Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2079/2025 28.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına götürülməsinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixi 2(075)-2079/2025 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərazi aidiyyəti üzrə düzgün verilməməsi səbəbindən geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(107)-924/2025 saylı qərardadı ilə Şəki Rayon Məhkəməsinin qərardadı ləğv edilmiş və iddia ərizəsinin icraata qəbul məsələsinin çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə birinci instansiya məhkəməsində yenidən müzakirə edilməsi məqsədilə mülki iş materialları Şəki Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə tərəfindən iş üzrə mümkünlük iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. İddiaçı, elektron qaydada ərizə ünvanlayaraq iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı bə yeri barədə məlumatlandırılsalar da məhkəmə iclasında iştirak etməmişlər. Mülki Prosessual Məcəllənin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Göründüyü kimi, iddiaçı 28 oktyabr 2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. İddia ərizəsinin məhkəmə tərəfindən icraata götürülməsi haqqında qərardad çıxarılmamışdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150, 151, 152, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-2079/2025
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2079/2025
28.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver