Məhkəmə qərarları › İş №e-2(075)-2613/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2613/2024

18.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2613/2024 18.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2021-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 230 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını 04 iyul 2020-ci il tarixdə rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 06 aprel 2021-ci il tarixdə Timur adlı övladları olmuşdur. İlk vaxtlar mehriban ailə münasibətlərində olsalar da artıq bir ildən çox müddətdir ki, münasibətləri pozulmuş, ailələrinin bərpası mümkün olmayan vəziyyətə düşmüşdür. O, Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət edərək xx.xx.2024-cü il tarixdə nikahın pozulması uşağın himayəsində saxlanılması, aliment və əmlak tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün ilk olaraq mediasiyadan keçmişdir. Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə müvafiq arayış verilmiş, lakin hal-hazıradək nikah münasibətlərinin bərpasını istəyərək gözləmişdir. Hansı ki, cavabdeh tərəfindən bununla bağlı hər hansı bir addım atılmamışdır. Həmin vaxtdan uşaq onun himayəsindədir və onlar faktiki olaraq cavabdehdən ayrı, atası evində yaşayırlar. Belə olduğu təqdirdə uşağın saxlanılması hazırki vəziyyətdə xərc tələb etdiyindən hazırki tələblə, yəni cavabdehdən alimentin tutulması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən göndərilmiş 13 dekabr 2024-cü il tarixli etiraz ərizəsindən görünür ki, İddiaçı ona qarşı aliment tələbinə dair iddiasını qəbul etmir. Abşeron Rayon Məhkəməsinin icraatında onun nikahın pozulması, uşağın himayəyə verilməsi və alimentin müəyyən edilməsinə dair iddia ərizəsi əsasında 2(012)-5585/2024 saylı mülki iş vardır. O iddia ərizəsini cavabdehin qeydiyyatda olduğu yerin məhkəməsinə vermişdir. Artıq məhkəmə prosesi yekunlaşır. Cavabdeh məhkəmə prosesinə gəlmədiyi üçün məhkəmə 3 ay uzadılaraq xx.xx.2025-ci il saat 10:10-a təyin olunub. Qeyd edilənlərə əsasən məhkəmənin icraatında olan İddiaçı iddia tələbinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, artıq bir ildən çox müddətdir ki, münasibətləri pisləşmiş, lakin nikahları pozulmamışdır. Hal-hazırda Cavabdeh nikahın pozulması, uşağın himayəyə verilməsi və alimentin müəyyən edilməsinə dair iddia ərizəsi Abşeron Rayon Məhkəməsinin icraatındadır. Lakin Abşeron Rayon Məhkəməsi tərəfindən onların barışmaları üçün 3 ay vaxt verilmişdir. Uşaqların saxlanılmasında olduqca çətinlik çəkir. Belə olduğu təqdirdə uşağın saxlanılması hazırki vəziyyətdə xərc tələb etdiyindən məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 sentyabr 2024-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 04 iyul 2020-ci il tarixdə nikahlarını bağlamış, nikahın bağlanması haqqında akt qeydlər kitabında 1049 nömrə ilə qeydə alınmış və nikah bağlandıqdan sonra arvada Həsənova soyadı verilmişdir. 3 saylı Sumqayıt “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 aprel 2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 06 aprel 2021-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. xx.xx.2024-cü il tarixli, MŞŞ/MT018/2024-00195 nömrəli X2 İştirak Edilməməsi barədə arayışdan görünür ki, İddiaçı X2 iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat tərəfindən ödənilmişdir. Cavabdeh X2 iştirak etməmişdir. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti “Bağbanlar” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 19 sentyabr 2024-cü il tarixli, 403 nömrəli arayışda görünür ki, İddiaçı Şəki şəhəri, “Bağbanlar” məhəlləsi, F.Abdurahmanov küçəsi, 716 saylı evdə yaşayır. Belə ki, İddiaçı Cavabdeh ilə 04 iyul 2020-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə yaşayışlarından 06 aprel 2021-ci il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmiş, lakin nikahları pozulmamışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatı, İddiaçı uşağın saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 06 aprel 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 06 aprel 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni 15 oktyabr 2024-cü il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 06 aprel 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 15 oktyabr 2024-cü il tarixdən hesablansın. Alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 42.80 (qırx iki manat səksən qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar