Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-347/2023 08.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün hər uşaq üçün 193 manat olmaqla cəmi 386 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, alimentin tutulmasının əvvəlinin 23 noyabr 2021-ci il tarixdən hesablanmasını xahiş etmişdir. İddia tələbinin artırılması barədə ərizə Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 09 avqust 2015-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan 15 dekabr 2016-cı il tarixdə əkiz uşaqları, X6 və X4 anadan olmuşdur. Nikaha daxil olduqdan övladlarının 1 yaşı bitənə kimi ailə münasibətləri normal olmuş ,lakin sonrakı günlərdən başlayaraq ailə münasibətləri pozulmuşdur. 23 noyabr 2021-ci il tarixdən faktiki ayrı yaşayırlar. Yetkinlik yaşına çatmayan uşaqları isə onun himayəsindədir Cavabdeh bu müddət ərzində bir dəfə də olsa övladları ilə maraqlanmamışdır. Belə olan təqdirdə yalnız onun aldığı 400 manata yaxın əmək haqqı ilə birinci sinif şagirdləri olan övladlarının maddi təminatını ödəməyə çalışır. Cavabdeh isə tək yaşayır, hal-hazırda Şəki şəhər 3 saylı müsiqi məktəbində musiqi müəllimi işləməklə təxminən 600 manatdan çox əmək haqqı alır. Bununla yanaşı X7 Kolleci Publik hüquqi şəxsində saat hesabı dərs deyir və təxminən 300 manat, eyni zamanda Şəki "XAN" musiqi qrupunda sintezator ifa etməklə təxminən 300-500 manat qazanc əldə edir. Bundan başqa zərurət olduqda digər musiqi qruplarının da tərkibinə qatılaraq toylarda iştirak edir, qazancı ən azı 50 manat olur. Beləliklə cavabdehin aylıq gəliri təxminən 1000 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdeh 1 il 3 aydır ki, uşaqların saxlanılması üçün ona heç bir köməklik etmir. Paltarları da cavabdehin evində qalmışdır. Cavabdeh işləyir, qrup yaratmaqla toylara gedir və hətta əlilliklə bağlı pensiya da alır. Ona görə də iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, onun razılığı olmadan iddiaçı uşaqları atası evinə aparmışdır. Uşaqları ilə görüşmək istədikdə isə iddiaçı buna icazə vermir. Hazırda toylar olmadığından qazancı təxminın 690 manatdır. Əlilliyə görə isə 326 manat pensiya alır. Aliment ödəmək istəmir. Çünki uşaqların ona verilməsini tələb edir. İş materiallarına əlavə edilmiş Şəki rayon Qeydiyyat şöbəsi tərərindən verilmiş 29 may 2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 15 dekabr 2016-cı il təvəllüdlü X3 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarına əlavə edilmiş Şəki rayon Qeydiyyat şöbəsi tərərindən verilmiş 29 may 2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 15 dekabr 2016-cı il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 21 yanvar 2022-ci il tarixli arayışın surətindən görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. İş üçün zəruri olduğundan “Elektron Məhkəmə İnformasiya Sİstemi” vasitəsi ilə sorğulanaraq əldə edilmiş arayışdan görünür ki, Cavabdeh ümumi təhsil musiqi məktəbindən 936 manat əmək haqqı və İİ qrup əlil olmaqla 326.26 manat pensiya alır. Cavabdehin məhkəməyə təqdim etdiyi videogörüntülərə baxıldıqda müəyyən olundu ki, görüntülərdə tərəflərin arasında olan mübahisələr əks olunub, baxılan işlə əlaqəli olan zəruri məlumatlar müəyyən olunmur. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 09 avqust 2015-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Onların birgə nikahlarından 15 dekabr 2016-cı il il tarixdə X6 və X5 adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmişdir. Lakin nikahları pozulmamışdır. Cavabdeh, birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün iddiaçı heç bir köməklik göstərmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşaqların saxlanılması üçün zəruri tələbatı, İddiaçı uşağın saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 15 dekabr 2016-cı il təvəllüdlü X3 və X1 üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəlləsinin 100.2-ci maddəsinə əsən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Qanunvericiliyin qeyd edilən normalarını əsas tutaraq məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli iddiaçının qeyd etdiyi kimi 23 noyabr 2021-ci il tarixdən deyil, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi, yəni 13 dekabr 2022-ci il tarixdən hesablanmaqla dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, 15 dekabr 2016-cı il təvəllüdlü X3 və X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni 13 dekabr 2022-ci il tarixdən hesablanmalı, məhkəmə qətnaməsi dərhal icra edilməlidir. Cavabdeh 61 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 15 dekabr 2016-cı il təvəllüdlü X3 və X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 13 dekabr 2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 61 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-347/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-347/2023
08.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver