Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-278/2024 17.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat alimentin tutularaq 20 yanvar 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməsi, alimentin tutulmasının əvvəlinin iddia ərizəsi ilə məhkəməyə müraciət edilmə tarixindən hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 20 aprel 2014-cü il tarixdə Şəki Rayon Qeydiyyat Şöbəsində nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan onların 20 yanvar 2015-ci il təvəllüdlü Şahin adlı uşaqları anadan olmuşdur. Cavabdehlə əvvəllər səmimi ailə münasibətlərində olsalar da, sonradan münasibətləri uyğun gəlmədiyindən ayrılmaq qərarına gəlmişlər. Şəki Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, e-2(075)-1693/2023 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında 20 aprel 2014-cü il tarixdə Şəki rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 93 nömrə ilə qeydə alınmış nikah pozulması qət edilmişdir. Nikahın pozulması ilə bağlı mediasiya prosesində cavabdeh ona birgə nikahdan olan övladlarına baxacağını, onun bütün maddi ehtiyaclarını qarşılayacağına söz versə də sözünə əməl etməmiş və ona görə də o aliment tələbi ilə bağlı Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən mediasiya prosesində aralarında heç bir razılaşma əldə edilməmiş və ona görə də mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış tərtib edilmişdir. Ona görə də o hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, hazırda birgə nikahdan anadan olmuş uşaqları anasının himayəsindədir. Bir ata kimi övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödəməli olduğunu bilir və buna etira etmir. Hər ay üçün 100 manat aliment ödəyə bilər. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İşdə olan Mediasiya prosesinə xitam verilməsi barədə 03 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, İddiaçı və Cavabdeh arasında mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat, poçt və dəftərxana xərci olaraq olaraq 10(on) manat olmaqla, cəmi 60 (altmış) manat İddiaçı tam ödəmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 20 yanvar 2015ci il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 2 (075)-1693/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 20 aprel 2014-cü il tarixdə Şəki rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 93 nömrə ilə qeydə alınmış nikahın pozulması və Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 24 iyun 2023-cü il tarixli barışıq sazişinə əsasən tərəflərin birgə nikahlarından anadan olmuç 20 yanvar 2015-ci il təvəllüdlü X2 anası İddiaçı yanında və himayəsindı saxlanılmasının və onun yetkinlik yaşına çatanadək aliment tələbinin olmamasının razılaşdırılmasının nəzərə alınması qət edilmişdir. Belə ki, İddiaçı Cavabdeh ilə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə yaşayışlarından 20 yanvar 2015-ci il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmiş, nikahları pozulmuşdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatı, İddiaçı uşağın saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 20 yanvar 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 20 yanvar 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay üçün 180 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni 14 noyabr 2023-cü il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh 41.60 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 20 yanvar 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay üçün 180 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 14 noyabr 2023-cü il tarixdən hesablansın. Alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 41.60 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-278/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-278/2024
17.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver