Məhkəmə qərarları › İş №e-2(075)-376/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-376/2023

16.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-376/2023 16.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından olan 04 mart 2021-ci təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin, eyni zamanda birgə nikahdan olan uşaqları 3 yaşına çatanadək 100 manat əlavə xərclərin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 16 aprel 2021-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Onların birgə nikahdan 04 mart 2022-ci il təvəllüdlü X7 adlı övladları olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra münasibətləri ilk vaxtlar normal olsa da sonradan cavabdehin təqsiri səbəbli pozulmağa başlamışdır. Hazırda faktiki olaraq atasının himayəsində yaşayır. Uşağa baxmağa maddi cəhətdən çətinlik çəkir. Cavabdeh isə heç bir maddi dəstək olmur və xərcləri qarşımağa köməklik göstərmir. Qanunvericiliyin tələbinə uyğun olaraq ilk növbədə alimentin və xərclərin ödənilməsi barədə cavadehə təklif göndərmişdir. Cavabdeh təklifə hər hansı münasibət bildirilmədiyi üçün mediasiya xidmətinə müraciət etmişdir. Lakin cavabdehlə mediyasiya mərhələsində razılığa gəlinmədiyi üçün mediasiya prosesinə xitam verilmişdir. Hazırda o, uşağın maddi ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Cavabdeh isə bu tələbatları qarşılamadığı üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən birgə nikahlarından olan 04 mart 2021-ci təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin, eyni zamanda birgə nikahdan olan uşaqları 3 yaşına çatanadək 100 manat əlavə xərclərin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə baxış iclasına gəlməmişdir. Lakin o, xx.xx.2023-cü il tarixdə məhkəməyə elektron ərizə göndərərək bildirmişdir ki, himayəsində azyaşlı uşağı olduğu üçün məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcək. İşə onun iştirakı olmadan baxılmasını iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, o, İddiaçı ilə 16 aprel 2021-ci ildə rəsmi qaydada nikah bağlamaqla ailə qurmuşdur. Onların birgə nikahlarından 04 mart 2022-ci il təvəllüdlü X7 adlı bir övladları anadan olmuşdur. Onlar ailə qurduqdan sonra bir müddət səmimi yaşasalar da, sonradan münasibətləri pozulmuş, faktiki olaraq ayrılmışlar. Lakin aralarında bağlanmış nikahları pozulmamışdır. Onlar halhazırda ayrı yaşayırlar. Bildirmişdir ki, o, sürücü işləyir, onun aylıq qazancı 400 manatdır. Ayda 200 manat aliment ödəyə bilər. Lakin Cavabdeh məhkəmə baxışı iclasında iştirak edərkən izahatında 200 manat alimenti ödəyə bilməsi ilə bağlı bildirdiklərinin nəzərə alınmamasını xahiş etmişdir. Bildirmişdir ki, iddianı qismən qəbul edir. Onun maddi imkanı aşağıdır. Ancaq ayda 100 manat aliment ödəyə bilər. Cavabdeh məhkəməyə bununla bağlı ərizə təqdim etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 16 aprel 2021-ci il tarixli, AZ-İİ 421769 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 arasında 16 aprel 2021-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada İsrafilova soyadı verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 12 mart 2022-ci il tarixli, AZ-İV 692789 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 04 mart 2022-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 15 oktyabr 2022-ci il tarixli MŞŞ/1/01235 nömrəli X3 İştirak Edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 15 oktyabr 2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulan X3 iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh X3 iştirak etməmişdir. Məhkəmə iclasında cavabdehin izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, iddiaçı X2 16 aprel 2021-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Onların birgə nikahlarından 04 mart 2022-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmişdir. Bu səbəbdən iddiaçı cavabdehdən ayrılmış, birgə nikahlarından olan uşaqlarını da özü ilə apararaq getmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə iddianı qismən qəbul edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə uşağın saxlanılmaları üçün zəruri tələbatı, iddiaçının uşağın saxlanılmaları üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 04 mart 2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra keçmiş ərindən (arvadın) aliment almaq hüququ vardır. Göründüyü kimi iddiaçı cavabdehin şərh olunan maddələr üzrə zəruri vəsaitə malik olması ilə bağlı hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Bütün yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, 04 mart 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment cavabdehdən tutulub iddiaçıya verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə iddia ərizəsi verdiyi vaxtdan, yəni 21 dekabr 2022-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 04 mart 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 21 dekabr 2022-ci il tarixdən hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar