Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2258/2024 20.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 (bir min beş yüz) manat borcun, dövlət rüsumu kimi ödənilmiş 35 manat və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onların qızları X1 Cavabdeh ilə 30 avqust 2019-cu il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2020-ci il tarixdə X2 adlı övladı olmuşdur. Ailə qurandan sonra cavabdeh qızlarına qarşı məişət zorakılığı törətdiyindən qızları nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 2(075)- 851/2023 saylı, 03 may 2023-cü il tarixli qətnaməsi ilə qızı ilə cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Cavabdeh hələ qızları ilə evli olan zaman maşın almaq istəmiş, lakin maşın almaq üçün pulu çatmadığından onlardan 1500 manat borc almışdır. Cavabdeh onlardan 1500 manat borc pul aldığını qızlarının cavabdehə qarşı əmlak tələbinə dair mülki iş üzrə keçirilən məhkəmə iclasında etiraf etmiş və onun bu etirafı Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, e-2(075)-1424/2023 saylı qətnaməsində də öz əksini tapmışdır. Lakin bu günədək Cavabdeh tərəfindən həmin borc pul ona ödənilməmişdir. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İşdə iştirak edən şəxslərin mövqeyi: İddiaçı1 məhkəmə iclasında izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 məhkəmə iclasında izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Şəki Rayon Məhkəməsinin e-2(75)-1424/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, məhkəmə, tələb edilən və cavabdehə borc olaraq verilmiş 1500 manat borca münasibətdə qeyd edir ki, həmin borcun cavabdehə verilməsi və həmin borcu qaytarmadığı Cavabdeh tərəfindən etiraf edilmişdir. Lakin 1500 manat borc məbləği cavabdehə məhz iddiaçı tərəfindən deyil, iddiaçının atası tərəfindən verildiyindən, iddiaçının həmin pulu geri tələb etməyə subyektiv hüququ yoxdur. Ona görə, iddia tələbi həmin hissədə də təmin edilə bilməz. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzə əsasən iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzə əsasən iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün 5.40 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə görə Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə görə Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki Rayon Məhkəməsinin e- 2(075)-1424/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən göründüyü kimi 1500 manat borc məbləğinin cavabdehə məhz İddiaçı1 tərəfindən verilməsi məhkəmə tərəfindən müəyyən olunmuşdur. Buna görə də İddiaçı1 borcun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Lakin iddia tələbi İddiaçı2 münasibətdə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən iddianın qaldırılması üçün ödənilmiş 35 manat (otuz beş) dövlət rüsumunun əvəzi və 0,40 (qırx qəpik) manat xidmət haqqı Cavabdeh tutularaq İddiaçı1 ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1500 (min beş yüz) manat pul, 35 (otuz beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutularaq İddiaçı1 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-2258/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2258/2024
20.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver