Məhkəmə qərarları › İş №e-2(075)-474/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-474/2023

13.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-474/2023 13.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından olan 18 iyul 2006-cı il təvəllüdlü X7, 12 fevral 2008-ci il təvəllüdlü X13 və 09 noyabr 2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 220 manat olmaqla üç uşaq üçün cəmi 660 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, Cavabdeh ilə 05 mart 2008-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Birgə nikahlarından 18 iyul 2006-cı il təvəllüdlü X14, 12 fevral 2008-ci il təvəllüdlü X13 və 09 noyabr 2009-cu il təvəllüdlü X15 adlı üç övladları dünyaya gəlmişdir. Cavabdeh ilə ilk vaxtlar səmimi ailə münasibətlərində mehriban yaşasalar da, sonradan cavabdehin ailənin problemlərinə laqeyd yanaşması və ailələri ilə maraqlanmaması səbəbindən münasibətləri pozulmuşdur. Bundan sonra o, nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 20 aprel 2015-ci il tarixli, 2(075)-194/2015 nömrəli qətnaməsi ilə nikahları pozulmuş və birgə nikahlarından olan övladları onun himayəsində saxlanılmışdır. Nikahları pozularkən Cavabdeh birgə nikahlarından olan övladlarına düşən aliment pulunu ödəyəcəyinə və uşaqlarının saxlanılmasında köməklik göstərəcəyinə söz verdiyindən o, məhkəmə qaydasında aliment tələb etməmişdir. Lakin, nikahları pozulduqdan sonra cavabdeh uşaqları ilə maraqlanmamış, uşaqların saxlanılmasında ona heç bir maddi köməklik göstərməmişdir. Bildirmişdir ki, cavabdehlə birgə nikahlarından olan böyük övladları 18 iyul 2006-cı il təvəllüdlü X7 anadan gəlmə fiziki qüsuru var. Onun bir gözünün görmə qabiliyyəti yoxdur, həmçinin hər iki ayağında problem olduğundan daima protezlə hərəkət edir. X2 o, böyük əziyyətlə böyüdür. Cavabdeh heç bir maddi və mənəvi dəstək göstərmir. Cavabdeh fərdi təsərrüfatla məşğul olmaqla kifayət qədər yaxşı qazanca malikdir. Cavabdehin 1 ha fındıq bağı var. Bildiyi qədər cavabdeh işləyir, maddi imkanı da yaxşıdır. Uşaqların saxlanılmasında və onların maddi təminatlarının ödənilməsində çətinliklər çəkir. Özü heç bir yerdə işləmir. Göründüyü kimi uşaqların saxlanılması yükü onun üzərindədir. Təkbaşına uşaqların pal-paltarlarının, sağlamlığının və maddi təminatlarının qeydinə qalmaqda çətinlik çəkir. Uşaqlar böyüdükcə tələbatları gün-gündən daha da artır. Lakin cavabdeh uşaqların saxlanılmasında ona heç bir köməklik göstərmir. Yaranmış mübahisənin məhkəmədən kənar qaydasında həll olunması üçün, o, ilk növbədə mediyasiyanın keçirilməsi haqqında təklifi cavabdehə göndərmişdir. Lakin o, buna dair hər hansı bir cavab verməmişdir. Bundan sonra mediasiya prosesinin keçirilməsi üçün Şəki mediasiya təşkilatına müraciət etmişdir. Lakin cavabdeh 17 oktyabr 2022-ci il tarixdə keçirilən mediasiya prosesində aralarındakı mübahisə öz həllini tapmamışdır. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etimişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 12 mart 2007-ci il tarixli, AZ-İ 895022 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 18 iyul 2006-cı il təvəllüdlü X7 atası Cavabdeh, anası İddiaçıdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 02 aprel 2008-ci il tarixli, AZ-İİ 075426 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 12 fevral 2008-ci il təvəllüdlü X9 atası Cavabdeh, anası X10r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 12 avqust 2011-ci il tarixli, AZ-İİ 716610 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 09 noyabr 2009-cu il təvəllüdlü X8 atası Cavabdeh, anası X10r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 20 aprel 2015-ci il tarixli, 2(075)-194/2015 nömrəli qətnaməsindən görünür ki, X12 ilə Cavabdeh arasında 05 mart 2008-ci il tarixdə Şəki şəhər İHB-nin Biləcik kənd İcra Nümayəndəliyində bağlanmış 06 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan 18 iyul 2006-cı il təvəllüdlü X14, 12 fevral 2008-ci il təvəllüdlü X13 və 09 noyabr 2009-cu il təvəllüdlü X8 anaları X6 himayəsində saxlanılmaları qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 17 oktyabr 2022-ci il tarixli MŞŞ/1/01367 nömrəli X3 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh və X12 17 oktyabr 2022-ci il tarixində 09:00-11:00 saatlarında keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər X3 sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. X5 keçirilməsi üçün 50 (əlli) manat mediasiya xərcini X12 ödəmişdir. Məhkəmə iclasında iddiaçının izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı 05 mart 2008-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Onların birgə nikahlarından 18 iyul 2006-cı il təvəllüdlü X14, 12 fevral 2008-ci il təvəllüdlü X13 və 09 noyabr 2009-cu il təvəllüdlü X15 adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmişdir. Şəki Rayon Məhkəməsinin 20 aprel 2015-ci il tarixli, 2(075)-194/2015 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahdan olan uşaqları analar, yəni İddiaçı himayəsində saxlanılmışdır, lakin iddiaçı həmin vaxt Cavabdeh aliment tələb etməmişdir. Hal-hazırda isə iddiaçı uşaqların saxlanılmasında çətinlik çəlkdiyini bildirərək, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə məhkəmə iclasına gəlməməklə iddiaya hər hansı münasibət bildirməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə uşaqların saxlanılmaları üçün zəruri tələbatı, iddiaçının uşaqlarnın saxlanılmaları üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 18 iyul 2006-cı il təvəllüdlü X14, 12 fevral 2008-ci il təvəllüdlü X13 və 09 noyabr 2009cu il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Bütün yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, 18 iyul 2006-cı il təvəllüdlü X14, 12 fevral 2008-ci il təvəllüdlü X13 və 09 noyabr 2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment cavabdehdən tutulub iddiaçıya verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə iddia ərizəsi verdiyi vaxtdan, yəni 13 yanvar 2023-cü il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 18 iyul 2006-cı il təvəllüdlü X14, 12 fevral 2008-ci il təvəllüdlü X13 və 09 noyabr 2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 13 yanvar 2023-cü il tarixdən hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar