olunması və təhsil alması barədə cavabdehlə aralarında razılaşma olmasa da, övladı ona olan bağlılığı və nəhayət ana nəvazişinə və qayğısına ehtiyacı olduğu üçün onlar onunla birlikdə, cavabdehin diqqət və qayğısından ayrı onunla birlikdə yaşayır. Övladlarının qidalanmasını, geyimini və təmizlənməsini təmin etməkdə maddi yardıma ehtiyacı var. Lakin ailə münasibətlərində yaşadığı müddətdə bir dəfə də olsun övladlarının qidası, inkişafı və tərbiyəsi üçün şərait yaratmayan və ya maraqlanmayan cavabdeh könüllü olaraq onlara maddi yardım göstərmir. Daima davadalaş olan mühitdə böyümüş övladlarının müalicə olunmalarını bilən cavabdeh onların müayinəsi və müalicəsi üçün maddi yardım etməkdən də imtina edir. Cavabdeh nikahın pozulması tələbi ilə Şəki 1 saylı mediasiya təşkilatına müraciət etsə də, nikahının pozulmasını istəmədiyi, o cümlədən övladlarının yaşayış yeri, saxlanması, tərbiyə olunması və təhsil alması barədə cavabdehlə Şəki 1 saylı Mediasiya Təşkilatında sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Onu da qeyd edir ki, cavabdeh işləsə də, dəqiq gəliri barədə hal-hazırda məhkəməyə sübut təqdim edə bilmir. Buna baxmayaraq cavabdehlə ailə olaraq yaşadığı illərə əsasən deyə bilər ki, onun maddi vəziyyəti yaxşıdır. Cavabdeh hal-hazırda daşınmaz əmlakların alqı-satqısı ilə məşğul olmaqla bərabər, istirahətindən qalmır, lakin övladlarının qayğısına qalmaq istəmir və bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh izahat verərək, iddiaçının dediklərinin yalan olduğunu, onun onkoloji xəstə olmadığını, onların bir evdə qaldıqlarını, ancaq sonuncu məhkəmə iclasından sonra uşaqlara icazə vermədiyini bildirmişdir. Ailsəninin dağılmasını istəmir. İddianı qəbul etmir. İddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sübutların tədqiqi: - İş materiallarına əlavə edilmiş 02 avqust 2024-cü il tarixli, AZ-T 069029 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 arasında 30 iyun 2008-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 168 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Rəsullu soyadı verilmişdir. - 14 dekabr 2009-cu il tarixli, AZ-İİ 375638 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır. - 16 dekabr 2015-ci il tarixli, AZ-İİİ 655043 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X5 atası Cavabdeh, anası İddiaçıdır. Tətbiq edilən hüquq: Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda - iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə uşaqların saxlanılması üçün zəruri tələbatı, iddiaçının uşaqların saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından olan uşaqları xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə sabit pul məbləğində aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hər ay bir uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahdan olan uşaqları - xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay, hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Alimentin tutulmasının əvvəli iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən, xx.xx.2024-cü il tarixdən hesablanmalı və qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Məhkəmə tərəfindən təyin edilən alimentin bir illik miqdarı 4080 manat olduğundan MPM-in 112.1.3 və 119.2-ci, “Dövlət rüsumu haqqında” qanunun 8.1.2-ci maddəsinə əsasən 60,80 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikah dövründə anadan olmuş uşaqları xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit pul məbləğində 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli 09 avqust 2024-cü il tarixdən hesablansın. İddia tələbi qalan hissəsi təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh 60,80 (altmış manat səksən qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar