Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-308/2024 21.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşağın onun himayəsinə verilməsi” tələbinə dair qarşılıqlı, həmçinin İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və uşaqların himayədə saxlanılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2019-cu il təvəllüdlü Məhəmməd Əsgərov və xx.xx.2021-ci il təvəllüdlü Yusuf Əsgərovun saxlanılması üçün 18 yaşına kimi hər uşaq üçün hər ay 235 manat olmaqla, cəmi 470 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun İddiaçı ilə 17 iyul 2017-ci il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində 157 nömrə ilə qeydə alınmış nikahının barışıq üçün vaxt verilmədən pozulması, 14 mart 2019cu il təvəllüdlü X6 və 11 avqust 2021-ci il təvəllüdlü X7 anaları İddiaçı alınaraq ona verilməsi və hər iki uşağın, yəni 14 mart 2019-cu il təvəllüdlü X6 və 11 avqust 2021-ci il təvəllüdlü X7 onun yanında qalması və himayəyə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon Qeydiyyat şöbəsində Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2017-ci tarixli nikahın pozulması, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2019-cu il təvəllüdlü Məhəmməd Əsgərov və xx.xx.2021-ci il təvəllüdlü Yusuf Əsgərovun onun himayəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin mülki iş Şəki Rayon Məhkəməsinin icraatında 2(075)-364/2024 nömrə ilə qeydiyyata alınmışdır. Şəki Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2(075)-364/2024 saylı qərardadı ilə Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-364/2024 nömrə ilə qeydiyyata alınmış İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və uşağın himayəyə verilməsi” tələbinə dair mülki iş, Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)- 308/2024 nömrə ilə qeydiyyata alınmış İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşağın onun himayəsinə verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki iş bir icraatda birləşdirilmiş, mülki işlər 2(075)-308/2024 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair ilkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2017-ci ildə ailə həyatı qurmuş və həmin tarixdən etibarən aralarında nikah rəsimləşmişdir. Onunla birgə nikahlarından xx.xx.2019cu il təvəllüdlü Məhəmməd Əsgərov və xx.xx.2021-ci il təvəllüdlü Yusuf Əsgərov dünyaya gəlmişdir. Cavabdehlə əvvəllər səmimi yaşasalar da sonradan aralarında bir çox narazılıqlar yaranmış və buna görə də ayrı yaşayırlar. Cavabdeh öz ata evində, o, isə uşaqları ilə birlikdə ünvan 1 ünvanında evdə yaşayır. Ayrı yaşadıqları müddətdə cavabdeh uşaqları ilə maraqlanmır. Onların nə yeyib-içməsi ilə bu günə kimi maraqlanmamışdır. Məhz buna görə də qarşılıqlı Mediasiya xidmətinə müraciət etmişlər. Burada onun tələbi üzrə, alimentə aid hissədə razılıq əldə edilməmişdir. Buna görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşağın onun himayəsinə verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək onunla birgə nikahından dünyaya gəlmiş xx.xx.2019-cu il təvəllüdlü Məhəmməd Əsgərov və xx.xx.2021-ci il təvəllüdlü Yusuf Əsgərovun saxlanılması üçün 18 yaşına kimi hər uşaq üçün hər ay 235 manat olmaqla, cəmi 470 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, İddiaçı ilə 17 iyul 2017-ci il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 14 mart 2019-cu il tarixdə X6 və 11 avqust 2021-ci il tarixdə X10 adlı iki övladları anadan olmuşdur. Bir müddət mehriban yaşasalar da, sonradan cavabdehin təqsiri ucbatından münasibətləri pozulmuş və artıq onların birgə yaşamaları qeyri-mümkün hala gəlmişdir. Belə ki, İddiaçı onların ailələrinin bütövlüyünə xələl gətirərək ona xəyanət etmişdir. Buna görə də aralarında mübahisə olmuş və həmin vaxtdan faktiki ayrılmışlar. Buna görə də o, nikahın pozuması barədə təkliflə cavabdehə müraciət etmişdir. Bundan sonra ondan intiqam almaq istəyən İddiaçı onun barəsində “bilə-bilə yalandan xəbərçilik edərək” DİN-nin 102 zəng xidmətinə zəng edərək guya onun narkotik vasitə satdığını bildirmişdir. Bundan sonra telefonunu qəsdən söndürərək polisin çağırışından yayınmışdır. İddiaçı onun barəsində şər və böhtan xarakterli zənginə görə onu və Röyanı Şəki Şəhər- Rayon Polis Şöbəsinə dəvət etmişlər və aparılmış araşdırmanın nəticəsi olaraq İddiaçı bildirmişdir ki, o, boşanmaq istədiyinə görə onu şərləmək üçün bu addımı atmışdır. Bundan bir müddət sonra isə İddiaçı onun iş yerinə gələrək özü ilə gətirdiyi mətbəx bıçağı ilə onu öldürmək istəmiş, lakin onu bıçaqla vurduğu zaman o, bıçağı tutub saxlaya bilmiş və həmin zaman bıçaq əlinə dəymiş və buna görə də öz niyyətini həyata keçirə bilməmişdir. Nəticə etibarı ilə İddiaçı barəsində Şəki Şəhər-Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində CM-nin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat başlanmışdır. xx.xx.2023-cü ildə isə İddiaçı ona zəng edərək özünə qəsd etdiyini, buna görə də dərman içdiyini bildirmişdir. Buna görə də o, yaşadıqları ünvana gedərək 103 təcili tibbi yardım xidmətinə zəng etdərək onu Şəki Rayon Mərkəzi X8 Şəxsə çatdırılmasını və mədəsinin yuyulmasını təmin etdirmişdir. Hazırda İddiaçı psixoloji vəziyəti olduqca anormaldır. Birgə nikahdan olan övladlarının onun yanında qalması onların mənafeyinə ziddir. Ona görə də o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və uşaqların himayədə saxlanılması” tələbinə dair iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2017-ci ildə ailə həyatı qurmuş və həmin tarixdən etibarən aralarında nikah rəsimləşmişdir. Onunla birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü Məhəmməd Əsgərov və xx.xx.2021-cı il təvəllüdlü Yusuf Əsgərov dünyaya gəlmişdir. Cavabdehlə əvvəllər səmimi yaşasalar da, sonradan aralarında bir çox narazılıqlar yaranmış və buna görə də ayrı yaşayırlar. Cavabdeh öz ata evində, o isə uşaqları ilə birlikdə ünvan 1 ünvanında evdə yaşayır. Ayrı yaşadıqları müddətdə cavabdeh uşaqları ilə maraqlanmır. Onların nə yeyib-içməsi ilə bu günə kimi maraqlanmamışdır. Məhz buna görə də nikahın pozulması, aliment və digər tələblər üzrə qarşılıqlı Mediasiya xidmətinə müraciət etmişlər. Burada razılıq əldə edilməmişdir. İlk əvvəl nikahlarının pozulmasını tələb etmək fikri olmamışdır. Buna görə də yalnız aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin sonradan cavabdehlə aralarında narazılıqlar artmışdır. Məhz buna görə də nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini, iddiaçı ilə cavabdeh arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqlarının analarının himayəsində saxlanılmaları, uşaqların saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh qarşılıqlı iddia ərizəsini müdafiə edərək bildirdi ki, nikahın pozulmasını xahiş edir. İddiaçının psixoloji problemləri vardır. Nikahları pozulduqdan sonra birgə nikahdan olan uşaqların onun himayəsində saxlanılmalarını xahiş edir. Qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, ilkin iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - xx.xx.2017-ci il tarixli, AZ-İİ 207529 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 157 nömrə ilə qeyd edilmişdir. - xx.xx.2019-cu il tarixli, AZ-İV 224428 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X4 atası Cavabdeh, anası X3r. - xx.xx.2021-ci il tarixli, AZ-İV 636644 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X7 atası Cavabdeh, anası X3r. - Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli 5-7/2-7/367/2024 saylı rəyində qeyd olunur ki, qüvvədə olan qanunvericiliyin tələblərini, Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının üzvlərinin rəylərini, uşaqların mənafeyini və real şəraiti nəzərə alaraq, tərəflərin birgə nikahlarından anadan olmuş övladları xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X7 anaları X2 himayəsində saxlanılmaları komissiya üzvləri tərəfindən məqsədə müvafiq hesab edilmişdir. - xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, Cavabdeh tərəfindən 100 manat məbləğdə dövlət rüsumu ödənilmişdir. - xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, X5 tərəfindən 50 manat məbləğdə dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Ailə Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. 21.2-ci maddəsinə əsasən ər-arvad bu Məcəllənin 22.1-ci maddəsinə uyğun olaraq uşaqları barədə sazişi baxılmaq üçün məhkəməyə təqdim etmək hüququna malikdirlər. Bu saziş olmadıqda və ya həmin saziş uşaqların maraqlarını pozduqda məhkəmə bu Məcəllənin 22.2-ci maddəsində nəzərdə tutulan qaydada onların mənafeyinin müdafiəsi üçün tədbirlər görür. 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda - iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, digər iddia tələbi isə tam təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X10 adlı uşaqları anadan olmuşdur. İddiaçı bildirir ki, cavabdehlə əvvəllər səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri uyğun gəlmədiyindən ayrılmaq qərarına gəlmişlər. İddiaçı nikahları pozulduqdan sonra birgə nikahdan olan uşaqların onun himayəsində saxlanılmalarını xahiş edir, eyni zamanda uşaqların saxlanılması üçün cavabdehdən aliment tələb edir. Cavabdeh nikahın pozulmasına etirazının olmadığını, nikahları pozulduqdan sonra birgə nikahdan olan uşaqlarının onun himayəsində saxlanılmalarını xahiş edir. Hər iki tərəf nikahın pozulmasına razı olduqlarından, məhkəmə Ailə Məcəlləsinin 21.1-ci maddəsini rəhbər tutaraq hesab edir ki, nikahın pozulması barədə iddia tələbi təmin edilməlidir. Məhkəmə, tərəflərin birgə nikahdan olan uşaqlarının valideynlərindən hansının himayəsində qalmaları məsələsini müzakirə edərkən uşaqların azyaşlı olmaqla ana nəvazişinə ehtiyacının olmasını, qəyyumluq və himayəçilik komissiyasının rəyini nəzərə alır. Məhkəmə qeyd edir ki, valideynlərin qayğısından yararlanmaq uşaqların hüququ olduğu kimi, uşaqların təlim-tərbiyəsi ilə onların şəxsiyyət kimi formalaşmasını və inkişaf etməsi üçün zəruri şəraitin yaradılması təmin etmək valideynin borcudur. Ailə münasibətləri davam etdiyi müddətdə bu vəzifə valideynlər tərəfindən birgə həyata keçirilir. Valideynlər arasında nikah münasibətlərinə xitam verilərkən uşaqların hansı valideynin yanında qalması həll olunduqdan sonra digər valideynin uşaqların qayğısına qalmaq hüququnun realizə edilməsi istisna edilməməklə, təmin edilməlidir. Nikahın pozulması zamanı uşaqların hansı valideynin yanında qalması məsələsi həll edilərkən uşağın yaşı, rəyi, onun tələbatının təmin edilə bilməsi, valideynə bağlılığı həll edilməlidir. Bu hal ona görə vacib və zəruridir ki, uşağın maddi tələbatının ödənilməsi ilə birgə mənəvi tələbatının da ödənilməsi təmin edilməklə, onun psixoloji cəhətdən inkişafına mənfi təsir edən hallardan azad edilməklə, uşağın cəmiyyətdə bir şəxsiyyət kimi formalaşması təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X10 azyaşlı olmaqla onların analarının himayəsində qalmalarının mənafeyinə uyğun olmaması, uşağın gələcəkdə təhsil və tərbiyəsinə mənfi təsiri, ilkin iddiaçının uşaqlarına qulluq göstərməməsi, pis rəftarı barədə, onların mənəviyyatına, təhlükəsizliyinə, təhsil almaq imkanına mane olacağı barədə işdə mötəbər sübutlar mövcud deyildir. Məhkəmənin Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən həll etməli olduğu digər məsələ uşağın saxlanılması üçün alimentin tutulmasıdır. Məhkəmə, uşağın saxlanılması üçün zəruri tələbatı, iddiaçının uşaqların saxlanılması üçün artan tələbatları təkbaşına ödəyə bilməyəcəyini, uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olmasını nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından olan uşaqları xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün ilk iddia tələbi üzrə Cavabdeh hər ay, hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq ilk iddia tələbi üzrə İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli cavabdehin ərizə ilə məhkəməyə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərə birgə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı 3 (üç) il ərzində iddia qaldırmaq hüquqlarının olması da izah edilməlidir. Beləliklə məhkəmə qeyd edir ki, “alimentin tutulması” barədə ilkin iddia tələbi qismən təmin edilməli, “nikahın pozulması və uşaqların atanın himayəsində saxlanılması” barədə qarşılıqlı iddia ərizəsi qismən “nikahın pozulması” hissəsində təmin edilməli, digər “nikahın pozulması və uşaqların ananın himayəsində saxlanılması” barədə iddia tələbi isə tam təmin edilməlidir. İlkin iddia tələbi qismən təmin edildiyindən və məhkəmə tərəfindən təyin edilən alimentin bir illik miqdarı 4200 manat olduğundan MPM-in 112.1.3 və 119.2-ci, “Dövlət rüsumu haqqında” qanunun 8.1.2-ci maddəsinə əsasən 62 manat dövlət rüsumu ilk iddia tələbi üzrə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qarşılıqlı iddia tələbi təmin edildiyindən qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi ilk iddia tələbi üzrə iddiaçıdan tutularaq ilk iddia tələbi üzrə cavabdehə ödənilməlidir. Digər “nikahın pozulması və uşaqların ananın himayəsində saxlanılması” barədə iddia tələbi təmin edildiyindən 50 manat ödənilmiş dövlət rüsumunun əvəzi ilk iddia tələbi üzrə cavabdehdən tutularaq ilk iddia tələbi üzrə iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair ilkin iddiası qismən təmin edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşağın onun himayəsinə verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və uşaqların himayədə saxlanılması” tələbinə dair iddia ərizəsi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 17 iyul 2017-ci il tarixdə Şəki rayon qeydiyyat şöbəsində bağlanmış 157 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahdan olan uşaqları - xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021ci il təvəllüdlü X10 anaları İddiaçı himayəsində saxlanılsınlar. Tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli 21 noyabr 2023-cü il tarixdən hesablansın. Alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilsin. Cavabdeh 50 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Cavabdeh 62 (altmış iki manat) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddiaçı 100 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq Cavabdeh ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilsin. Tərəflərə birgə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı 3 (üç) il ərzində iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-308/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-308/2024
21.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver