Məhkəmə qərarları › İş №e-2(075)-527/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-527/2025

21.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-527/2025 21.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı «İnci Group of Companies” QSC-nin etibarnamə üzrə nümayəndəsi X4, Cavabdeh iştirakları ilə, İddiaçı «İnci Group of Companies” QSC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı «İnci Group of Companies” QSC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC-də bölgə müdrü vəzifəsində çalışmış cavadeh Cavabdeh vurmuş olduğu ziyan üzrə 33311 manat məbləğində maddi ziyanın və ödənilmiş, 60 manat mediasiya xərci və 189.94 manat dövlət rüsumu ödənişinin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini, eyni zamanda cavabdeh, proses iştirakçıları olan Cavabdeh əməlində cinayətin əlamətlərini aşkar olduğuna görə Əmək Məcəlləsinin 206 və MPM-nin 265.4-cü bəndinə əsasən Şəki rayon məhkəməsi tərəfindən QSC-yə ziyanın vurulması ilə işçilərin hərəkət və ya hərəkətsizliyi nəticəsində cinayət tərkibi yarandığına görə məhkəmə tərəfindən cinayət işi başlayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada istintaqın aparılmasının və ziyanın ödənilməsinin təmin olunması üçün müvafiq prosessual tədbirlər görürməsi və CPM-179-cu maddəsi əsasında cinayət işinin qaldırılması üçün bu barədə xüsusi qərardad çıxarmaqla Şəki rayon prokurora xəbər verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılan zaman iddiaçı «İnci Group of Companies” QSC xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, dəymiş maddi ziyana görə 27857 (iyirmi yeddi min səkkiz yüz əlli yeddi) manatın tutulub ona ödənilməsinə, işi üzrə ödənilmiş 60 (altmış) manat mediasiya xərci və 189.94 (yüz səksən doqquz manat doxsan dörd qəpik) dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin azaldılamsı barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC-də satış təmsilçisi sonra isə bölgə müdrü vəzifəsinə yüksələrək işləmişdir Bununla bağlı cavabdehlə İddiaçı QSC arasında əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında fərdi müqavilə bağlanmışdır. Cavabdeh işlədiyi müddət ərizəndə ayrı-ayrı şəxslərin adına mal yazaraq həmin malları müştərilərə verməmişdir. Başqa başqa şəxslərə sataraq malların pulunun yarısını cəmiyyətə ödəmiş yarısını isə mənimsəmişdir. Cavabdeh tərəfindən adına mal yazılmış müştərilərdən bir neçəsi aşkar edilmişdir. Həmin müştərilər ilə cəmiyyətin audit şöbəsinin əməkdaşları görüşmüş və onlarla təhvil təslim aktı imzalanmışdır. Təhvil təslim aktlarına əsasən cavabdehin borcu olması aşkar edilmişdir. Dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq vurmuş olduğu ziyanın ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Bununla Bağlı VDT Audit Şirkəti tərəfindən araşdırılma aparılaraq cavadehin qanunsuz əməllərinə əsasən iddiaçıya 33311,00 (otuz üç min üç yüz on bir) manat məbləğində maddi ziyan dəymişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları; Məhkəmə iclasında iddiaçı «İnci Group of Companies” QSC-nin etibarnamə üzrə nümayəndəsi X5 izahatında bildirdi ki, iddianı müdafiə edir. Cavabdeh İddiaçı QSC-də satış təmsilçisi sonra isə bölgə müdiri vəzifəsinə yüksələrək işləmişdir. Cavabdeh işlədiyi müddət ərizəndə ayrı-ayrı şəxslərin adına mal yazaraq həmin malları müştərilərə verməmişdir. Başqa başqa şəxslərə sataraq malların pulunun yarısını cəmiyyətə ödəmiş yarısını isə mənimsəmişdir. Cavabdeh tərəfindən adına mal yazılmış müştərilərdən bir neçəsi aşkar edilmişdir. Həmin müştərilər ilə cəmiyyətin audit şöbəsinin əməkdaşları görüşmüş və onlarla təhvil-təslim aktı imzalanmışdır. Təhvil təslim aktlarına əsasən cavabdehin borcu olması aşkar edilmişdir. Dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq vurmuş olduğu ziyanın ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Bununla Bağlı VDT Audit Şirkəti tərəfindən araşdırılma aparılaraq cavadehin qanunsuz əməllərinə əsasən iddiaçıya 33311,00 (otuz üç min üç yüz on bir) manat məbləğində maddi ziyan dəymişdir Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, o, İddiaçı QSCdə bölgə müdiri vəzifəsində işləmişdir. İddia tələbini qəbul edir. İşin halları; Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli “Tam maddi məsuliyyət haqqında fərdi” müqavilədən görünür ki, Cavabdeh özünün günahı üzündən işəgötürənə dəyən zərərin məsuliyyətini şəxs özü daşıyır. İddiaçı QSC tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 158ç nömrəli əmrindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin "ç" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.2024-cü il tarixli “VDT Audit” tərəfindən verilmiş rəydən götünür ki, Cavabdeh vəzifə öhdəliklərinin icrası zamanı İddiaçı QSC-dən mənimsədiyi 33311 manat təşkil edir. İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh mənimsədiyi vəsaiti qaytaracağı barədə söz versə də, həmin vəsaiti qaytarmamış, bu səbəbdən də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2024-cü il tarixli MŞŞ/MT018/2024-02287 nömrəli ilkin X2 Edilməməsi barədə arayışdan görünür ki, İddiaçı QSC-nin nümayəndəsi X1 xx.xx.2024-cü il, saat 10:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin X2 etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci İddiaçı QSC tərəfindən ödənilmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndinə əsasən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. 11-ci maddəsinin “e” bəndinə əsasən işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək işəgötürənin əsas hüquqlarındandır. 192-ci maddəsinin 1-ci bəndinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 192-ci maddəsinin 2-ci bəndinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 194-cü maddəsinin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 196-cı maddəsinə əsasən bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. 296-cı maddənin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Məhkəmənin mövqeyi; Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı QSC-də satış təmsilçisi sonra isə bölgə müdrü vəzifəsinə yüksələrək işləmişdir Bununla bağlı cavabdehlə İddiaçı QSC arasında əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında fərdi müqavilə bağlanmışdır. Cavabdeh işlədiyi müddət ərizəndə ayrı-ayrı şəxslərin adına mal yazaraq həmin malları müştərilərə verməmişdir. Başqa başqa şəxslərə sataraq malların pulunun yarısını cəmiyyətə ödəmiş yarısını isə mənimsəmişdir. Cavabdeh tərəfindən adına mal yazılmış müştərilərdən bir neçəsi aşkar edilmişdir. Həmin müştərilər ilə cəmiyyətin audit şöbəsinin əməkdaşları görüşmüş və onlarla təhvil təslim aktı imzalanmışdır. Təhvil təslim aktlarına əsasən cavabdehin borcu olması aşkar edilmişdir. Dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq vurmuş olduğu ziyanın ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Bununla Bağlı VDT Audit Şirkəti tərəfindən araşdırılma aparılaraq cavadehin qanunsuz əməllərinə əsasən iddiaçıya 33311,00 (otuz üç min üç yüz on bir) manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbinin hüquqi əsasını mülki hüquq pozuntusu təşkil etdiyindən bununla bağlı mülki qanunvericiliyin maddi hüquq normaları tətbiq olunmaqla mübahisə həll olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud tələbin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya qarşı mülki hüquq pozuntusu törətməsi işin mübahisəsiz halıdır. Cavabdeh özü də məhkəmə iclasında verdiyi izahatında iddia tələbində qeyd edilən məbləği qəbul edir. Eyni zamanda iddiaçının cavabdehə qarşı mövcud tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ da yaranmışdır. Bu baxımdan məhkəmə prosessual qənaət prinsipindən istifadə edərək həmin məsələlərlə bağlı hüquqi dəyərləndirmə aparılmasını lazım bilmir. Lakin iddianın vurulmuş maddi zərərlə bağlı hissəsi ilə bağlı məhkəmənin qənaəti ondan ibarətdir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh dəymiş maddi ziyana görə 27857 (iyirmi yeddi min səkkiz yüz əlli yeddi) manat, işi üzrə ödənilmiş 60 (altmış) manat mediasiya xərci və 189.94 (yüz səksən doqquz manat doxsan dörd qəpik) dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı «İnci Group of Companies” QSCya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 27857 (iyirmi yeddi min səkkiz yüz əlli yeddi) manat, işi üzrə ödənilmiş 60 (altmış) manat mediasiya xərci və 189.94 (yüz səksən doqquz manat doxsan dörd qəpik) dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı «İnci Group of Companies” QSCna ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elşən Vəliyev Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ Şəki Rayon Məhkəməsi Şəki şəhəri İş № 2(075)-527/2025 xx.xx.2025-ci il Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı «İnci Group of Companies” QSC-nin etibarnamə üzrə nümayəndəsi X4, Cavabdeh iştirakları ilə, İddiaçı «İnci Group of Companies” QSC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 27857 (iyirmi yeddi min səkkiz yüz əlli yeddi) manat, işi üzrə ödənilmiş 60 (altmış) manat mediasiya xərci və 189.94 (yüz səksən doqquz manat doxsan dörd qəpik) dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı «İnci Group of Companies” QSCna ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar