Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2335/2024 20.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikah dövründə anadan olmuş uşaqları - 26 iyul 2008-ci il təvəllüdlü X6, 29 avqust 2010- cu il təvəllüdlü X5 və 11 iyul 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin 1/2 hissəsi (yarısı) miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 01 noyabr 2007-ci il tarixdə Qəbələ rayonu, Nohurqışlaq kənd İƏD-si üzrə nümayəndəliyində nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan onun 26 iyul 2008-ci il təvəllüdlü X6, 29 avqust 2010-cu il təvəllüdlü X5 və 11 iyul 2016-cı il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Həmin uşaqlar onun himayəsindədir. Cavabdehlə əvvəllər səmimi ailə münasibətlərində olsa da, sonradan münasibətləri uyğun gəlmədiyindən hər ikisi ayrılmaq qərarına gəlmişdir. O artıq Cavabdeh ayrılaraq uşaqları ilə birlikdə başqa bir ünvanda yaşayır. Həmçinin, aralarında bağlanmış nikahın pozulması, uşaqların himayədə saxlanılmaları və aliment tələbi ilə bağlı Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş və mediasiya prosesində iştirak etmişlər. Lakin, aralarında olan mübahisənin alimentlə bağlı hissəsinin mediasiya prosessinda həll edilməsi mümkün olmamışdır. Cavabdeh Azərbaycan Respublikası DİN Şəki ŞRPŞ-nin DYPB-də yol polisi inspektoru vəzifəsində işləyir və onun aylıq 1200 manatdan çox əmək haqqısı vardır. Lakin, onlar uzun müddətdir ki, ayrı yaşamaqlarına baxmayaraq Cavabdeh bu günədək faktiki olaraq onun yanında olan uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ona hər hansı bir şəkildə maddi köməklik göstərmir və hər hansı bir məbləğdə aliment ödəməmişdir. Halbuki Cavabdeh kifayət qədər qazancı və gəliri vardır. O isə təkbaşına himayəsində olan uşaqlarının tələbatlarını ödəməkdə çətinlik çəkir. Cavabdeh da bir ata kimi uşaqların normal qidalanmasında, geyimlərinin təmin edilməsində, xəstələndikdə müalicə olunmalarında və ortaya çıxan digər xərclərdə valideyn olaraq yaxından iştirak etməlidir. Ona görə də hazırkı ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı ərizə ünvanlayaraq bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilərək işin məhkəmə baxışına təyin edilməsini və iddia tələbimin təmin olunmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - 01 noyabr 2007-ci il tarixli AZ-İ № 356698 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 arasında 01 noyabr 2007-ci il tarixdə Qəbələ rayonu, Nohurqışlaq kənd İƏD-si üzrə nümayəndəliyində bağlanmış nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 31 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Cavadova soyadı verilmişdir. - 08 iyun 2009-cu il tarixli, AZ-İİ 286075 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 26 iyul 2008-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. - 20 sentyabr 2010-cu il tarixli, AZ-İİ 534457 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 29 avqust 2010-cu il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. - 04 avqust 2016-cı il tarixli, AZ-İİİ 802472 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 11 iyul 2016-cı il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır. - Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 18 sentyabr 2024-cü il tarixli, MŞŞ/MT- 018/2024-01738 saylı barışıq sazişindən görünür ki, İddiaçı və Cavabdeh mediasiyada əldə olunmuş qarşılıqlı razılaşma əsasında, aralarında 01 noyabr 2007-ci il tarixdə Qəbələ rayonu, Nohurqışlaq kənd İƏD-si üzrə nümayəndəliyində bağlanmış nikahın məhkəmə qaydasında onlara barışmaları üşün vaxt verilmədən pozulmasına, birgə nikahlarından dünyaya gəlmiş uşaqları - 26 iyul 2008-ci il təvəllüdlü X6, 29 avqust 2010- cu il təvəllüdlü X5 və 11 iyul 2016-cı il təvəllüdlü X4 anası İddiaçı himayəsində və yanında saxlanılmasına razıdırlar. - Mediasiya prosesinə xitam verilməsi barədə 18 sentyabr 2024-cü il tarixli, MŞŞ/MT- 018/2021-01738 nömrəli protokoldan görünür ki, İddiaçı və Cavabdeh arasında mediasiya sessiyalarının keçirilməsi üçün X8 üçün 50 manat və tam Mediasiya Sessiyası üçün 50 manat olmaqla, cəmi 100 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq: Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda - iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinə görə mediasiya prosesinə aşağıdakı xərclər daxildir: 36.1.1. mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat; 36.1.2. mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatı, iddiaçının uşağın saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini, hər iki valideynin uşağı saxlamağa borclu olmasını nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından olan uşaqları 26 iyul 2008-ci il təvəllüdlü X6, 29 avqust 2010- cu il təvəllüdlü X5 və 11 iyul 2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə cavabdehin aylıq qazancının və başqa gəlirlərinin 1/2 hissəsi (yarısı) miqdarında alimentin tutulmalı, alimentin tutulmasının əvvəli iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən, xx.xx.2024cü il tarixdən hesablanmalıdır. Məhkəmə tərəfindən təyin edilən alimentin bir illik miqdarı 7138,40 manat olduğundan MPM-in 112.1.3 və 119.2-ci, “Dövlət rüsumu haqqında” qanunun 8.1.2-ci maddəsinə əsasən 91,38 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 26 iyul 2008-ci il təvəllüdlü X6, 29 avqust 2010- cu il təvəllüdlü X5 və 11 iyul 2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə cavabdehin aylıq qazancının və başqa gəlirlərinin 1/2 hissəsi (yarısı) miqdarında aliment tutulsun. Alimentin tutulmasının əvvəli 20 sentyabr 2024-cü il tarixdən hesablansın. Cavabdeh 91,38 (doxsan bir manat otuz səkkiz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-2335/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2335/2024
20.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver