Məhkəmə qərarları › İş №e-2(075)-2301/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2301/2023

28.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2301/2023 28.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin Hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh faktiki nikahından 25 noyabr 2020-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi, həmçinin ödənilmiş 60 manat ilkin mediasiya xərcinin və Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil ilə hüquqlarının müdafiəsi üçün bağladığı müqavilə üzrə 200 (iki yüz) manat pulun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlaını 17 yanvar 2012-ci il tarixdə Şəki rayonu Kicik Dəhnə kənd İzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 07 nömrə ilə qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 adlı iki adlı 2 uşaqları dünyaya gəlmişdir. Onlar uzun müddət səmimi ailə münasibətlərində yaşasalar da, sonralar cavabdehin ailənin problemlərinə laqeyd yanaşması, uşaqlara münasibətdə diqqətsizlik göstərməsi və bəzi digər səbəblərdən aralarında müəyyən problemlər yaranmış və onlar faktiki olaraq ayrılmışlar. 2020-ci ildə Cavabdeh iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, Şəki rayonu, Kiçik Dəhnə kəndində yaşayan və qeydiyyatda olan cavabdeh İddiaçı ilə 17 yanvar 2012-ci il tarixdə Şəki rayonu Kicik Dəhnə kənd İzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 07 nömrə ilə qeyd edilmiş nikahlarının pozulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(075)-877/2020 nömrəli qətnaməsi ilə, iddia təmin edilmiş, Cavabdeh ilə cavabdeh Yusibova (Nazarova) İstək İmamverdi qızı arasında 17 yanvar 2012-ci il tarixdə Şəki şəhər İHB-nın Kiçik Dəhnə kənd İƏD-si üzrə nümayəndəliyində bağlanmış 20 №-li nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları - xx.xx.2012ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 anaları Yusibova (Nazarova) İstək İmamverdi qızının yanında saxlanılması, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit pul məbləğində 120 (bir yüz əlli) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat məbləğində alimentin tutularaq Yusibova (Nazarova) İstək İmamverdi qızına verilməsi, aliment tutulmasının əvvəlinin məhkəmə qətnaməsi qəbul edildiyi 29 sentyabr 2020-ci il tarixdən hesablanması, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 manat rüsumunun onun özünə aid edilməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bundan sonra onlar Cavabdeh ilə barışaraq yenidən bir yerdə ailə kimi yaşamağa davam etmişlər. Onlarıb faktiki ailə münasibətlərindən 25 noyabr 2020-ci ildə X9 adlı bir övladları daha dünyaya gəlmişdir. Həmin övladları dünyaya gəldikdən sonra da, onlar Cavabdeh ilə uzun müddət bir yerdə yaşasalar da, sonradan yenidən ailə münasibətləri pozulmuş və ayrılmışlar. Belə ki, artıq uzun müddətdir ki, cavabdeh uşaqları ilə maraqlanmır, onların saxlanılmasında ona hər-hansı bir maddi köməklik göstərmir. Cavabdehlə birgə nikahlarından doğulmuş uşaqlarını tək başına güc bəla saxlayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinin və “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 26-cı maddəsinin tələblərinə uyğun olaraq aralarında olan mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi üçün tərəfindən mediatora müraciət edilmişdir. Lakin cavabdeh mediasiya prosesinə gəlmədiyindən mediator X10 tərəfindən X4 iştirak edilməməsi barədə 29 sentyabr 2023-cü il tarixli, MŞŞ/MT-018/2023-02314 nömrəli protokol verilmişdir. Cavabdeh artıq uzun müddətdir ki, uşaqlar ilə maraqlanmamış, uşaqların saxlanması üçün bütün yük onun üzərinə düşmüşdür. Keçən müddət ərzində o, dəfələrlə cavabdehdən sonuncu övladlarının saxlanmasına köməklik göstərməyini xahiş etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, onun cavabdehlə birgə nikahlarından 21 yanvar 2012-ci il təvəllüdlü X6, 28 dekabr 2012-ci il təvəllüdlü X7 və 25 noyabr 2020-ci təvəllüdlü X9 adlı üç övladları olmuşdur. Şəki Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(075)-877/2020 saylı qətnaməsi ilə onunla cavabdeh arasında bağlanmış nikahları pozulmuş, birgə nikahdan olan uşaqları 21 yanvar 2012-ci il təvəllüdlü X6 və 28 dekabr 2012-ci il təvəllüdlü X7 onun himayəsində saxlanılmış, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat məbləğdə alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin birgə nikahların olan uşaqları 25 noyabr 2020-ci təvəlldlü X9 onların nikahları pozulduqdan sonra anadan olduğu üçün onun saxlanılması üçün məhkəmə qətnaməsi ilə aliment təyin edilməmişdir. Bildirmişdir ki, məhkəmə qətnaməsi ilə təyin olunmuş 240 manat məbləğdə aliment uşaqların saxlanılması üçün yetərli deyil. Həmin aliment məbləği digər iki uşağın maddi ehtiyaclarını qarşılamır. Cavabdeh 25 noyabr 2020-ci ildə X1 üçün ona heç bir maddi dəstək göstərmir. Uşaqların saxlanılmasında çətinlik çəkir. Cavabdeh usta işləyir. Maddi imkanı yaxşıdır. Hər üç uşaq onun himayəsindədir. Uşaqların maddi ehtiyaclarını tam olaraq qarşılaya bilmir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil İddiaçı ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, o, iddiaçı ilə 17 yanvar 2012ci il tarixdə rəsmi nikahlarını Şəki şəhər İHB-nın Kiçik Dəhnə kənd İƏD-si üzrə nümayəndəliyində qeyd etdirməklə ailə qurmuşdur. Faktiki ər-arvad kimi yaşadıqları dövrdə 21 yanvar 2012-ci il təvəllüdlü X6 və 28 dekabr 2012-ci il təvəllüdlü X7 adlı iki uşaqları olmuşdur. Yaşadıqları dövrdə bir müddət aralarındada səmimi ailə münasibətləri olsa da sonralar bu münasibət davam etməmiş və ayrılmışlar. Şəki Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(075)-877/2020 saylı qətnaməsi ilə onunla iddiaçı arasında bağlanmış nikahları pozulmuş, birgə nikahdan olan uşaqları 21 yanvar 2012-ci il təvəllüdlü X6 və 28 dekabr 2012-ci il təvəllüdlü X7 analarının himayəsində saxlanılmış, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat məbləğdə alimentin ondan tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Onlar ayrıldıqdan sonra onların 25 noyabr 2020-ci təvəllüdlü X9 adlı bir uşaqları da anadan olmuşdur. Bildirmişdir ki, o, usta işləməklə qazanc əldə edir. Aylıq qazancı 400 – 450 manat təşkil edir. Hal-hazırda iddiaçıya uşaqların saxlanılması üçün hər ay hissəhissə olmaqla 300 manat məbləğdə aliment ödəyir. Maddi imkanı aşağıdır. Yaşadıqları evi övladlarına vermiş, özü anası ilə çıxıb başqa evə getmişdir. Alimentin az məbləğdə təyin edilməsini xahiş edir. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(075)-877/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə cavabdeh Yusibova (Nazarova) İstək İmamverdi qızı arasında 17 yanvar 2012-ci il tarixdə Şəki şəhər İHB-nın Kiçik Dəhnə kənd İƏD-si üzrə nümayəndəliyində bağlanmış 20 №-li nikah pozulması, tərəflərin birgə nikahdan olan uşaqları - xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 anaları Yusibova (Nazarova) İstək İmamverdi qızının yanında saxlanılması, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit pul məbləğində 120 (bir yüz əlli) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat məbləğində alimentin tutularaq Yusibova (Nazarova) İstək İmamverdi qızına verilməsi, aliment tutulmasının əvvəlinin məhkəmə qətnaməsi qəbul edildiyi 29 sentyabr 2020-ci il tarixdən hesablanması qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 19 yanvar 2021-ci il tarixli, AZ-İV 532658 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 25 noyabr 2020-ci il təvəllüdlü X5 atası Cavabdeh, anası İddiaçıdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 21 iyul 2023-cü il tarixli, AZ-İ 441137 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikaha 29 oktyabr 2020-ci il tarixdə xitam verilməsi, nikahın pozulması haqqında akt qeydləri kitabında 17 nömrə ilə qeyd olunmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 01 avqust 2023-cü il tarixli, 499 saylı arayışdan görünür ki, İddiaçı Şəki rayonu Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla, yaşayır. Onun ailə tərkibi qızı X6, X7 və X3 ibarətdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Regional Vəkil Bürosunun 29 sentyabr 2023-cü il tarixli, 206 saylı arayışından görünür ki, İddiaçı Vəkil ilə bağladığı xx.xx.2023-cü il tarixli, 571 saylı hüquqi yardım göstərilməsi ilə bağlı müqavilənin şərtlərinə əsasən vəkilə göstərəcəyi xidmət müqabilində Şəki Regional Vəkil Bürosunun bank hesabına 200 manat ödəniş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 29 sentyabr 2023-cü il tarixli, MŞŞ/MT018/2023-02314 nömrəli X4 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 29 sentyabr 2023-cü il tarixdə, 09:00-11:00 saatlarında keçirilən X4 iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh X4 iştirak etməmişdir. Məhkəmə iclasında iddiaçının izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ilə Cavabdeh 17 yanvar 2012-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 21 yanvar 2012-ci il təvəllüdlü X6, 28 dekabr 2012-ci il təvəllüdlü X7 və 25 noyabr 2020-ci il təvəllüdlü X9 adlı üç uşaqları anadan olmuşdur. Tərəflər ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşasalar da, sonralar ailə münasibətləri pozulmuş və ayrılmışlar. Şəki Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(075)-877/2020 saylı qətnaməsinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan uşaqlar 21 yanvar 2012-ci il təvəllüdlü X6 və 28 dekabr 2012-ci il təvəllüdlü X7 anaları Yusibova (Nazarova) İstək İmamverdi qızının yanında saxlanılmışlar və onların saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 120 (bir yüz əlli) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat məbləğində alimentin Cavabdeh tutularaq Yusibova (Nazarova) İstək İmamverdi qızına verilməsi qət edilmişdir. Lakin tərəflərin birgə nikahlarından olan 25 noyabr 2020-ci il təvəllüdlü X9 nikah pozulduqdan sonra anadan olduğu üçün onun saxlanılması üçün aliment məbləği müəyyən edilməmişdir. Hal-hazırda iddiaçı uşaqların saxlanılmasında çətinlik çəlkdiyini bildirərək, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə iddianı qismən qəbul etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə uşaqların saxlanılmaları üçün zəruri tələbatı, iddiaçının uşaqların saxlanılmaları üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin birgə nikahlarından olan digər uşaqları kimi 25 noyabr 2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinə görə mediasiya prosesinə aşağıdakı xərclərə daxildir: 36.1.1. mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat; 36.1.2. mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 115-ci maddəsində isə işə baxılması ilə əlaqədar məhkəmə məsrəflərinə daxil olan hallar dəqiq olaraq göstərilmişdir. Lakin həmin maddədə mediasiya prosesinə çəkilən xərclər məhkəmə xərclərinə aid edilməmişdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya prosesində iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənildiyi üçün onun iddiası məhkəmənin icraatına qəbul edilərək baxılmışdır. Ödənilmiş 60 manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Bütün yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, 25 noyabr 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay üçün 150 manat sabit pul məbləğində aliment cavabdehdən tutulub iddiaçıya verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə iddia ərizəsi verdiyi vaxtdan, yəni 02 oktyabr 2023-cü il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, hüquqlarının müdafiəsi üçün bağladığı müqavilə üzrə 200 (iki yüz) manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 25 noyabr 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay üçün 150 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 02 oktyabr 2023-cü il tarixdən hesablansın. Ödənilmiş 60 manat mediasiya xərci, habelə hüquqlarının müdafiəsi üçün bağladığı müqavilə üzrə 200 (iki yüz) manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilsin. Cavabdeh 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar