Məhkəmə qərarları › İş №e-2(075)-327/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-327/2024

14.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-327/2024 14.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 oktyabr 2021-ci il tarixli barışıq sazişinin bağlandığı tarixdən barışıq sazişinin məhkəmədə təsdiq olunması vaxtına kimi yəni 02 mart 2023-cu il tarixə kimi - 01 il 04 ay muddətində hesablanmış aliment məbləginin – 4800 manat borcun uzərindən tam olaraq silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, X12 ilə 27 may 2015-ci il tarixdə Şəki rayon qeydiyyat şobəsində nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından 24 fevral 2016-cı il tarixdə X4 və 22 oktyabr 2018-ci il tarixdə isə X8 anadan olmuşlar. Bir muddət səmimi ailə munasibətlərində yaşasalar da, sonradan aralarında muəyyən problemlər yaranmış və faktiki olaraq ayrılmışlar. Bundan sonra X12 qanunvericiliyin tələbinə uygun olaraq nikahın pozulması, uşağın himayədə saxlanılması və aliment tələbi ilə mediasiya müraciəti etmişdir. Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 18 oktyabr 2021-ci il tarixli 2021-003649 saylı barışıq sazişinin 2.1.1-ci bəndinə əsasən tərəflərin birgə nikahdan anadan olmuş uşaqları – 24 fevral 2016cı il təvəllüdlü X4 və 22 oktyabr 2018-ci il təvəlludlu X16 oglunun anaları X5 himayəsində və yanında saxlanılmalarına, 2.1.2-ci bəndinə əsasən tərəflərin birgə nikahdan anadan olmuş uşaqları 24 fevral 2016-cı il təvəlludlu X4 və 22 oktyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli 01 noyabr 2021-ci il tarixdən hesablanmaqla hər ay bir uşaq uçun 150 manat olmaqla cəmi 300 manat məbləğində alimentin hər novbəti ayın birinci yeddi günlüyündə İddiaçı oglundan tutularaq X9 odənilməsinə, 2.1.3-cu bəndinə əsasən tərəflərin birgə nikahdan anadan olmuş uşaqları 24 fevral 2016-cı il təvəllüdlü X4 və 22 oktyabr 2018-ci il təvəllüdlü X17 oglu ilə ataları İddiaçı oglunun hər həftənin bazar gunləri saat 14:00-dan 18:00-dək goruşməsinə və ünsiyyətdə olmalarına, həmçinin buna şərait yaradılmasına hər iki tərəf razı olmuşlar. Həmin saziş bağlandıqdan sonra hazırki o, X12 ilə barışaraq ailə münasibətlərini bərpa etmiş və azyaşlı uşaqları ilə birlikdə yenidən bir ailə kimi bir yerdə yaşamağa davam etmişlər. Birgə yaşadıqları müddətdə ailənin, həmçinin uşaqların bütün xərcləri hazırki onun tərəfindən qarşılanmışdır. Aralarında hər-hansı bir mubahisə olmadığından, həmçinin alimentin alınması ilə bağlı qətnamə, dolayısı ilə icra vərəqəsi olmadığından o, barışıq sazişinin ləğvi və sair hərəkətlər etməmişdir. Daha sonra tərəflər arasında olan münasibətlər yenidən pozulduğundan onlar ayrılmışlar. Bundan sonra ərizəçi X12 ona qarşı barşıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 02 mart 2023-cu il tarixli 2(075)-739/2023 nomrəli qətnaməsi ilə ərizə təmin edilərək ərizəçi X12 ilə İddiaçı oglu arasında 18 oktyabr 2021-ci il tarixli 2021- 003649 saylı barışıq sazişi təsdiq edilməsi, X12 və İddiaçı birgə nikahdan anadan olmuş uşaqları– 24 fevral 2016-cı il təvəlludlu X4 və 22 oktyabr 2018-ci il təvəlludlu X2 anaları X5 himayəsində və yanında saxlanılması və X12 və İddiaçı oglunun birgə nikahdan anadan olmuş uşaqları – 24 fevral 2016-cı il təvəlludlu X4 və 22 oktyabr 2018-ci il təvəlludlu X17 oglunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları uçun əvvəli 01 noyabr 2021-ci il tarixdən hesablanmaqla hər ay bir uşaq uçun 150 manat olmaqla cəmi 300 manat məbləğində alimentin hər novbəti ayın birinci yeddi gunluyundə İddiaçı tutularaq X9 ödənilməsi qət edilmişdir. Bundan sonra X1 Siyavuş Əjdər ogluna qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə muraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli 2(075)-960/2023 nomrəli qətnaməsi ilə iddia təmin edilərək, X12 ilə onun arasında 27 may 2015-ci il tarixdə Şəki rayon qeydiyyat şöbəsində bağlanmış 156 nömrəli nikahın pozulması qət edilmişdir. Göründüyü kimi X12 mediasiya təşkilatına muraciət etmiş, mediasiya təşkilatı tərəfindən 18 oktyabr 2021-ci il tarixli 2021-003649 saylı barışıq sazişi təsdiq olunmuş, həmin barışıq sazişi Şəki Rayon Məhkəməsinin 02 mart 2023-cu il tarixli 2(075) 739/2023 nömrəli qətnaməsi ilə təsdiq olunmuş və Şəki Rayon Məhkəməsinin 18 avqust 2023-cu il tarixli 2(075)-960/2023 nomrəli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Göründüyü kimi barşıq sazişi bağlanan müddətdən, yəni 18 oktyabr 2021-ci il tarixdən barışıq sazişinin məhkəmədə təsdiq olunması vaxtına kimi yəni 02 mart 2023-cu il tarixə kimi 01 il 04 ay müddət olmuşdur. Məlumdur ki, aliment yetkinlik yaşına çatmayan uşaqlar üçün məhkəmə tərəfindən müəyyən edilən pul məbləğidir. Aliment uşağa ona gorə ödənilir ki, uşaq valideyinin birinin yanında yaşayır, valideyin uşağa baxmaqda çətinlik çəkir və məhkəmə uşağın saxlanılması üçün muəyyən edilən məbləğdə aliment müəyyən edir. Həmin müddət ərzində cavabdeh X12 azyaşlı uşaqları - 24 fevral 2016-cı il təvəllüdlü X4 və 22 oktyabr 2018-ci il təvəlludlu X16 oglu ilə birlikdə bir yerdə yaşamışlar və birlikdə təsərrüfat idarə etmişlər. Hesab edir ki, nə qədər ki, tərəflər ailə kimi birlikdə olmuşlar və birlikdə yaşamışlar həmin müddətə yığılmış alment borcu məhkəmə qaydasında silinməlidir. Ona gorə də hazırki iddia tələbi ilə məhkəməyə muraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və ya məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, o, ərizəçinin həm qonşusu, həm dayısıdır. Xatırladığına görə 2015-ci il tarixdə tərəflər ailə həyatı qurmuşlar. Günel tez-tez küsüb atasıa evinə gedib 10-15 gün sonra qayıdırdı. Sonuncu dəfə 2023-cü ilin fevral ayında birdəfəlik atası evinə getmişdir. Əvvəlki məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, o, ərizəçinin həm qonşusu həm də qohumudur. 2021-ci il son aylarında onunda iştirakı ilə mediasiya təşkilatında onları barışdırıb evə gətirmişlər. Daha sonra 2023-cü ilin son aylarında ayrılmışlar. Əvvəlki məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, ərizəçi onun qonşusudur. Əvvəllər aralarında olan mübahisələrin olub-olmamasından xəbəri yoxdur. Lakin 2023-cü ilin əvvəllərinə kimi birlikdə yaşamışlar. İşin halları; İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiqedilmiş; Şəki Rayon Məhkəməsinin 2 (075)-739/2023 saylı, 02 mart 2023-cü il tarixli qətnaməsindən görünür ki, ərizəçi X12 ilə İddiaçı arasında 18 oktyabr 2021-ci il tarixli, 2021-003649 nömrəli barışıq sazişi təsdiq edilməsi, X12 və İddiaçı birgə nikahdan anadan olmuş uşaqları – 24 fevral 2016-cı il təvəllüdlü X6 və 22 oktyabr 2018-ci il təvəllüdlü X8 anaları X5 himayəsində və yanında saxlanılması, X12 və İddiaçı birgə nikahdan anadan olmuş uşaqları – 24 fevral 2016-cı il təvəllüdlü X6 və 22 oktyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli 01 noyabr 2021-ci il tarixdən hesablanmaqla, hər ay bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment hər növbəti ayın birinci yeddi günlüyündə İddiaçı tutularaq X9 verilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 2 (075)-960/2023 saylı, 18 avqust 2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X12 arasında 27 may 2015-ci il tarixdə Şəki rayon qeydiyyat şöbəsində bağlanmış 156 nömrəli nikahın pozulması, Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 18 oktyabr 2021-ci il tarixli, 2021-003649 saylı barışıq sazişinə əsəsən X12 ilə İddiaçı birgə nikahdan anadan olmuş uşaqları 24 fevral 2016-cı il təvəllüdlü X6 və 22 oktyabr 2018-ci il təvəllüdlü X2 anaları X5 himayəsində və yanında saxlanılmalarının və 24 fevral 2016-cı il təvəllüdlü X6 və 22 oktyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli 01 noyabr 2021-ci il tarixdən hesablanmaqla, hər ay bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin hər növbəti ayın birinci yeddi günlüyündə İddiaçı tutularaq X9 ödənilməsinin razılaşdırılmasının nəzərə alınması qət edilmişdir. 07 noyabr 2024-cü il tarixli MŞŞ/MT018/2023-02685 nömrəli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat pulu ödəmişdir. X12 ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinin sorğusuna xx.xx.2024-cü il tarixdə verilmiş cavab məktubundan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-739 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X12 ilə İddiaçı arasında 18 oktyabr 2021-ci il tarixli, 2021-003649 nömrəli barışıq sazişi təsdiq edilsin. X12 və İddiaçı birgə nikahdan anadan olmuş uşaqları - 24 fevral 2016-cı il təvəllüdlü X7 və 22 oktyabr 2018-ci il təvəllüdlü X8 anaları X5 himayəsində və yanında saxlanılmalıdır. X12 və İddiaçı birgə nikahdan anadan olmuş uşaqları - 24 fevral 2016-cı il təvəllüdlü X4 və 22 oktyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli 01 noyabr 2021-ci il tarixdən hesablanmaqla, hər ay bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment hər növbəti ayın birinci yeddi günlüyündə İddiaçı tutularaq X9 ödənilməlidir. İcra sənədində alimentin tutulmasının əvvəli 01 noyabr 2021-ci il tarixdən hesablandığı göstərilmişdir. Borclu tərəfindən bugünədək tələbkarın xeyrinə xx.xx.2023- cü il tarixdə 320 manat, xx.xx.2023-cü il tarixdə 350 manat, xx.xx.2023-cü il tarixdə 530 manat, xx.xx.2023-cü il tarixdə 250 manat, xx.xx.2023-cü il tarixdə 350 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 250 manat, xx.xx.2024-cü il tarixdə 150 manat və sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 200 manat olmaqla, ümumilikdə 3000 manat aliment pulunun ödənilməsi təmin edilmişdir İcra sənədi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilməli olan aliment borcu 4800 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Mülki iş materiallarını araşdırıb, iddiaçının və onun nümayəndəsinin (vəkili) izahatını, şahidlərin ifadələrini dinləyib və məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biridigərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Məhz göstərilən aspektdən çıxış edərək qanunverici, uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarının müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Göründüyü kimi, ailə qanunvericiliyi məhkəmə tərəfindən, üzərinə aliment öhdəliyi qoyulmuş şəxsin borcu ilə yaranma əsası arasında səbəbli əlaqənin olduğu təqdirdə həmin şəxsin borclarını ödəməkdən tamamilə və ya qismən azad edilmə imkanını nəzərdə tutmuşdur. Hazırkı iş üzrə isə məhkəmə, tədqiq edilmiş mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək sözügedən səbəbli-əlaqəni müəyyən etmişdir. Belə ki, Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 18 oktyabr 2021-ci il tarixli 2021-003649 saylı barışıq sazişinə əsasən tərəflərin birgə nikahdan anadan olmuş uşaqları – 24 fevral 2016-cı il təvəlludlu X4 və 22 oktyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli 01 noyabr 2021-ci il tarixdən hesablanmaqla hər ay bir uşaq uçun 150 manat olmaqla cəmi 300 manat məbləğində alimentin hər novbəti ayın birinci yeddi gunluyundə İddiaçı oglundan tutularaq X9 odənilməsinə hər iki tərəf razı olmuşlar. Şəki Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(075)-739/2023 nomrəli qətnaməsi ilə X12 ilə İddiaçı oglu arasında 18 oktyabr 2021-ci il tarixli 2021-003649 saylı barışıq sazişi təsdiq edilmişdir. 2023-cü ildə məhkəmənin qətnaməsi ilə Cavabdeh ilə İddiaçı oglu arasında 18 oktyabr 2021-ci il tarixli 2021-003649 saylı barışıq sazişi təsdiq edilsə də, barışıq sazişi bağlandığı vaxtdan məhkəmə qətnaməsi ilə barışıq sazşinin təsdiq edildiyi vaxtadək onlar bir evdə ailə şəklində yaşamağa və birgə təsərrüfat aparmağa davam etmişlər. Göstərilən müddət ərzində Günel Allahvediyevanın aliment tələb etməməsi, habelə məhkəmə iclasında tərəflərin izahatları və şahidlərin ifadələri ona dəlalət edir ki, tərəflər və uşaqları birlikdə eyni evdə yaşamışlar və birlikdə yaşadıqları müddətdə iddiaçı valideynlik borcunun yerinə yetirilməsi üçün mümkün zəruri tədbirləri görmüşdür. Cavabdehin övladlarına, yəni öz uşaqlarına geyim, qida və digər məhsullar alması, iddiaçının uşaqlarını saxlamaq öhdəliklərini yerinə yetirməməsi kimi qiymətləndirilə bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının aliment borcunun silinməsi barədə iddiası əsaslıdır, ona görə də, iddiaçı Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-739/2023 saylı qətnaməsinə əsasən ondan tələb olunan 4800 (dörd min səkkiz yüz) manat məbləğində aliment borcunu cavabdehin xeyrinə ödəməkdən azad edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 18 oktyabr 2021-ci il tarixli barışıq sazişinin bağlandığı tarixdən barışıq sazişinin məhkəmədə təsdiq olunması vaxtına kimi, yəni 02 mart 2023-cu il tarixə kimi 01 il 04 ay müddətində hesablanmış 4800 manat aliment məbləği İddiaçı üzərindən silinməlidir. Tələb edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 223 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. 18 oktyabr 2021-ci il tarixli barışıq sazişinin bağlandığı tarixdən barışıq sazişinin məhkəmədə təsdiq olunması vaxtına kimi, yəni 02 mart 2023-cu il tarixə kimi 01 il 04 ay müddətində hesablanmış 4800 manat aliment məbləği İddiaçı üzərindən silinsin. İddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 68 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar