Məhkəmə qərarları › İş №e-2(075)-2930/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2930/2025

04.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2930/2025 04.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Cavabdeh X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddia tələbi, onunla bağlı izahat və etirazlar: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 15 oktyabr 2012-ci il təvəllüdlü X1 üçün Babayeva (Kazımova) Türkanə Eldar qızından onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,99 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə, ödənilmiş 60 manat ilkin mediasiya xərcinin cavabdeh Babayeva (Kazımova) Türkanə Eldar qızından alınaraq ona verilməsi barədə barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 14 noyabr 2021-ci il tarixdə Şəki şəhər İHB-nin Qayabaşı kəndi İcra nümayəndəliyində nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 15 oktyabr 2012-ci il tarixdə X11 və 27 iyun 2016-cı il tarixdə X12 adlı iki uşağı anadan olmuşdur. Cavabdehlə bir müddət səmimi ailə münasibətlərində olsalar da, sonradan münasibətləri pisləşmiş, Şəki Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, e-2(075)-1500/2022 saylı qətnaməsinə əsasən X5 ilə onun arasında 14 noyabr 2021-ci il tarixdə Şəki şəhər İHBnin Qayabaşı kəndi İcra nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 20 nömrə ilə qeydə alınmış nikah pozulmuş, Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 20 iyun 2022-ci il tarixli barışıq sazişinə əsasən İddiaçı ilə X2 birgə nikahlarından anadan olmuş uşaqları 15 oktyabr 2012-ci il təvəllüdlü X7 atası İddiaçı və 27 iyun 2016-cı il təvəllüdlü X8 anası X2 himayəsində və yanında saxlanılmasının razılaşdırılması, X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment təyin edilməsinin və X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tələbinin olmaması nəzərə alınmışdır. Hazırda birgə nikahdan anadan olan uşaqları 15 oktyabr 2012-ci il təvəllüdlü X11 onun himayəsində yaşayır. Həmin vaxtı Babayeva (Kazımova) Türkanə Eldar qızı ona bildirmişdir ki, o, yanında saxlanılan övladı üçün rəsmi qaydada aliment tələb etməsin, o, birgə nikahdan olan həmin övladının saxlanılması üçün ona maddi yardım edəcək, lakin heç bir maddi yardım etmədi. Buna görə də o, aliment tələbi ilə bağlı Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2025-ci il tarixdə keçirilən mediasiya prosesində cavabdeh iştirak etmədiyindən mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. Ona görə də o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı bildirdi ki, fərdi əməklə məşğul olur. Sezonla kənd təsərrüfatında texnika işlədir. Onu aliment borcuna görə İşğaldan azad edilmiş ərazidə iş üçün gedəndə onu postda saxlayırlar. Cavabdehin uşağına ödəməyə maddi imkanı çatır. O, cavabdehin yanında qalan uşağına aliment ödədiyi kimi cavabdeh də bu uşağın alimentini ödəməlidir. Aliment borcu yığıldığına görə cavabdehə əmlak verilmişdir. Uşaq hazırlığa getmir. Özünün oxumağa marağı yoxdur. O, iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, uşaqlardan biri onun yanındadır. O, bərbər işləməklə uşağını dolandırır. İddiaçı aliment öhdəliyindən yayınmaq üçün bu iddianı qaldırır. Halbuki, aliment borcu yığılmış, bir qəpik də ödəməmişdir. Onun isə aliment ödəməyə imkanı yoxdur. Onun yanında qalan uşağın səhhətində problemləri var. Səidin tək böyrəyi var, o biri böyrəyində isə kista var. Onu çətinliklə müalicə etdirir. O, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə aşağıdakı sənədlərə istinad edir: - Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(075)-1500/2022 saylı qətnaməsindən görünür ki, X6 ilə İddiaçı arasında 14 noyabr 2021-ci il tarixdə Şəki şəhər İHB-nin Qayabaşı kədi İcra nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 20 nömrə ilə qeydə alınmış nikah pozulmuş, Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 20 iyun 2022-ci il tarixli barışıq sazişinə əsasən İddiaçı ilə X3 birgə nikahlarından anadan olmuş uşaqları 15 oktyabr 2012-ci il təvəllüdlü X7 atası İddiaçı və 27 iyun 2016-cı il təvəllüdlü X8 anası X3 himayəsində və yanında saxlanılmaları razılaşdırılması, və birgə nikahdan olmuş uşaqları 27 iyun 2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment təyin edilməsinin və birgə nikahdan olmuş uşaqları 15 oktyabr 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tələbinin olmaması nəzərə alınmışdır. - Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(075)-1955/2023 saylı qətnaməsindən görünür ki, X5 ilə maraqlı şəxs İddiaçı arasında bağlanmış 20 iyun 2022-ci il tarixli barışıq sazişinin 2.1.3 və 2.1.4-cü bəndlərinin təsdiq edilməsi, X5 ilə İddiaçı birgə nikahdan anadan olmuş uşaqları 27 iyun 2016-cı il təvəllüdlü X12 anası X2 himayəsində və yanında saxlanılması, X5 və İddiaçı birgə nikahdan anadan olmuş uşaqları 27 iyun 2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 iyun 2022ci il tarixdən hesablanmaqla hər ay üçün 193 manat sabit pul məbləğində aliment hər növbəti ayın birinci beş günlüyündə İddiaçı tutularaq X4 ödənilməsi qət edilmişdir. - xx.xx.2025-ci il tarixli MŞŞ/MT018/2025-01491 nömrəli İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmiş, mediasiya xərci olan 60 manat İddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 17-ci maddəsinin İİ-ci hissəsi: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələri: ....analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir..... Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur... Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı deyildir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh ilə 14 noyabr 2021-ci il tarixdə Şəki şəhər İHB-nin Qayabaşı kəndi İcra nümayəndəliyində nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 15 oktyabr 2012-ci il tarixdə X11 və 27 iyun 2016-cı il tarixdə X12 adlı iki uşağı anadan olmuşdur. Onlar arasında ailə münasibətləri baş tutmadığından Şəki Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, e-2(075)-1500/2022 saylı qətnaməsinə əsasən X5 ilə onun arasında 14 noyabr 2021-ci il tarixdə Şəki şəhər İHB-nin Qayabaşı kəndi İcra nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 20 nömrə ilə qeydə alınmış nikah pozulmuş, Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 20 iyun 2022-ci il tarixli barışıq sazişinə əsasən İddiaçı ilə X2 birgə nikahlarından anadan olmuş uşaqları 15 oktyabr 2012-ci il təvəllüdlü X7 atası İddiaçı və 27 iyun 2016-cı il təvəllüdlü X8 anası X2 himayəsində və yanında saxlanılmasının razılaşdırılması, X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment təyin edilməsinin və X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tələbinin olmaması nəzərə alınmışdır. Hazırda birgə nikahdan anadan olan uşaqlarından 15 oktyabr 2012-ci il təvəllüdlü X11 iddiaçının, 27 iyun 2016-cı il təvəllüdlü X12 cavabdehin himayəsində yaşayır. Hazırda iddiaçı 15 oktyabr 2012-ci il təvəllüdlü X1 üçün Babayeva (Kazımova) Türkanə Eldar qızından aliment tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, tərəflərin hər biri ilə uşaq qalmışdır və belə olan halda qanunvericiliyin tələbi ondan ibarətdir ki, yalnız bir valideyndən az təminatlı digər valideynin xeyrinə aliment tutula bilər. İddiaçı cavabdehin maddi cəhətdən imkanının yaxşı olduğuna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, iş materialları ilə müəyyən edilir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(075)-1955/2023 nömrəli qətnaməsinə əsasən X5 ilə maraqlı şəxs İddiaçı arasında bağlanmış 20 iyun 2022-ci il tarixli barışıq sazişinin 2.1.3 və 2.1.4-cü bəndlərinin təsdiq edilməsi, X5 ilə İddiaçı birgə nikahdan anadan olmuş uşaqları 27 iyun 2016-cı il təvəllüdlü X12 anası X2 himayəsində və yanında saxlanılması, X5 və İddiaçı birgə nikahdan anadan olmuş uşaqları 27 iyun 2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 iyun 2022-ci il tarixdən hesablanmaqla hər ay üçün 193 manat sabit pul məbləğində aliment hər növbəti ayın birinci beş günlüyündə İddiaçı tutularaq X4 ödənilməsi qət edilmişdir. Yəni cavabdeh az təminatlı valideyn kimi onun xeyrinə hazırda iddiaçıdan aliment tutulur. Cavabdeh tərəf isə maddi imkanı olmadığından və iddiaçının da öz aliment öhdəliyini icra etmədiyi səbəbindən himayəsində yaşayan uşağa baxmaqda çətinlik çəkdiyini qeyd edərək, iddianın təmin olunmasına etiraz edir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə hesab edir ki, heç bir qazancı (gəlir yeri) olmayan cavabdehdən aliment tutulması onun himayəsində qalan Səid adlı uşağın maddi vəziyyətinə mənfi təsir edə bilər, bu səbəbdən iddiaçı hazırki tələbində haqlı deyildir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə hesab edir ki, Cavabdeh maddi vəziyyəti, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olması, bununla belə cavabdehin yanında qalan Səid adlı uşağın saxlanması ilə bağlı gündəlik qayğıların cavabdehin üzərinə düşməsi və həmin uşağın təminatının da mümkün qədər maksimal saxlanması imkanları, eləcə də uşağın mənafeyi, onun sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi tələbatlarının təmin edilməsi və diqqətəlayiq olan digər hallar nəzərə alınmalı və iddia rədd olunmalıdır. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 77, 119, 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Kazimov Ası̇ m Rası̇ m oğlunun Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar