Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-333/2024 23.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X4 oğlunun katibliyi İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı uşağın saxlanılması üçün alimentin tutulması və çəkilmiş xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci ildə anadan olmuş X1 yetkinlik yаşınа çаtаnаdək mаddi təminаtı üçün hər аy Cavabdeh bütün növ qazancından sаbit pul məbləğində 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbаycаn Respublikаsı Qanunundа uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu məbləğindən az olmamaq şərti ilə bir uşağa görə 220 manat məbləğində alimentin, eləcə də Şəki 1 saylı Mediasiya Təşkilatına ödədiyi 60 manat pulun, hüquqi yardım göstərilməsi ilə bağlı vəkillə bağladığı müqavilə üçün Şəki Regional Vəkil Bürosunun bank hesabına ödədiyi 200 manat pulun, vəkilə verdiyi etibarnamə üçün ödədiyi 17.25 manat pulun, dövlət rüsumu olaraq ödədiyi 30.40 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərə bildirmişdir ki, Cavabdeh ilə el adəti ilə toy edərək faktiki olaraq ailə qurmuş, lakin cavabdehin nikahlarının bağlanması üçün aidiyyəti orqana müraciət etməkdən yayınması səbəbindən nikahlarını rəsmiləşdirməmişlər. Faktiki nikahlarından xx.xx.2022-ci ildə övladları X3 anadan olmuşdur. Uşaqla bağlı atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmiş və cavabdeh həmin uşağın atası müəyyən edilmişdir. Ailə qurub bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq, sonradan cavabdehin ailəsi ilə maraqlanmaması, ailəsinin qayğısına qalmaması səbəbindən münasibətləri pisləşmiş və o övladı ilə birlikdə ər evini tərk edib atası evinə getmişdir. Artıq xeyli müddətdir ki, faktiki olaraq ər-arvad kimi yaşamışlar. Bu vaxt ərzində uşaq onun himayəsində qalmış, bütün maddi və mənəvi tələbatlarını təkbaşına ödəmişdir. Cavabdeh ayrı yaşadıqları müddətdə uşağın maddi ehtiyacları ilə maraqlanmamış və ona heç bir köməklik göstərməmişdir. Buna görə də cavabdehdən uşağının saxlanması üçün məhkəmə qaydasında alimentin tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı ilə rəsmi nikah olmadan faktiki ər-arvad münasibətində olmuş, həmin münasibətdən xx.xx.2022-ci il təvəllüdlü X3 adlı övladı dünyaya gəlmişdir. Bir müddət iddiaçı ilə səmimi ailə münasibətlərində olsalar da sonradan münasibətləri pisləşmiş və iddiaçı ondan icazəsiz ər evini tərk edərək atası evinə getmişdir. Faktiki ailə münasibətlərinin pozulmasında onun heç bir günahı olmamışdır. Bundan sonra da barışmaları mümkün olmayacaqdır. O “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin Xidmət şöbəsində fəhlə işləməklə 450 manat əmək haqqı almaqla, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 70-80 manat aliment ödəyə biləcəyini, digər xərcləri isə ödəmək fikrinin olmadığı bildirmişdir. İş materiallarında olan 14.11. 2023-cü il tarixli MŞŞ/MT018/2023-02686 nömrəli İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişlər, mediasiya xərci olan 60 manat İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Şəki Regional “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İ № 426730 saylı “atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”dən görünür ki, Cavabdeh xx.xx.2022-ci ildə İddiaçı doğulmuş X2 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2022-ci ilin dekabr ayının 12-də 119 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şəki Regional “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İV № 822894 saylı “doğum haqqında şəhadətnamə”dən görünür ki, X3 xx.xx.2022-ci ildə Şəki rayonunda doğulmuşdur. Bu barədə doğum haqqlnda akt qeydləri kitabında xx.xx.2022-ci ildə 1398 № ilə qeyd edilmişdir. Atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı göstərilmişdir. İş materiallarında olan Şəki Regional Vəkil Bürosu tərəfindən verilmiş 18 oktyabr 2023-cü il tarixli, 217 nömrəli arayışdan görünür ki, İddiaçı Vəkil ilə bağladığı xx.xx.2023-cü il tarixli, 613 saylı hüquqi yardım göstərilməsi ilə bağlı müqavilənin şərtlərinə əsasən vəkilə göstərəcəyi xidmət müqabilində Şəki Regional Vəkil Bürosunun bank hesabına 200 manat ödəniş etmişdir. İş materiallarında olan Şəki Regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı etibarnamənin verilməsi ilə bağlı 17,25 manat pul ödəmişdir. İş materiallarında olan Şəki Regional Vəkil Bürosu tərəfindən verilmiş 18 oktyabr 2023-cü il tarixli, 217 nömrəli arayışdan görünür ki, İddiaçı Vəkil ilə bağladığı xx.xx.2023-cü il tarixli, 613 saylı hüquqi yardım göstərilməsi ilə bağlı müqavilənin şərtlərinə əsasən vəkilə göstərəcəyi xidmət müqabilində Şəki Regional Vəkil Bürosunun bank hesabına 200 manat ödəniş etmişdir. İş materiallarında olan “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 08 yanvar 2024-cü il tarixli, 01 nömrəli arayışdan görünür ki, Cavabdeh 10 iyun 2022-ci il tarixdən Cəmiyyətin Xidmət şöbəsində fəhlə işləməklə 450 manat əmək haqqı alır. Məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah olmadan faktiki ər-arvad münasibətində olmuş, həmin münasibətdən xx.xx.2022-ci ildə X3 adlı uşaqları doğulmuşdur. İddiaçı ilə cavabdehin ailə münasibətləri pozulmuş, iddiaçı ər evini tərk edərək atası evinə getmişdir. İddiaçı uşağın saxlanılması üçün köməyə ehtiyacı olduğu üçün aliment və çəkilmiş xərclərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edərək iddianın təmin olunmasını xahiş etmiş, cavabdeh isə iddianı qismən qəbul edərək 70-80 manat aliment ödəyə biləcəyini, digər xərcləri isə ödəmək fikrinin olmadığı bildirmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün 2024-cü il üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hazırki işdən görünür ki, aliment tələb olunan uşaq iddiaçı olan ananın yanında saxlanır, iddiaçı isə onun maddi tələbatlarını ödəyə bilmir. Eyni zamanda uşağı saxlayan ana heç bir yerdə işləmir. Məhkəmə qeyd edir ki, uşağını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı həmin tələblə bağlı 29 noyabr 2023-cü ildə məhkəməyə müraciət etmişdir. Ona görə də alimentin tutulmasının əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə hesab edir ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı minimum yaşayış imkanı yaradılmalıdır. Odur ki, alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə qeyd edir ki, uşağın saxlanması hər iki valideynin borcu olduğundan və cavabdehin iş yerindən əmək haqqı barədə arayış təqdim olunsa da, kənd yerində yaşayıb təsərrüfatından qazancı barədə müfəssəl məlumatı əks etdirən sübutlar təqdim edilmədiyindən tərəflərin birgə nikahlarından doğulmuş uşaqları X1 yetkinlik yaşına çatana kimi saxlanılmasına görə 180 manat həddində aliment təyin edilməsi ədalətli və qanunauyğun hesab edilməli, alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanmalı və qətnamənin alimentlə bağlı hissəsi dərhal icraya yöləldilməlidir. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır İddiaçı məhkəmədə iddia qaldırılması ilə Şəki 1 saylı Mediasiya Təşkilatına ödədiyi 60 manat, hüquqi yardım göstərilməsi ilə bağlı vəkillə müqavilə bağlanılması üçün Şəki Regional Vəkil Bürosunun bank hesabına ödədiyi 200 manat, etibarnamənin verilməsi ilə bağlı ödədiyi 17.25 manat və dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 30.40 manat olmaqla, cəmi 307,65 manat pul təqdim olunmuş sənədlərlə təsdiqini tapdığından Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət dövlət rüsumu ödənilməlidir. Odur ki, 41.60 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respubilkası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 227 və 233 maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 180 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Şəki 1 saylı Mediasiya Təşkilatına ödənilmiş 60 manat, hüquqi yardım göstərilməsi ilə bağlı vəkillə müqavilə bağlanılması üçün Şəki Regional Vəkil Bürosunun bank hesabına ödənilmiş 200 manat, etibarnamə üçün ödənilmiş 17.25 manat və dövlət rüsumu olaraq ödənilmiş 30.40 manat, cəmi 307,65 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli 29 noyabr 2023-cü il tarixdən hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Cavabdeh 41.60 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №e-2(075)-333/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-333/2024
23.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver