Məhkəmə qərarları › İş №e-2(075)-2466/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2466/2021

05.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2466/2021 05.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, Kreditor MMC-nin Borclu borcun tutulması tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, Müəyyən etdim: Kreditor MMC ərizə ilə məhkəməyə müraciət edərək, Borclu 759 manat əsas borc, 146 manat məbləğində cərimə borcu olmaqla, cəmi 905 manat, həmçinin 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq Kreditor MMC-nə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə birlikdə baxaraq hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi qaytarılır. Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan Kreditor MMC-nin tələb etdiyi iddia həcminin dəyərinin 1000 manatadək olmasına baxmayaraq kreditor qanunvericiliklə nəzərə tutulmuş 100 manat məbləğində dövlət rüsumu ödəmək əvəzinə 20 manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair qəbzi əlavə etmişdir. Buna görə də iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və Kreditor MMC-nə göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də ərizə Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM.-nin 263.1, 264, 265-269cu maddələrini rəhbər tutaraq Qərara aldım: Kreditor MMC-nin Borclu borcun tutulması tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Kreditora qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar