Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2199/2025 13.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Hüryanova Şəbnəm Fərhad qızının katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X6 ilə birgə nikahından 29 avqust 2008-ci ildə doğulmuş X2 və 21 avqust 2011-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 (bir) misli həddində sabit pul məbləğində alimentin, həmçinin 60 manat mediasiya xərcinin və Şəki Regional Vəkil Bürosunun vəkili Nümayəndə ilə hüquqlarının məhkəmədə müdafiəsi üçün bağladığı müqavilə üzrə ödənilmiş 300 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X4 ilə nikahlarını 9 sentyabr 2007-ci ildə Şəki şəhər VVAQ şöbəsində 442 nömrə ilə rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 29 avqust 2008-ci ildə X5 və 21 avqust 2011-ci ildə X7 adlı 2 uşaqları dünyaya gəlmişdir. İlk başda ailə münasibətləri yaxşı getsə də, sonralar cavabdehlə aralarında müəyyən problemlər yaranmışdır. Bu səbəbdən də cavabdehlə faktiki olaraq ayrılmışlar. Bundan sonra Cavabdeh ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış xx.xx.2007-ci il tarixli nikahın pozulması, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2008-ci il təvəllüdlü İbrahim Hacıbalayev və xx.xx.2011-cı il təvəllüdlü Yusif Hacıbalayevin himayəsində saxlanılması barədə və uşaqların saxlanması üçün aliment tələb etməməyini nəzərə alaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2(075)-2592/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, aralarında xx.xx.2007-ci il tarixdə Şəki Rayon Qeydiyyat şöbəsində bağlanmış 350 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, birgə nikahdan olan uşaqları – xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X7 onun himayəsinə verilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Keçən müddət ərzində Cavabdeh demək olar ki, öz öhdəliklərini icra etməmiş, nəticədə övladlarını saxlaması üçün maddi çətinliyi yaranmışdır. Dəfələrlə övladlarının saxlanılması üçün köməklik göstərilməsini xahiş etsə də, hər-hansı bir müsbət nəticəyə gəlməsi mümkün olmamışdır. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin qarşılıqlı iddia ərizəsi iddia tələbinin aydın olmaması və qarşılıqlı iddia ərizəsinin verilməsi üçün tələb olunan dövlət rüsumunun ödənilməməsi səbəbi ilə məhkəmənin icraatına qəbul edilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh rəsmi olaraq aliment ödəməsə də, müəyyən zamanlarda uşaqlarına maddi yardım göstərmişdir. Kirayə haqqını ödəmiş və uşaqlara paltar almışdır. Hazırda o özü də kirayədə yaşayır və böyük övladı universitetə qəbul olmuşdur. Bu səbəbdən, pula və aliment almağa ehtiyacı yaranmışdır. Qeyd etdikləri nəzərə alınaraq, qanuni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, tərəflər arasında nikah pozularkən birgə nikahdan doğulmuş uşaqların hansı valideynin yanında saxlanılması məsələsi məhkəmə tərəfindən həll edilmiş və uşaqların anasının yanında saxlanılması qərara alınmışdır. Cavabdeh də məhkəmənin bu mövqeyi ilə razılaşmış və qətnamədən apellyasiya şikayəti verməmişdir. Tərəflərin nikahı pozularkən iddiaçı aliment tələb etməyəcəyini qərra ailıb bildirsə də, hal-hazırda uşaqların saxlanmasında çətinlıik çəkdiyi üçün aliment almağa ehtiyacı yaranmışdır. O, alimentin məbləği təyin edilərkən uşaqlardan böyüyünün yetkinlik yaşına çatmasına az qalmasının nəzərə alınmasını və qanuni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahat verib bildirmişdir ki, O özü üçün iş tapmaqda çətinlik çəkir və maddi imkanı iddiaçının tələb etdiyi həddə aliment ödəmək üçün yetərli deyildir. O, daimi işi olmadığı üçün rəsmi qaydada aliment ödəmyə razı olmasa da, maddi imkanı çatdığı qədər uşaqlarına yardım etmişdir və etməyə də davam edəcəkdir. Hal-hazırda hər uşağa 150 manat aliment ödəmək imkanı vardır. Qeyd etdikləri nəzərə alınaraq, qanuni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş; 11 sentyabr 2008-ci il tarixli, AZ-lİ № 154129 seriya nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 29 avqust 2008-ci ildə Şəki şəhərində doğulmuşdur. Bu barədə doğum haqqlnda akt qeydləri kitabında 11 sentyabr 2008-cü ildə 666 № ilə qeyd edilmişdir. Atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı göstərilmişdir. 3 sentyabr 2011-ci il tarixli, AZ-ll № 738315 seriya nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 tərəflərin birgə nikahından 21 avqust 2011-ci ildə Şəki şəhərində doğulmuşdur. Bu barədə doğum haqqlnda akt qeydləri kitabında 3 sentyabr 2011-ci ildə 1118 № ilə qeyd edilmişdir. Atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı göstərilmişdir. xx.xx.2025-ci il tarixli, MŞŞ/MT018/2025-00898 nömrəli ilkin mediasiya sessiyasında (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişlər. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən Şəki 1 saylı Mediasiya Təşkilatının hesabına ödənilmişdir. Cavabdeh isə ilkin mediasiya sessiyasında iştirak etsə də, mediasiya sessiyasının davam etdirilməsinə razılıq verməmişdir. Şəki Regional Vəkil Bürosu tərəfindən verilmiş 4 iyul 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Şəki Regional Vəkil Bürosunun vəkili Nümayəndə ilə hüquqlarının məhkəmədə müdafiəsi üçün bağladığı müqavilə üzrə 300 manat pul vəsaiti İddiaçı tərəfindən Şəki Regional Vəkil Bürosunun bank hesabına ödənilmişdir. Məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il 15 nömrəli qərarının “8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir) Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, ümumilikdə mənafeyinə xidmət etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı birgə nikahdan anadan olmuş uşaqlarının saxlanılması ilə bağlı aliment tələbi ilə Cavabdeh qarşı iddia ərizəsi ilə 25 avqust 2025-ci ildən məhkəməyə ərizə ilə müraciət etdiyindən alimentin tutulmasının əvvəli həmin tarixdən, yəni 25 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Uşaqların layiqli həyat şəraitinin təmin edilməsi üçün yaşayış imkanı yaradılmalıdır. Odur ki, alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə onu da qeyd edir ki, uşaqların saxlanmaları hər iki valideynin borcu olduğundan və alimentin tutulması üçün iddiaçı tərəfindən cavabdehin qazancı barədə müfəssəl məlumatı əks etdirən sübutlar təqdim edilmədiyindən ədalətli və qanunauyğun həddə alimentin təyin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Odur ki, 68 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları yekunlaşdıraraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 25 avqust 2025-ci ildən başlayaraq İddiaçı ilə Cavabdeh birgə nikahlarından olan uşaqları – xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməli və qətnamənin alimentlə bağlı hissəsi dərhal icraya yöləldilməlidir. Cavabdeh 68 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə, 60 manat mediasiya xərci və Şəki Regional Vəkil Bürosunun vəkili Nümayəndə ilə hüquqlarının məhkəmədə müdafiəsi üçün bağladığı müqavilə üzrə ödənilmiş 300 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməli və tərəflərə birgə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı 3 il ərzində iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respubilkası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayanlar 29 avqust 2008-ci ildə doğulmuş X2 və 21 avqust 2011-ci ildə doğulmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Cavabdeh 68 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Cavabdeh 60 manat mediasiya xərci və hüquqi yardımın göstərilməsi ilə bağlı vəkilə ödənilmiş 300 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №e-2(075)-2199/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2199/2025
13.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver