Məhkəmə qərarları › İş №e-2(075)-244/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-244/2025

14.02.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-244/2025 14.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini X10 X18 rayon X8 Hüquqi Şəxsinin etibarnamə üzrə nümayəndələri X3 və X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini X10 X18 rayon Mərkəzi X2rşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixindən 11 günlük, kəsilmiş əmək haqqının, hər gecikdirilən gün üçün 1%-lik əlavəsi ilə ona ödənilməsi dair barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “TƏBİB” PHŞ-nin tabeliyində, Şəki RMX PHŞ-nin xx.xx.2024-cü il tarixli, 200 saylı ezamiyyə göndərişi əsasında, xx.xx.2024-cü il tarixində həkim-uroloq olaraq əmək fəaliyyəti göstərdiyi Şəki RMX PHŞ-nin cərrahiyə şöbəsini tərk etməklə, öz maddi hesabına xx.xx.2024-cü il tarixində, Bakı şəhərində yerləşən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna çatmış və təkmilləşdirmə kursuna başlamışdır. Ancaq, “TƏBİB” PHŞ-nin, Şəki RMX PHŞ-nin mühasibatlığı, ona ezamiyyə vərəqəsi verilən zaman, 1 gün müddətində bank hesabına köçürəcəyinə söz verdiyi, ezamiyyə xərclərini köçürməmiş və bununla da onun Bakı şəhərində X1 kursu davam etdirməyi maddi cəhətdən mümkün olmamışdır. Bundan sonra o, ancaq geriyə qayıda bilməyi üçün, lazım olan maddi vəsaiti borc olaraq əldə etdikdən sonra Şəkiyə qayıda bilmişdir. Onun Şəki RMX PHŞ-nin mühasibatlığına, ezamiyyə pulunun köcürülməməsi ilə bağlı şifahi sorğu cavablandırılmamışdır. Beləliklə, Şəki RMX PHŞ-nin mühasibatlığı, Maliyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli, Q-01 saylı Qərarının 5-ci bəndinin tələblərini kobud surətdə pozmaqla, onun ezamiyyə xərclərimi ödəməməklə, kursun uğurla nəticələnməsinə mane olmuşdur. Qeyd edilənlərdən əlavə, Şəki RMX PHŞnin mühasibatlığı xx.xx.2024-cü il tarixindən 11 günlük əmək haqqını, yəni ezamiyyətə göndərildiyi müddət üçün nəzərdə tutulan hissəsini kəsmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin xx.xx.2024-cü il 18-1-71/3-1- 952/2024 nömrəli əmrinə əsasən Cərrahiyyə şöbəsində həkim-uroloq vəzifəsində işləyir. 20 may 2024-cü il tarixdən 12 günlük Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna ixtisaslaştırma kursuna ezam edilmişdir. Rəhbərlik tərəfindən ezamiyyə pulu kimi avans verilməsini xahiş etmiş, lakin ona avans verilmədiyindən, həmçinin maddi imkanı olmadığından kursda 2 iki gün iştirakını təmin etmiş, məcburi olaraq qalan tarixlərdə dərslərdə iştirak etmədiyindən kursdan kənarlaşdırılmışdır. Qanunsuz olaraq heç bir əsas olmadan əmək haqqısı ödənilməməsinə görə həmin günlərin hesablanaraq ona pul ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini X10 X18 rayon X8 Hüquqi Şəxsinin etibarnamə üzrə nümayəndələri X3 və X7 izahat verərək bildirdilər ki, iddiaçı "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin xx.xx.2024-cü il 18-1-71/3- 1-952/2024 nömrəli əmrinə əsasən Cərrahiyyə şöbəsində həkim-uroloq vəzifəsində işləyir. Rəhbərlik tərəfindən 20 may 2024-cü il tarixdən 12 günlük Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna ixtisaslaştırma kursuna ezam edilmişdir. Lakin ezamiyyət müddətində İddiaçı "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin həyətində görmüşlər və bununla bağlı rəhbərlik tərəfindən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna sorğu verilmişdir. Sorğu əsasında İddiaçı yalnız 2 gün dərslərdə iştirak etməsi, qalan tarixlərdə dərslərdə iştirak etmədiyindən kursdan kənarlaşdırıldığı məlum olmuşdur. Həmin müddətlərdə nə kursda iştirak etmədiyindən, nə də iş yeri olan "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsində də iş yerində olmadığından, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna ixtisaslaştırma kursunda işitirak etdiyi 2 gün müddət üçün, yəni 20 may 2024-cü il və 21 may 2024-cü il tarixlərin ezam pulu iddiaçıya ödənilmişdir. Bütün bunları nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etdi. İşin halları İş materiallarına əlavə edilməkləməhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli MŞŞ/MT018/2024-01888 nömrəli ilkin X4 Edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə 09:30 - 10:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin X4 etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞ-nin etibarnamə üzrə nümayəndəsi ilkin X4 etməmişlər. xx.xx.2024-cü il tarixli ezamiyyə vərəqindən görünür ki, İddiaçı 21 may 2024-cü il tarixdən 12 gün müddətinə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna ixtisaslaştırma kursuna ezam edilmişdir. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini X10 X18 rayon X8 Hüquqi Şəxsinə ünvanlanmış 02 iyun 2024-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə Urologiya kafedrasının müdiri professor, Cavadzadə S.M. oğlu tərəfindən "Aşağı sidik yollarının xəstəlikləri" kursunun həkim müdavimi İddiaçı 4 tədris günü (24 saat) 22,23,24 və 27 may tarixlərində dərslərdə iştirak etməməsi barədə cərrahiyyə fakültəsinin dekanına rəsmi məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə təqdimat yazılmış və institutun daxili nizamintizam qaydalarına əsasən həkim kursdan kənarlaşdırılmışdır. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini X10 X18 rayon X8 Hüquqi Şəxsinin 14 iyun 2024-cü il tarixli məktubundan görünür ki, "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin xx.xx.2024-cü il 18- 1-71/3-1-952/2024 nömrəli əmrinə əsasən Cərrahiyyə şöbəsində həkim-uroloq vəzifəsində çalışan İddiaçı "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə uyğun olaraq ixtisasının artırılması məqsədi ilə iş yeri üzrə əmək haqqı saxlanılmaqla xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək tədrisə cəlb edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 179-cu maddəsinin 2-ci hissəsinin "h" bəndinə əsasən işəgötürən tərəfindən istehsalatdan tam və ya qismən ayrılmaqla əlavə təhsil müəssisələrinə (ixtisasartırma kurslarına) göndərildikdə, işçinin iş yeri və orta əmək haqqı saxlanılır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş "X6"nın İ hissəsinin: 2-ci bəndinin birinci abzasına əsasən təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir; 5-ci bəndinin birinci abzasına əsasən ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir. İşəgötürənin ezamiyyətə göndərmək haqqında əmri işçiyə avansın hesablanması və ödənilməsi üçün əsas hesab olunur. Belə çıxır ki, işçi ezamiyyət üçün pul vəsaitlərinin verilməsi haqqında işəgötürənə ərizə ilə müraciət edə bilər (avans almaq hüququna malikdir). O, ezamiyyətdən qayıtdıqdan sonra 3 gündən gec olmayaraq ona verilən pulun xərclənməsi barədə hesabat tərtib edib mühasibatlığa təqdim etməlidir. İşçiyə avans verilmədikdə belə, hesabat təqdim edilməsi zəruridir. Bu halda hesabatda yalnız xərclər sadalanır. xx.xx.2024-cü il 18-1-71/3-1-952/2024 nömrəli əmrin başlığından və mətnindən göründüyü kimi orada İddiaçı təhsil müəssisəsinə (ADHTİ) ezamiyyətə göndərilməsi göstərilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Şəki-Zaqatala regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 15 iyul 2024-cü il tarixli məktubdan görünür ki, daxil olmuş müraciətin araşdırılması üçün "Şəki rayon Mərkəzi Xəstəxanası" X17 sorğu məktubu ünvanlanmışdır. Eyni zamanda o müraciəti ilə əlaqədar olaraq DƏMX-nin Şəki-Zaqatala regional şöbəsinə dəvət edilmişdir. Tərəflərindən daxil olmuş sənədlərə baxış keçirilərkən onun müraciətdə qeyd etdiyi və digər iddiaları ilə bağlı iddiaçı qismində," Şəki rayon Mərkəzi Xəstəxanası" X15 cavabdeh qismində mülki qaydada iddiasına 2(075)-1662/2024 saylı iş üzrə Şəki Rayon Məhkəməsində baxıldığı məlum olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan (X9 Xidməti) bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini X10 Hüquqi Şəxs tərəfindən İddiaçı ünvanlanmış əmək münasibətləri haqqında 12 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, onun əmək hüquqlarınn pozulması haqqında Azərbaycan Respublikasının Baş Prokurorluğundan xx.xx.2024-cü il tarixli 2-2-173/2-114794/2024 nömrəli məktubla daxil olmuş müraciətinə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsdə (TƏBİB) aidiyyəti üzrə baxılmışdır. Araşdırma zamanı "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsdən verilən rəsmi məlumata əsasən onun sertifikasiyadan keçmədiyinə görə qeyd olunan ixtisas üzrə praktik tibb fəaliyyətinə buraxılmadığınız müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 288-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi ilə bağlı ziddiyətli məsələlərə fərdi əmək mübahisəsi predmeti hesab olunduğundan bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 292-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, işçi fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin Cərrahiyyə şöbəsinin 2024cü ilin may ayı üçün iş vaxtının uçot tabelindən görünür ki, iddiaçı 2 gün ərzində kursda iştirakını təmin etdiyindən ona ezamiyyətin müddətinə uyğun olaraq ezamiyyə pulu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 10-cu maddəsinə əsasən a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsidir. 11-ci maddəsinin “c” bəndinə əsasən işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək işəgötürənin əsas hüququdur. 154-cü maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 179-cu maddəsinin “x” bəndinə əsasən yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildikdə İşçilərin iş yeri və orta əmək haqqı saxlanılır. 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. “X6”nın 1-ci hissəsinin 1-ci bəndinə əsasən dövlət orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Həmin Qaydaların 1-ci hissəsinin 2-ci bəndinə əsasən təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir. Dəvət edən tərəf ezamiyyə xərclərinin ödənilməsini öz üzərinə götürdüyü hallarda, ezamiyyə xərclərinin ödənilməsi ilə bağlı müddəalar əmrdə öz əksini tapmalıdır. Göstərilən Qaydaların 1-ci hissəsinin 5-ci bəndinə əsasən ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir. Pul avansı ezamiyyə xərclərinin 1 günlük normasına uyğun ezamiyyət günləri üçün tələb olunan xərclərdən və nəqliyyat xərclərindən ibarətdir. Ezamiyyə xərclərinin 1 günlük normasına - gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlərlə bağlı xərclər daxildir. Nəqliyyat xərclərinə - ezam olunma yerinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat xərcləri (taksidən istifadə istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək) daxildir və bu xərclər təqdim edilən sənədlər əsasında ödənilir. Eyni Qaydaların 1-ci hissəsinin 11-ci bəndinə əsasən bu Qaydalarda nəzərdə tutulan normalar daxilində ezamiyyə xərcləri büdcədən maliyyələşdirilən təşkilatlarda xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi; 4.1-ci mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədi ilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin xx.xx.2024-cü il 18-1-71/3-1-952/2024 nömrəli əmrinə əsasən Cərrahiyyə şöbəsində həkim-uroloq vəzifəsində işləyir. İddiaçı 20 may 2024-cü il tarixdən 12 günlük Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna ixtisaslaştırma kursuna ezam edilmişdir. Hazırda iddiaçı əmək haqqının ödənilməsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixindən ezamiyyətdə olmasına baxmayaraq qanunsuz heç bir əsas olmadan əmək haqqının ödənilməməsinə görə həmin günlərin hesablanaraq ona pul ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı 20 may 2024-cü il tarixdən 12 günlük Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna ixtisaslaştırma kursuna ezam edilsə də, ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı ona verilmədiyindən 2 gün ərzində kursda iştirakını təmin etmiş, lakin sonrada o, ezamiyyəyə getməkdən imtina etmişdir. Bu hal həm iş materiallarında olan sənədlərlə, həm də iddiaçının özünün də məhkəmə iclasında verdiyi izahatı ilə təsdiqlənir. Belə ki, iddiaçı bununla bağlı rəhbərliyə imtina etməsinin səbəbləri barədə öncədən məlumat verdiyini bildirsə də, məhkəmə tərəfindən onun göstərdiyi səbəblər əmək vəzifələrini pozmaq üçün əsaslı səbəblər kimi qəbul edilmir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında rəhbərlikdən onun ezamiyyə pulu kimi avans verilməsini xahiş etdiyini qeyd etsə də, o, bununla bağlı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa iddiaçı ezamiyyəyə getməkdən imtina etməsinə baxmayaraq həmin müddətlərdə iş yeri olan "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsində də iş yerində olmamışdır. Məhkəmə həmçinin cavabdeh tərəfindən iddiaçının əmək vəzifələri pozması barədə sənədlərə münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin Cərrahiyyə şöbəsinin 2024-cü ilin may ayı üçün iş vaxtının uçot tabelindən görünür ki, iddiaçı 2 gün ərzində kursda iştirakını təmin etdiyindən ona ezamiyyətin müddətinə uyğun olaraq ezamiyyə pulu ödənilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞ-nə qarşı xx.xx.2024-cü il tarixindən 11 günlük, kəsilmiş əmək haqqının, hər gecikdirilən gün üçün 1%-lik əlavəsi ilə ona ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi : İddiaçı cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞ-nə qarşı xx.xx.2024-cü il tarixindən 11 günlük, kəsilmiş əmək haqqının, hər gecikdirilən gün üçün 1%-lik əlavəsi ilə ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar