Məhkəmə qərarları › İş №e-2(075)-2097/2025

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2097/2025

11.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2097/2025 11.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızı, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq Azərbаycаn Respublikаsı Konstitusiyasının: 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in): 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmənin mövqeyi: Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, “Yaşayış yeri” məfhumunun anlayışı qanunla müəyyən olunmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinə görə, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur. Göründüyü kimi, qanunvericilik vətəndaşın yaşayış yerinin yalnız şəxsiyyət vəsiqəsi ilə müəyyən edilməli olduğunu təsbit etmişdir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş tərəflərin şəxsiyyət vəsiqəsi barədə məlumatlardan müəyyən olunur ki, cavabdeh Quliyeva X1 şəhəri, Faiq Əmirov küçəsi, ev 37, mənzil 19 ünvanında qeydiyyatdadır. Göründüyü kimi iddiaçı MPM-in 35.1-ci maddəsinə əsasən Zaqatala Rayon Məhkəməsinə müraciət etməli olduğu halda, yanlış olaraq Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Bütün bunlara görə də iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və iddiaçıya göstərilənlərə əməl etməklə yenidən aidiyyəti məhkəməyə müraciət edə bilmək hüququ izah edilməlidir. Qeyd olunanları nəzərə alaraq və MPM-in 35,36,150, 151, 152, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar