Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-333/2025 02.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddia tələbinin dəlilləri; İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təmir-tikinti zamanı dəymiş ziyana görə 9199,04 (doqquz min bir yüz doxsan doqquz mnata 4 qəpik) AZN məbləğində pulu və ödənilmiş 115 (bir yüz on beş manat) AZN məbləğindəki dövlət rüsumunun, həmçinin hüquqlarının müdafiəsi üçün vəkillə bağladığı müqavilə üzrə Şəki Regional Vəkil Bürosunun hesabına ödədiyi 300 (üç yüzi) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, bu ilin ortaları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təmir etdirmək üçün Cavabdeh ilə razılığa gəlmişdir. Müəyyən proyektlər əsasında ona hansı formada təmir etməyi bildirmişdir. O, da ona narahat olmamağını və özü tanıdığı ustalar vasitəsilə yüksək səviyyədə təmir işlərini aparacağına söz vermişdir. Bütün materialları vaxtı-vaxtında özlərinə alıb vermiş və ya özləri mağazadan götürmüşdürlər. Müəyyən müddətdən sonra evinin tam keyfiyyətsiz hala salındığını görmüşdür. Bir neçə dəfə onlarla bu barədə ofisimizdə söhbət etmişlər. Onlar işlərin keyfiyyətsizliyini etiraf etmişlər, lakin aradan qaldırmamışdırlar. Nəticədə onların bu keyfiyyətsiz iş görmələrinə görə ona ziyan dəydiyinə görə polis şöbəsinə müraciət etmişdir. Müraciətinə baxılaraq əməlin mülki xarakterli olması və buna görə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Bundan sonra mütəxəssis dəvət edərək ona dəymiş ziyan məbləğini hesablatmışdır. Ümumilikdə ona ustaların gördüyü keyfiyyətsiz işə görə 9199,04 manat ziyan dəymişdir. Belə ki, onun evinin təmir xərcləri təxminən on min manatdan çox xərc nəzərdə tutulmuşdur. Onların keyfiyyətsiz işlərinə görə onlara material pulu ilə birlikdə 11250 manat vermişdir. İşlərin sonuna yaxın divarlara üzlük vurularkən onların səhlənkar işləri üzə çıxmış və divarda olan əyriliklər aşkarlanmış, tavana vurulmuş bəzəyin kələ-kötür olması və.s işlərin pis olması müəyyənləşmişdir. Bu problemləri cavabdeh tərəf aradan qaldıra bilməyəcəyini görüb məcburən başqa yerdən usta gətirmək məcburiyətində qalmışdır. Materialla birlikdə həmin qüsurların aradan qaldırılması üçün daha sonra 6000 manat pul xərcləmək məcburiyətində qalmışdır. Nəticədə ona 9199,04 manat ziyan dəymişdir. Vəkil vasitəsi ilə Polis şöbəsində olan araşdırmanın nəticəsinin əldə etmişdir. Cavabdeh şəxslər polis şöbəsində qüsurlu iş görmələrini etiraf etmişdirlər. Onlarla ilkin danışıq zamanı dəymiş ziyanı aradan qaldırmağı öhdələrinə götürsələr də sonradan vədlərinə əməl etməmişdirlər. Məhz buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, qüsurun aradan qaldırılması üçün material xərci daxil olmadan 6000 manat xərc çəkmişdir. 2500 manat isə əlavə material xərcləri çıxıb. Ümumilikdə 8500 manat qüsuru aradan qaldırmaq üçün xərc çəkmişdir. Bundan başqa cavabdeh tərəfindən razılaşdıqları təmir işlərindən başqa digər işlər də görülmüşdür ki, həmin işlərin görülməsi üçün 3890 manat pulu cavabdehə ödəməmişdir. Cavabdeh qarşı “pul” tələbinə dair iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, tavanın emusiyası üçün 2136 manat, tavanın fiqur emusiyası üçün 1104 manat, tavanın gizli işıq yerləri üçün 1104 manat, 1-ci mərtəbənin üzlüyü üçün 2088 manat, 2-ci mərtəbənin üzlüyü üçün 1950 manat, ikinci mərtəbə üçün alçipan vurulması üçün 1200 manat, əlavə işlər üçün isə, evin üstünün dəmirinin düzəldilməsi üçün 1500 manat, həyətdəki darvazanın təmiri üçün 200 manat, evin girişində metlax vurulması üçün 240 manat olmaqla təxminən 9600 manat usta xərci çıxmışdır. Qüsurun aradan qaldırılması üçün iddiaçı tərəf cəmi 2500 manat xərc çəkmişdir. Lakin o, iddiaçının evində əlavə işlər görmüşdür ki, hazırda həmin işlərin dəyəri 3890 manat təşkil edir. İddia tələbini qismən əsaslı hesab edir. Qalan hissədə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, iddiaçının atasıdır. O, şirkət ilə bağlı bütün səlahiyyətləri oğlu Talehə vermişdir. İşi briqadir kimi Cavabdeh öz öhdəsinə götürüb. Evi elə vəziyyətə gətiriblər, başqa heç bir usta bu evin işlərinin görülməsini öhdəsinə götürmək istəməyib. Onlara 9600 manat pul verilib. Məhkəmə iclasında cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Məzahir usta ilə birlikdə işləyirlər. Həmin evdə işləyərkən iddiaçının memarı göstərdiyi qaydada işləmişlər. Sonda qüsur yaranıb. Qüsurun yaranmasına səbəb dizaynerin dediyi üzrə təmirin aparılması olmuşdur. Məhkəmə iclasında cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, işi briqadir kimi ona Məzahir vermişdir. O, hörgü ustasıdır. Hazırki işdə fəhləlik etmişdir. İşin halları: İş materiallarında olan: - İşdə olan Kristal MMC tərəfindən verilmiş, 15 oktyabr 2024-cü il tarixli, 1104/24 saylı qiymətləndirmə rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş zərərin təqribi dəyəri 9200 manat təşkil edir. - Şəki Regional Vəkil Bürosu tərəfindən verilmiş 16 noyabr 2024-cü il tarixli, 272 saylı arayışdan görünür ki, X2 Vəkilə göstərəcəyi xidmət müqabilində Şəki Regional Vəkil Bürosunun bank hesabında 300 manat ödəniş etmişdir. - xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 115 manat məbləğdə dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq : Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini təmir etdirmək üçün iddiaçı ilə razılığa gəlmişdir. İşlərin sonuna yaxın divarlara üzlük vurularkən cavabdehin səhlənkar işləri üzə çıxmış və divarda olan əyriliklər aşkarlanmış, tavana vurulmuş bəzəyin kələ-kötür olması və.s işlərin pis olması müəyyənləşmişdir. Bu problemləri iddiaçı cavabdeh tərəfin aradan qaldıra bilməyəcəyini görüb məcburən başqa yerdən usta gətirmək məcburiyətində qalmışdır. Həmin qüsurların aradan qaldırılması üçün daha sonra 6000 manat və 2500 manat material pulu xərcləmək məcburiyətində qalmışdır. Məhkəmə hesab edir ki, iddiaçı 9200 manat məbləğdə pul vəsaitini cavabdehdən tələb etsə də, məhkəmə iclasında tədqiq olunmuş sənədlər, İddiaçının və proses iştirakçılarının izahatları və şahid ifadələrinə əsasən iddiaçıya dəymiş zərər 8500 manat həddində müəyyən edilmişdir. Bundan başqa cavabdehin iddiaçının evində razılaşdıqları təmir işlərindən əlavə işlər görməsini və bunun müqabilində iddiaçınında məhkəmə iclasında etiraf etdiyi kimi 3890 manat pulun cavabdeh tərəfindən razılaşdıqları təmir işini qüsurlu etdiklərindən görülən digər işin haqqını ödəməməsinə dair məhkəmə qeyd edir ki, hazırda baxılan iş üzrə cavabdeh tərəfindən həmin pulu qaytarılması üçün qarşılıqlı iddia və ya digər hər hansı tələb olmadığından hakm işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığından həmin hissədə qiymət verilməsi mümkün deyildir. Beləliklə, işin hallarını və qanunvericiliyin qeyd edilən normalarını əsas tutaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Hazırki tələblə bağlı məhkəmə ödənilmiş 300 manat vəkil xərcinin 100 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 105 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 8500 (səkkiz min beş yüz) manat, 105 (yüz beş manat) manat ödənilmiş dövlət rüsumunun əvəzi və 100 (yüz) manat vəkil xərci tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-333/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-333/2025
02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver