Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-333/2023 09.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından dünyaya gəlmiş 13 may 2012-ci il təvəllüdlü X8 və 10 avqust 2016-cı il təvəllüdlü X3 18 yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi və alimentin tutulmasının əvvəlinin cavabdehə mediasiyanın tətbiqi barədə təklifinin göndərdiyi tarixdən, yəni 26 sentyabr 2022-ci il tarixindən hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, Cavabdeh ilə 29 noyabr 2011-ci il tarixdə ailə həyatı qurmuş və həmin tarixdən etibarən aralarında nikah rəsimləşmişdir. Onların birgə nikahlarından 13 may 2012-ci il təvəllüdlü X8 və 10 avqust 2016-cı il təvəllüdlü X9 adlı iki övladları dünyaya gəlmişdir. Cavabdehlə əvvəllər səmimi yaşasalarda sonradan aralarında bir çox narazılıqlar yaranmış və buna görədə ayrılmışlar. Bir müddətdir ki, ayrı yaşayırlar. Cavabdeh öz evində o, isə uşaqları ilə birlikdə atasına məxsus Şəki rayonu Baş Zəyzid kəndində yerləşən evdə yaşayır. Bildirmişdir ki, ayrı yaşadıqları müddətdə cavabdeh uşaqları ilə maraqlanmamışdır. Uşaqlarının bütün zəruri ehtiyyaclarını o, özü tək başına qarşılamışdır. O, heç bir yerdə işləmir. Cavabdeh birgə nikahlarından olan uşaqlarının saxlanılması üçün ona heç bir pul göndərməmişdir. Sentyabr ayından indiyə iki dəfə 100 manat olmaqla, cəmi 200 manat pul göndərmişdir. Cavabdeh 500 manat aylıq əmək haqqı almışdır. Əvvəllər cavabdehin maaş kartı onda olmuşdur. Lakin ayrıldıqdan sonra Cavabdeh maaş kartını bağlatdırmışdır. Hal-hazırda cavabdehdən ayrı yaşalar da, aalarında bağlanmış nikah rəsmi qaydada pozulmamışdır. Nikahın pozulması tələbi ilə bağlı cavabdeh Mediasiya Sessiyasına müraciət etmişdir. Hal-hazırda həmin iş icraatdadır. Bildirmişdir ki, onun özünündə səhhətində müəyyən problemlər var. İİİ qrup əlildir. Göstərmişdir ki, o, aliment tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl Mediasiya Sessiyasına müraciət etmişdir. Lakin 01 dekabr 2022-ci il tarixdə keçirilən mediasiya prosesində Cavabdeh iştirak etməməsi səbəbindən aralarındakı mübahisə öz həllini tapmamışdır. Cavabdeh birgə nikahlarından olan uşaqlarının saxlanılması üçün ona heç bir yardım göstərmir. Uşaqların saxlanılmasında çətinlik çəkir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, o, İddiaçı ilə 29 noyabr 2011-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Onların birgə nikahlarından 13 may 2012-ci il təvəllüdlü X8 və 10 avqust 2016-cı il təvəllüdlü X9 adlı iki övladları olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində olsalar da, sonralar xarakterlərinin uyğun gəlməməsi səbəbindən ayrılmışlar və artıq nikahlarının rəsmi qaydada pozulması qərarına gəlmişlər. O, artıq nikahın pozulması ilə bağlı ərizə vermişdir. Hal-hazırda həmin iş məhkəmənin icraatındadır. Həmçinin İddiaçı aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bildirmişdir ki, o, işi ilə əlaqəli baş qa rayonda olur. O, dəfələrlə İddiaçı təklif etmişdir ki, barışsınlar, ailələri dağılmasın. İddiaçı isə onunla razılaşmamış, onların evində darıxdığını bildirmişdir. İddiaçı birlikdə atası evində qalmalarını bildirmişdir. Bununlada o razılaşmır. Bildirmişdir ki, 2022-ci ilin sentyabr ayına kimi onun maaş kartı iddiaçıda olmuşdur. Təxminən 10 il onun qazancı iddiaçıda olmuşdur. Sentyabr ayından sonra da hər ay poçt vasitəsilə müəyyən məbləğlərdə pul göndərmişdir. Onun maddi imkanı aşağıdır. Cəmi 240 manat aliment ödəyə bilər. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 29 noyabr 2011-ci il tarixli, AZ-İ 736409 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 arasında 29 noyabr 2011-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 536 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Nəsibova soyadı verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 22 noyabr 2013-cü il tarixli, AZ-İİİ 219131 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 13 may 2012-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası X5r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 01 sentyabr 2016-cı il tarixli, AZ-İİİ 822435 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 10 avqust 2016-cı il təvəllüdlü X3 atası Cavabdeh, anası X5r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 01 dekabr 2022-ci il tarixli MŞŞ/1/-01868 nömrəli X2 İştirak Edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 06 avqust 2022-ci il tarixdə saat 10:00 – 10:30 saatlarında keçirilməsi nəzərdə tutulan X2 iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh X6 X2 iştirak etməmişdir. Məhkəmə iclasında iddiaçının izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı 29 noyabr 2011-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Onların birgə nikahdan 13 may 2012-ci il təvəllüdlü X8 və 10 avqust 2016-cı il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə iddianı qismən qəbul edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatı, iddiaçının uşağının saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 13 may 2012-ci il təvəllüdlü X8 və 10 avqust 2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini və cavabdehin azyaşlı uşağı üçün hər ay 240 manat aliment ödəmək iqtidarında ola bilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Bütün yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, 13 may 2012-ci il təvəllüdlü X8 və 10 avqust 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat aliment cavabdehdən tutulub iddiaçıya verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə iddia ərizəsi verdiyi vaxtdan, yəni 09 dekabr 2022-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 13 may 2012-ci il təvəllüdlü X8 və 10 avqust 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat aliment Cavabdeh tutulub İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 09 dekabr 2022-ci il tarixdən hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-333/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-333/2023
09.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver