Məhkəmə qərarları › İş №e-2(075)-609/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-609/2023

29.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-609/2023 29.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 hər ay hər uşaq üşün 193 (bir yüz doxsan üç) manat olmaqla cəmi 386 (üç yüz səksən üç) manat alimentin tutularaq 28 avqust 2009-ci il təvəllüdlü X7 və 19 iyul 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsinə və alimentin tutulma müddətinin mediasiyaya müraciət edilmə tarixindən hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəməyə gəlməmişdir. Lakin İddiaçı məhkəməyə 26 mart 2023-cü il tarixdə ərizə göndərərək, məhkəmə iclasının iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı X3 ilə 25 avqust 2007-ci il tarixdə Şəki şəhər VVADQ şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 28 avqust 2009-ci il tarixdə X7 və 19 iyul 2011-ci il tarixdə X8 adlı iki övladları anadan olmuşdur. Bir müddət mehriban yaşasalar da sonradan münasibətləri pozulmuşdur. Şəki Rayon Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli 2(075)- 7618/2016 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, onların aralarındakı razılaşmaya əsasən birgə nikahdan olan uşaqları 28 avqust 2009-ci il təvəllüdlü X7 və 19 iyul 2011-ci il təvəllüdlü X8 İddiaçı himayəsində saxlanılmışlar. Lakin həmin vaxtdan X3 birgə nikahdan olan övladlarının saxlanılması üçün iddiaçıya heç bir yardım etmir. Ona görə də İddiaçı aliment tələbi ilə bağlı Mediasiya Şurasina müraciət etmək məcburiyyətində qalmışdır. Lakin cavabdeh X3 mediasiya sessiyasına dəvət edilməsinə baxmayaraq mediasiya sessiyasına gəlməmiş və ona görə də mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. Buna görə də İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən 14 yanvar 2017-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X3 və İddiaçı arasında 13 yanvar 2017-ci il tarixdə bağlanmış nikah 11 nömrə ilə qeydə alınmışdır. İşdə olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, 28 avqust 2008-ci il təvəllüdlü X4 və 19 iyul 2011-ci il təvəllüdlü X5 ataları İddiaçı, anası isə X2r. İşdə olan Şəki Rayon Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli, 2(075)-7618/2016 saylı qətnamədən görünür ki, X3 ilə İddiaçı arasında Şəki şəhər VVADQ Şöbəsində bağlanmış 25 avqust 2007-ci il tarixli 289 nömrəli nikahın pozulması qət edilmişdir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 08 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya xərci olan 50 manat tərəfindən ödənilmişdir. Göründüyü kimi İddiaçı 14 yanvar 2017-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Onların birgə nikahlarından 28 avqust 2008-ci il təvəllüdlü X4 və 19 iyul 2011-ci il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmişdir. Şəki Rayon Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli, 2(075)-7618/2016 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə uşaqların saxlanılması üçün zəruri tələbatı, İddiaçı uşağın saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 28 avqust 2008-ci il təvəllüdlü X4 və 19 iyul 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 28 avqust 2008-ci il təvəllüdlü X4 və 19 iyul 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni 02 fevral 2023-cü il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh 56 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 28 avqust 2008-ci il təvəllüdlü X4 və 19 iyul 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 150 manat olmaqla, cəmi 300 manat məbləğində manat aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 02 fevral 2023-cü il tarixdən hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilsin. Cavabdeh 56 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar