Məhkəmə qərarları › İş №e-2(075)-353/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-353/2023

15.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-353/2023 15.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh X4 nümayəndəsi X9 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3082.20 manat pulun, 50 manat mediasiya xərcinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 02 oktyabr 2015-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Lakın aralarındakı münasibət pozulduqdan sonra Şəki Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 2(075)- 930/2020 saylı qətnaməsi ilə onunla cavabdeh X4 arasında 02 oktyabr 2015-ci il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində bağlanmış 430 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan anadan olmuş uşaqları 05 sentyabr 2016-cı iİ təvəlüdlü X7 və 13 dekabr 2017-ci il təvəllüdlü X1 anaları X4 yanında qalmalari, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində və hər ay hər hər uşaq üçün sabit pul məbləğində 30 manat alirnentin tutularaq X5 verilməsi 13 dekabr 2017-ci iİ təvəllüdlü X1 3 yaşı tamam olanadək İddiaçı hər ay 50 manat məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, alimentin tutulmasının əvvəlinin 09 iyun 2020-ci il tarixdən hesablanması qət edilmişdir. Nikahı pozulduqdan sonra Cavabdeh ilə barışmışlar və cavabdeh, birgə nikahdan olan uşaqları ilə birlikdə 12 fevral 2021-ci tarixdən 08 dekabr 2021-cı il tarixədək onunla birlikdə atasının mülkiyyətində olan evdə yaşamışdır. Həmin dövrdə övladlarına və Cavabdeh o baxmışdır. Lakin münasibətləri pozulduğundan 08 dekabr 2021-ci ıl tarixdə cavabdeh X10 təkrarən atası evinə getmişdir. Hazırda da atasına məxsus Şəkı rayonu Qoxmuq kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Lakin 12 fevral 2021-ci il tarixdən 08 dekabr 2021-ci ıl tarixədək birlikdə yaşamalarına, cavabdehə və uşaqlarına onun tərəfindən baxılmasına baxmayaraq yenə də, həmin dövr üçün ondan aliment tutulmuşdur. Həmin dövr üçün ödənilmiş alimentin miqdarı 3082,20 manat təşkil edir və əsassız yerə tutulmuşdur. Əsassız tutulmuş alimentin qaytarılması ilə bağlı Şəki rayon İcra və Probasiya Şöbəsinə müraciət etsə də, on məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, caavbdehlə 2020-ci ildə rəmi qaydada nikahları pozulsa da, barışaraq 12 fevral 2021-ci il tarixdən 08 dekabr 2021-ci il tarixədək birlikdə onun atasının evində yaşamışlar. 2021-ci ilin dekabr ayında yenidən ayrılmışlar. Birlikdə yaşadıqları dövrdə aliment ödəməsə də dekabr ayında yenidən ayrılarkən borcunu tam şəkildə ödəmişdir. Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X13 iddia tələbinə etiraz edərək bildirmişdir ki, alimentin tutulması barədə qətnamə icra olunmur, əlavə gəlirlər ödənilmir. Hazırda iddiaçının cavabdehə 4000 manata yaxın aliment borcu vardır. İddia tələbində göstərilən məbləğ şişirdilmişdir. Belə ki, qızı, 10 ay tam olaraq iddiaçının evində yaşamamışdır. Arabir gedib-gəlmişdir. Mübahisəli dövrdə cəmi 1926 manat aliment ödənilmişdir. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbində etiraz edərək bildirmişdir ki, iddiaçının qeyd etdikləri yalandır. 2020-ci ilin oktyabr ayında nikahları pozulmuş, 2021-ci ilin fevral ayında barışmışlar. Həmin oktyabr ayına kimi 2,5-3 aya yaxın iddiçının evində yaşamış, qalan dövrdə isə evində yaşamışdır. İddiaçı həmin pulu öz uşaqlarına ödədiyindən geri tələb etməsi düzgün deyil. Ona görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə bir neçə eyni məzmunlu etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı öz iddiasını sübut edə bilməmiş və onun iki azyaşlı uşaqları ilə birgə onların evlərində 60 gün yaşadığına dair məhkəməyə sübut təqdim edə bilmişdir. Ancaq onun dediyi 60 gün müddəti də yalandır. Belə ki, o, iki azyaşlı uşaqları ilə birgə iddiaçının evində təxminən 80-90 gün yaşamışdır. Bundan başqa iddiaçı ona 3082 manat məbləğində aliment məbləği yox, cəmi 1926 manat aliment məbləği ödəmişdir. Ümumiyyətlə iddiaçı ilə onun arasında heç bir barışıq ərizəsi olmamış və düzgün olaraq icra məmuru iddiaçıdan deyilən 1926 manat aliment məbləğini tutaraq ona ödəmişdir. İddiaçı, onların evində qaldığı 60 gün üçün hesabladığı 428 manat aliment məbləğinin artıq ödədiyini geri istəməsi tamamilə absuddur və o, həmin məbləği ona yox, iki azyaşlı körpə uşaqlarının müayinə və müalicəsi üçün ödəmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 19 sentyabr 2016-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 05 sentyabr 2016-cı il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş 04 yanvar 2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 13 dekabr 2017-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş 03 dekabr 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, X10 isə iştirak etməmişdir. 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 2(075)-930/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə cavabdeh X4 arasında 02 oktyabr 2015-ci il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində bağlanmış 430 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan anadan olmuş uşaqları 05 sentyabr 2016-cı iİ təvəlüdlü X7 və 13 dekabr 2017-ci il təvəllüdlü X2 anaları X4 yanında qalmaları, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində və hər ay hər hər uşaq üçün sabit pul məbləğində 30 manat alirnentin tutularaq X5 verilməsi 13 dekabr 2017-ci iİ təvəllüdlü X2 3 yaşı tamam olanadək İddiaçı hər ay 50 manat məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, alimentin tutulmasının əvvəlinin 09 iyun 2020-ci il tarixdən hesablanması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki rayon İcra və Probasiya Şöbəsinin 31 mart 2023cü il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən əldə edilmiş məlumata əsasən borcluya 2021-ci ilin fevral ayından həmin ilin dekabr ayına qədər 7531.08 manat əmək haqqı ödənildiyi müəyyən edilir. Qeyd olunan məbləğin 1/3 hissəsi 2510.36 manat təşkil edir. Sabit pul məbləğində isə 10 ay üzrə ödənilməli olan aliment pulu 600 manat təşkil edir. Beləliklə borclu tərəfindən 2021-ci ilin fevral ayından dekabr ayına qədər ödənilməli aliment pulu 3110.36 manat təşkil edir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 02 oktyabr 2015-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 05 sentyabr 2016-cı iİ təvəlüdlü X8 və 13 dekabr 2017-ci il təvəllüdlü X6 anadan olmuşdur. Münasibətləri uyğun gəlmədiyindən Şəki Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 2(075)-930/2020 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan anadan olmuş uşaqları cavabdehin himayəsində saxlanılmış və uşaqların saxlanılması üçün İddiaçı aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində və hər ay hər hər uşaq üçün sabit pul məbləğində 30 manat alirnentin tutularaq X5 verilməsi 13 dekabr 2017-ci iİ təvəllüdlü X2 3 yaşı tamam olanadək İddiaçı hər ay 50 manat məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bundan sonra tərəflər barışmışlar. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək 12 fevral 2021-ci iltarixdən 08 dekabr 2021-ci il tarixədək cavabdehin və uşaqlarının onun yanında yaşamalarını, həmin dövr üçün ondan tutulmuş alimentin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh isə iddianı qəbul etməyərək qeyd edilən dövr ərzində mütəmadi deyil, arabir iddiaçı ilə birlikdə yaşadığını qeyd etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. İddiaçı cavabdehlə barışaraq onu və birgə nikahdan anadan olmuş uşaqlarını 10 ay müddətində, 12 fevral 2021-ci iltarixdən 08 dekabr 2021-ci il tarixədək yəni öz himayəsində saxlamasını, həmin müddət üçün ondan tutulmuş alimentin ona geri qaytarılmasını tələb etsə də, məhkəmə onun bu tələbini əsaslı hesab etmir. Belə ki, cavabdeh azyaşlı uşaqları ilə qeyd edilən müddət ərzində iddiaçının atasına məxsus evdə iddiaçı ilə birlikdə yaşasa da və həmin müddət üçün iddiaçıdan aliment tutulsa da, tutulmuş həmin aliment ailənin, tərəflərin birgə nikahdan anadan olmuş uşaqlarının ehtiyacları üçün istifadə edilməklə, onların təlabatlarının ödənilməsinə sərf edilmişdir. Aliment uşaqlara görə ödənildiyindən artıq ödənilmiş alimentin məbləğinin geri tələb olunması uşaqların mənafeyinə ziddir. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə ərizə və disk təqdim edilərək, cavabdehi bir neçə dəfə müalicə üçün Bakı şəhərinə aparmasını, “Covid-19” virusu əleyhinə peyvənd vurdurmaq məqsədi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına və Quxmuq tibb məntəqəsinə aparmasını, imtahan vermək məqsədi ilə qızı ilə birlikdə Balakən şəhərinə aparmasını qeyd etmiş və həmçinin diskdə olan görüntülərə istinad edərək mübahisəli müddət ərzində keçmiş həyat yoldaşının və uşaqlarının onun yanında yaşamalarını qeyd etmişdir. Həmin görüntülərə baxış keçirilərkən iddiaçı və cavabdehin uşaqları ilə birlikdə çəkilmiş şəkillərinin və video görüntülərinin olması, həmçinin həkim reseptlərinin olduğu müəyyən edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, əgər qeyd edilən müddət ərzində tərəflər barışaraq birlikdə yaşamışdırlarsa, o, zaman qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasına nəzarət edən Şəki rayon İcra və Probasiya Şöbəsinə qarşılıqlı razılaşma əsasında ərizə ilə müraciət edərək aralarında olan barışıq barədə məlumat verə və alimentin tutulmasının dayandırılmasını tələb edə bilərdilər. İş materiallarında belə bir razılaşmanın olmamasını və tutulmuş alimentin geri qaytarılacağı təqdirdə cavabdehlə bərabər 05 sentyabr 2016-cı iİ təvəlüdlü X3 və 13 dekabr 2017-ci il təvəllüdlü X2 da qanunla qorunan hüquqlarının pozulacağını nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X5 qarşı 3082.20 manat pulun alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı 3082.20 manat pulun alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar