Məhkəmə qərarları › İş №e-2(075)-2198/2025

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2198/2025

26.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2198/2025 26.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 25 avqust 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, yektinlik yaşına çatmayan uşaqları xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik tyaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə məüyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğinfə alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin 26 avqust 2025-ci il tarixdə iddiaçı X3 məhkəməyə elektron qaydada ərizə göndərərək, ailə münasibətlərini bərp etdklərini, cavabdehlə barışdıqlarını qeyd edərək, iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X1 ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.9, 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: İddiaçı X1 Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar