Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2261/2025 12.01.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1 qarşı “aliment borcunu ödəməkdən azad edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi. İddia tələbinin dəlilləri : İddiaçı iddia ərizəsini məhkəməyə təqdim edərək tələb etdi ki, cavabdeh Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən aliment borcunun düzgün hesablanmaqla, onun tərəfindən ödənilmiş aliment borcunun 8000 manatdan çıxarılması və birlikdə yaşadıqları dövr üçün yığılmış 7560 manat aliment borcunu ödəməkdən və aliment öhdəliyindən azad edilməsi barəsində qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirir ki, o, Cavabdeh1 ilə 02 yanvar 2006-cı il tarixdə nikah bağlamaqla ailə həyatı qurmuşlar. Birgə münasibətlərindən 10 fevral 2007-cil il təvəllüdlü X7 və 02 fevral 2009-cu il təvəllülü X9 adlı övladları anadan olmuşdur. Əvvəllər cavabdehlə ailə münasibətləri yaxşı olsa da, sonradan cavabdehin təqsiri ucbatından münasibətləri pisləşdiyindən ayrılmağı qərarlaşdırmışdılar. Buna görə da Cavabdeh1 Şəki Rayon Məhkəməsində ona qarşı nikahın pozulması barədə iddia qaldırmışdır. Şəki Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Belə ki, Şəki Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(075)-1408/2022 nömrəli qətnaməsinə əsasən onunla Cavabdeh1 arasında 02 fevral 2006-cı il tarixdə Şəki şəhər VVADQ Şöbəsində bağlanmış 12 nömrəli nikah pozulmuş, tərəflərin birgə nikahından olan 10 fevral 2007-ci il təvəllüdlü Cavabdeh1 Elşad qızı və 02 aprel 2009-cu il təvəllüdlü X9 adlı uşaqları anaları Cavabdeh1 yanında qalmışlar, 10 fevral 2007-ci il təvəllüdlü X7 02 aprel 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün sabit pul məbləğində 140 manat məbləğində olmaqla, cəmi 280 manat aliment tutularaq iddiaçı Cavabdeh1 verilməli, iddianın qalan hissəsi təmin edilməməli, aliment tutulmasının əvvəli 07 iyun 2022-ci il tarixindən hesablanmalıdır. Onlar məhkəmə qətnaməsi ilə ayrılsalar da, uşaqlarının yaşları, o cümlədən böyük uşaqlarının qız olması, artıq onun 18 yaşı bitməsinə az qalmasını diqqətə alaraq birlikdə yaşamağı qərarlaşdırmışlar. Buna görə də ünvan 1 ünvanında yerləşən evdə yaşamağa davam etmişlər. Belə ki, o özünə atasından miras olaraq qalmış və ünvan 2 ünvanda ev tikmiş, həmin evi isə 2025-ci ilin 2025-ci ilin yaz aprel-mart aylarında 80000 manata satmışdır. Onun böyük uşağı 10 fevral 2007- ci il təvəllüdlü X7 2023-2024-cü il tədris ilinin yekununda imtahan verərək ali məktəbə, yəni Gəncə şəhərində yerləşən universitetə qəbul olmuşdur. Buna görə də 2024-cü ilin sentyabr ayında Cavabdeh1 10 fevral 2007-ci il təvəllüdlü X5 və digər uşağı da götürərək Gəncə şəhərinə getmişlər. Buna səbəb, onların artıq ər-arvad kimi davam edə bilməmələrinə və uşağın təhsil almalı olduğu universitetin Gəncə şəhərində yerləşməsi olmuşdur. O, bundan sonra məhkəmə qətnaməsi ilə ödəməli olduğu aliment borcunu hər ay ödəməyə davam etmişdir. Onu da qeyd edir ki, o Şəki şəhəri, Y.Qarayev küçəsi ev 44 ünvanında yerləşən evi 2025-ci ilin yaz aprel-mart aylarında 80000 manata satmışdır. Həmin evin satışından əldə etdiyi 80000 manatın 40000 manatını Cavabdeh1 vermişdir. Halbuki, o həmin evi almaq üçün atasından ona miras qalmış evi satmışdır. Beləliklə, onlar 2024 cü ilin sentyabr ayınadək həmin evdə yaşamışlar. Evi satmaqda da əsas məqsəd artıq onların davam edə bilməyəcəkləri olmuş və buna görə də evi satdıqdan sonra faktiki olaraq ayrılmışdırlar. Yəni alimentin ödənilməsi barəsində 19 dekabr 2022-ci il tarixli məhkəmə qətnaməsi olsa da, onlar 2024-cü ilin sentyabr ayınadək həmin evdə birlikdə yaşamışlar. Hər iki uşağı Şəki şəhəri, 17 nömrəli məktəbdə oxumuşdur. Birlikdə yaşadıqları müddətdə o ailəsinin qayğısına qalıb, maddi və mənəvi cəhətdən hər şeylə təmin etmişdir. Paltarlarını almış, təhsil haqlarını ödəmiş, bir valideyn kimi onları hər şeylə təmin etdiyini qeyd etmişdir. Evə yeganə qazanc gətirən o, olsa da övladlarının, ailəsinin ehtiyacını qarşılamışdır. Cavabdeh Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən ona 8000 manat alimet borcu hesablanmışdır. Hesab edir ki, hazırki halda aliment borcunun hesablanması və ondan tələb edilməsi ədalətsizlikdir. O, aliment borcundan 2024-cü ilin sentyabr ayından bu günədək olan aliment borcunu tam şəkildə ödəmişdir. Belə ki, məhkəmə qətnaməsi ilə alimentin əvvəlinin hesablanmalı olduğu 07 iyun 2022-ci il tarixindən onların birlikdə yaşadıqları 07 sentyabr 2024-cü il tarixədək keçən 27 ay müddəti üçün hər ay 280 manat olmaqla, ödənilməli olan aliment məbləği 7560 manat təşkil edir. Halbuki, həmin müddəti onlar birlikdə yaşadıqlarına və ailəsinə o özü baxdığına görə həmin borc ondan tələb edilməməli olduğunu bildirmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh1 04 iyul 2025-ci il tarixdə iddiaya qarşı etiraz ərizəsi göndərərək göstərmişdir ki, iddiaçının tələbi tam əsassız və qanunsuzdur. İddiaçıdan tutulan aliment məbləği övladlarının saxlanılması üçün nəzərdə tutulan məbləğdir. Onların iki övladları olmasına baxmayaraq təyin olunan aliment pulları İddiaçı tərəfindən ödənilmir. Hal-hazırda onun borcu 8000 manat təşkil edir. Həmçinin İddiaçı ölkədən çıxıb xarici ölkələrə səfər edir, maddi imkanı aliment borcunu ödəmək üçün kifayət edir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin əvvəlki iclaslarda iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun çıxış edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 isı bu iddianın əsassız olmasını və borc olaraq qalmış aliment borcunun ödənilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş, X11 iddiaçı ilə ailəvi gedişgəlişlərinin olduğunu, Elşadın iki uşağının olduğunu, uşağının birinin Gəncədə universitetdə oxuduğunu bildirmişdir. Şahid əlavə etmişdir ki, ailəvi gediş-gəlişləri olsa da, onların rəsmi şəkildə ayrıldıqlarından xəbəri olmamışdır, cavabdeh uşaqları ilə birlikdə Gəncə şəhərində yaşayır. İddiaçı zəhmətkeş insandır, uşağı universitetə daxil olanda qonaqlıq vermişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş, X1 dost olduqlarını, Elşadın bir qız və bir oğlunun olduğunu bildirmişdir. Şahid əlavə etmişdir ki, tərəflər boşandıqdan sonra da ailə kimi bir yerdə yaşamışlar, cavabdeh uşaqları ilə birlikdə Gəncə şəhərində, iddiaçı isə anası ilə kənddə yaşayır. İşin halları; Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(075)-1408/2022 nömrəli qətnaməsinə əsasən Cavabdeh1 ilə İddiaçı arasında 02 yanvar 2006-cı il tarixdə Şəki şəhər VVADQ Şöbəsində bağlanmış 02 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları-10 fevral 2007-ci il təvəllüdlü X2 və 02 aprel 2009-cu il təvəllüdlü X3 anası Cavabdeh1 yanında saxlanılması, tərəflərin birgə nikahdan olan uşaqları-10 fevral 2007-ci il təvəllüdlü X2 və 02 aprel 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatamadək saxlanılmaları üçün cavabeh İddiaçı hər ay hər uşaq üçün sabit pul məbləğində 140 manat məbləğində olmaqla, cəmi 280 manat aliment tutularaq iddiaçı Cavabdeh1 verilsin. Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2025- cil il tarixində verilmiş İddiaçı ailə tərkibi haqqında arayışda göstərilir ki, Yaşar Qarayev küçəsi 44 saylı evdə arvadı (keçmiş) Cavabdeh1, oğlu X9, qızı X8 ilə birlikdə yaşamışlar. aşağıdakı ailə üzvləri var. Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 22 iyul 2025-ci il tarixli, MŞŞ/MT018/2025- 01024 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiyasında iştirak etmiş, mediasiya xərci olan 60 manat İddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstıtusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bu Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Azərbaycan Respublikası Ailə Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarına əsasən Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valildeynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər; 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, 22 oktyabr 2019-cu il tarixli, 2(075)-1408/2022 nömrəli qətnaməsinə əsasən Cavabdeh1 ilə İddiaçı arasında 02 yanvar 2006-cı il tarixdə Şəki şəhər VVADQ Şöbəsində bağlanmış 02 nömrəli nikah pozulmuşdur. Qətnaməyə əsasən cavabdeh uşaqların saxlanılması üçün aliment öhdəliyi müəyyən olunmuşdur. Hazırda iddiaçı, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən aliment borcu düzgün hesablanmaqla, tərəfindən ödənilmiş aliment borcunun 8000 manatdan çıxarılması və birlikdə yaşadıqları dövü üçün yığılmış 7560 manat aliment borcunu ödəməkdən və aliment öhdəliyindən azad edilməsini xahiş etmişdir. Qeyd edilənlənlərlə müəyyən edildi ki, iddiaçı aliment üzrə borcdan azad edilməli olmasının əsasları kimi nikahları pozulduqdan sonra cavabdeh ilə birlikdə yaşamağa davam etmələrinə, uşaqların maddi tələbatlarını ödədiyini, onlara baxdığını iddia etsə də, bununla bağlı müvafiq sənədləri məhkəməyə təqdim emətmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi nüanslar onun aliment ödəməkdən azad edilməsi əsas ola bilməz və həmin hallar aliment üzrə borcları ödəməkdən azad edilmənin əsaslarını müəyyən edən və dairəsi müəyyən olunmuş Ailə Məcəlləsinin 107-ci maddəsində nəzərdə tutulmamışdır. Bununla yanaşı iş üzrə şahidlərin verdiyi izahatlar özü-özlüyündə iddianın təmin edilməsi üçün kifayət etmir, şahidlərin iddiaçı ilə yaxın münasibətdə olmaları səbəbindən onların daha çox iddiaçının mənafeyinə uyğun izahat verdikləri müəyyən edilir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh1 qarşı “aliment borcunu ödəməkdən azad edilməsi” tələbinə dair iddiası rədd olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh1 qarşı “aliment borcunu ödəməkdən azad edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Cəfərova
Məhkəmə qərarları › İş №e-2(075)-2261/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2261/2025
12.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver