Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-258/2025 03.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh birgə nikahından 24 may 2016-cı ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəki Rayon Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli, 2(075)-207/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 100 manat alimentin artırılaraq 300 manat müəyyən edilməsi, həmçinin tərəflərin faktiki ailə münasibətlərindən 26 noyabr 2020-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 300 manat sabit pul məbləğində aliment müəyyən edilməsi və iki uşaq üçün cəmi 600 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, 26 noyabr 2020-ci ildə doğulmuş X6 münasibətdə alimentin tutulmasının əvvəlinin mediasiyaya müraciət edildiyi tarixdən - 02 avqust 2024-cü ildən hesablanması, həmçinin İddiaçı onunla - Şəki Regional Vəkil Bürosunun vəkili Nümayəndə ilə hüquqlarının müdafiəsi üçün bağladığı müqavilə üzrə 320 manat pulun və 60 manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə nikahlarını 09 oktyabr 2015-ci il tarixdə rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Tərəflərin birgə nikahından 24 may 2016-cı ildə X11 adlı 1 uşağı dünyaya gəlmişdir. Tərəflər uzun müddət səmimi ailə münasibətlərində yaşasalar da, sonralar aralarında müəyyən problemlər yaranmış və onlar faktiki olaraq ayrılmışlar. Bundan sonra hazırkı iş üzrə iddiaçı olan İddiaçı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında 09 oktyabr 2015-ci il tarixdə bağlanmış nikahın pozulması, onların birgə nikahdan anadan olmuş uşağının onun yanında saxlanılması və həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh Şahmardan oğlundan hər ay bir uşaq üçün sabit pul məbləğində 136 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli, 2(075)- 207/2018 nömrəli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, iddiaçı X8 ilə Cavabdeh arasında 09 oktyabr 2015-ci il tarixdə Şəki şəhər İHB-nın Cəfərabad kənd İcra nümayəndəliyində bağlanmış 18 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahından olan uşaqları 24 may 2016-cı il təvəllüdlü X5 iddiaçı X4 himayəsində qalması, 24 may 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh Şahmardan oğlundan hər ay sabit pul məbləğində 100 manat alimentin tutularaq X7 verilməsi, alimentin tutulmasının əvvəlinin 13 sentyabr 2017-ci il tarixdən hesablanması, aliment tələbinin qalan hissəsinin təmin edilməməsi, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi X4 dövlət büdcəsinə ödədiyi 20 manat dövlət rüsumunun onun özünə aid edilməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qəbul edildikdən sonra tərəflər barışaraq yenidən bir yerdə ailə kimi yaşamağa davam etmişlər. Tərəflərin faktiki ailə münasibətlərindən 26 noyabr 2020-ci ildə X9 adlı bir övladları daha dünyaya gəlmişdir. Həmin övladları dünyaya gəldikdən sonra da, tərəflər bir müddət ailə kimi bir yerdə yaşasalar da, sonradan yenidən ailə münasibətləri pozulmuş və ayrılmışlar. İddiaçı X4 bildirdiyinə görə Cavabdeh keçən müddət ərzində demək olar ki, uşaqları ilə maraqlanmamış, onların saxlanılmasında Çinarə Orucovaya hər-hansı bir dəstək göstərməmişdir. Bu səbəbdən də, X8 aralarında olan mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi üçün mediatora müraciət etmişdir. Lakin cavabdeh mediasiya prosesinə gəlmədiyindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 27 sentyabr 2024cü il tarixli, MŞŞ/MT-018/2024-01686 nömrəli arayış verilmişdir. Bu səbəbdən də, X8 hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh artıq uzun müddətdir ki, uşaqları ilə maraqlanmamış, uşaqların saxlanması üçün bütün yük X4 üzərinə düşmüşdür. Keçən müddət ərzində X8 dəfələrlə cavabdehdən sonuncu övladlarının saxlanmasına köməklik göstərməsini, həmçinin ödənilən alimentin məbləğinin artırılmasını xahiş etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Mülki işə məhkəmədə baxılan zaman İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi (azaldılması) barədə ərizə təqdim edərək, İddiaçı ilə Cavabdeh faktiki nikahından 26 noyabr 2020-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 300 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya verilməsi, alimentin tutulmasının əvvəlinin mediasiyaya müraciət edildiyi xx.xx.2024-cü il tarixdən hesablanması, həmçinin iddiaçının hüquqlarının müdafiəsi üçün ödənilmiş 320 manat pulun və 60 manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(075)-207/2018 saylı qətnaməsinin surətindən görünür ki, X8 ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə Şəki şəhəri İHB-nin Cəfərabad kənd İcra nümayəndəliyində bağlanmış 18 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahlarından olan uşaqları xx.xx.2016-cı il təvəllüdlü X5 X4 himayəsində saxlanılması, xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 100 manat alimentin tutularaq X7 verilməsi, alimentin tutulmasının əvvəlinin xx.xx.2017-ci il tarixdən hesablanması qət edilmişdir. - xx.xx.2018-ci il tarixli, AZ-İ 290313 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X8 arasında bağlanmış nikahın pozulması akt qeydləri kitabında 57 nömrə ilə qeyd edilmişdir. - xx.xx.2020-ci il tarixli, AZ-İ 406047 seriya nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. - xx.xx.2020-ci il tarixli, AZ-İV 531663 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. - Şəki Regional Vəkil Bürosunun xx.xx.2024-cü il tarixli, 278 saylı arayışından görünür ki, İddiaçı vəkil Nümayəndə ilə bağladığı xx.xx.2024-cü il tarixli, 491 saylı hüquqi yardım göstərilməsi ilə bağlı müqavilənin şərtlərinə əsasən vəkilə göstərəcəyi xidmət müqabilində Şəki Regional Vəkil Bürosunun bank hesabına 320 manat ödəniş etmişdir. Tətbiq edilən hüquq: Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əlavə edilmiş 8.4-1 yarımbəndinə görə “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 27 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda - iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinə görə mediasiya prosesinə aşağıdakı xərclər daxildir: 36.1.1. mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat; 36.1.2. mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatı, iddiaçının uşağın saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından olan uşaqları xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Məhkəmə aliment məbləğinin həcmini, cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşaqların və iddiaçının mənafeləri ilə yanaşı iddia tələbini də nəzərə alır. Məhkəmə hesab edir ki, iddia tələbi alimentin tutulması hissəsində qismən təmin edilməli, xx.xx.2020-ci il təvəllüdlü X1 üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir. Məhkəmə, alimentin tutulmasının mediasiyaya müraciət edilmə tarixindən tutulması üçün əsasları müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən, xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. İddiaçı hüquqlarının müdafiəsi üçün ödənilmiş 320 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən Cavabdeh 60 manat mediasiya xərci tutularaq İddiaçı ödənilməlidir. Cavabdeh 41,60 (qırx bir manat altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə uşağı olan xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. İddiaçı hüquqlarının müdafiəsi üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 41,60 (qırx bir manat altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-258/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-258/2025
03.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver