Məhkəmə qərarları › İş №e-2(075)-2972/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2972/2025

02.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2972/2025 02.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş uşaqları xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində alimentin, ilkin mediasiya xərci olaraq ödənilmiş 60 manat və vəkilə ödənilmiş 300 manat pulun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə nikahlarını 13 iyul 2019-cu il tarixdə Şəki Regional “ASAN xidmət” mərkəzində qeydiyyat öbəsində rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2020-ci il tarixdə Mehman və xx.xx.2021-ci il tarixdə Durna adlı övladları olmuşdur. Cavabdehlə ailə qurduqları ilk dövrlərdən münasibətləri normal olsa da sonradan münasibətləri pozulmuş və tərəflər arasında olan nikah Şəki Rayon Məhkəməsinin 2(075)-1718/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş və onların birgə nikahlarından anadan olmuş övladları xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X7 İddiaçı himayəsində saxlanmışdır. Tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulsa da onlar iki ilə yaxın bir müddətdə birlikdə yaşamışlar. Bu müddət ərzində cavabdeh birgə nikahdan anadan olmuş uşaqların maddi ehtiyaclarını ödədiyi üçün iddiaçı cavabdehdən aliment iddiasında olmamışdır. Bu səbəbdən iddiaçı aralarında olan nikah pozularkən cavabdehdən aliment tələb etməmişdir. İddiaçı 2025-ci ilin sentyabr ayının 22-dən ər evini tərk edərək atası evinə gəlmiş və həmin vaxtdan indiyədək uşaqlarını tək saxlamağa başlamışdır. Birgə nikahdan olan uşaqlar yetkinlik yaşlarına çatmamışdır. Hazırda onlar məktəblidirlər. Onların yemək, geyim xərclərindən əlavə məktəb xərcləri də vardır ki, bütün bunları da iddiaçının tək qarşılaması mümkün deyil. Ona görə də cavabdeh yetkinlik yaşlarına çatmayan uşaqların saxlanılması üçün iddiaçıya aliment ödəməlidir. Lakin cavabdeh ailəsi ilə maraqlanmır və onların gündəlik xərclərinin ödənilməsi üçün heç bir addım atmır. İddiaçı aralarında bağlanmış nikahın pozulması üçün daha əvvəl Mediasiya təşkilatına müraciət etsə də, cavabdeh mediasiya təşkilatına gəlmədiyi və ya nümayəndə göndərmədiyi üçün iddiaçıya X2 iştirak edilməməsi barədə arayış verilmişdir. Bütün bunlara görə iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İşin halları Şəki Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, e-2(075)-1718/2023 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 13 iyul 2019-cu il tarixdə Şəki Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 287 nömrə ilə qeydə alınmış nikah pozulması, mediasiya Şurası tərəfindən təsdiq edilmiş 06 iyul 2023-cü il tarixli barışıq sazişinə əsəsən tərəflərin birgə nikahlarından anadan olmuş 10 aprel 2020-ci il təvəllüdlü X6 və 01 avqust 2021-ci il təvəllüdü X5 anaları İddiaçı yanında və himayəsində saxlanılmalarının və onların yetkinlik yaşlarına çatanadək aliment tələbinin olmamasının razılaşdırılmasının nəzərə alınması, ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 17 noyabr 2025-ci il tarixli, e-16(075)-198/2025 saylı qərardadı ilə xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Cavabdeh 17 dekabr 2025-ci il tarixədək hər ay, hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutularaq Fərəcova (Zəkəryəzadə) Nübar Elman qızına ödənilməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin 17 noyabr 2025-ci il tarixli, e-16(075)-198/2025 saylı icra vərəqəsi icra edilməsi üçün Şəki rayon üzrə İcra və Probasiya şöbəsinə göndərilmişdir. Şəki rayon üzrə İcra və Probasiya şöbəsinin 18 noyabr 2025-ci il tarixli qərarı ilə icraata başlanılmışdır. X2 iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞŞ/MT018/2025-01508 nömrəli arayışdan görünür ki, İddiaçı X2 iştirak etmiş, lakin Cavabdeh X2 iştirak etməmişdir. X3 keçirilməsi üçün 60 (altmış) manat mediasiya xərcini İddiaçı ödəmişdir. Hüquqi yardımın göstərilməsi haqqında EM-2998VK-59837/25 saylı xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İddiaçı ilə vəkil Nümayəndə arasında müqavilə bağlanmışdır. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X6 xx.xx.2020-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X7 xx.xx.2021-ci il təvəllüdlüdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ya ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Konstitusiyasının; 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun; 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. 8-ci maddəsinə əsasən isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 19-cu maddəsində isə müəyyən edilmişdir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 11-ci maddəsinə görə hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əlavə edilmiş 8.4-1 yarımbəndinə görə “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 27 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun; 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X2 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X2 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmənin mövqeyi; İşdə mövcud olan sənədləri araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır. Belə ki, işin faktiki hallarına əsasən İddiaçı ilə Cavabdeh oğlu el adəti ilə ailə həyatı qurmuşlar. Onların 10 aprel 2020-ci il təvəllüdlü X6 və 01 avqust 2021-ci il təvəllüdü X7 adlı övladları anadan olmuşdur. Məhkəmə aliment məbləğinin həcmini, cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşağın və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin sonrakı artımlarda nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində alimenti ödənilməsi ağlabatan məbləğ olduğundan həmin hissədə təmin edilməli və uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İddiaçı cavabdehin həqiqətən də zəruri vəsaitə malik olmasına dair hər hansı sübut təqdim etmədiyindən, bununla da cavabdehin minumum əmək haqqının 0,75 misli həddində iddiada qeyd olunan məbləğdə aliment vermək üçün zəruri vəsaitə malik olması müəyyən edilmədiyindən, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. İş materiallarından görünür ki, İddiaçı aliment tələbi barədə ərizəsi ilə 08 dekabr 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti ərizənin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 10 aprel 2020-ci il təvəllüdlü X4 və 01 avqust 2021-ci il təvəllüdü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment, məhkəmə xərcinə daxil olan 60 (altmış) manat mediasiya xərci hər iki tərəfdən müştərək qaydada, vəkilə ödənilmiş 300 (üç yüz) manat xidmət haqqının 200 manat məbləğində hissəsi tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 10 aprel 2020-ci il təvəllüdlü X4 və 01 avqust 2021-ci il təvəllüdü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Aliment tutulmasının əvvəli 08 dekabr 2025-ci il tarixdən hesablansın. Alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilsin. Məhkəmə xərcinə daxil olan 60 (altmış) manat mediasiya xərcinin 30 (otuz) manatı, vəkilə ödənilmiş 300 (üç yüz) manat xidmət haqqının 200 (iki yüz) manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 63,20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar