Məhkəmə qərarları › İş №e-2(075)-625/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-625/2024

19.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-625/2024 19.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb olunması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 1540 manat məbləğində pulun və ödənilmiş 35.40 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bağlanmış 09 may 2022-ci il tarixli ALY-534 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən 02 avqust 2021-ci il tarixli ALY-534 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinizə götürmüş və “Ravon R4” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Şəki rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli e-2(075)-1112/2023 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası təmin edilərək cavabdehdən ümumilikdə 6515.43 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Ravon R4” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X6 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 1540 manat məbləğində ödəniş edilmişdir. Göstərilənləri nəzərə alaraq hesab edirik ki, iddiaları qanuni və əsaslı olduğundan təmin edilməlidir. Mülkiyyət hüququ ilə "xxxx" MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəflərindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X5 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. İddiaçı MMC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Lakin İddiaçı MMC 15 mart 2023-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılması, iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 02 avqust 2021-ci il tarixli, ALY-534 saylı daxili lizinq müqaviləsindən görünür ki, müqavilə əsasında X3 İddiaçı MMC-dən 4000 manat məbləğdə lizinq ödənişi etməklə, 42 ay müddətinə illik 23 % olmaqla 16900 manat məbləğində avtomobil almışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 02 avqust 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC və X3 İddiaçı MMC-nin mülkiyyətində olan “Ravon R4 LT” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimini aparmışlar. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 30 iyul 2020-ci il tarixli, AD N 860281 seriya nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, buraxılış ili 2020-ci il olan “Ravon R4 LT” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı minik avtomobili "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş elektron portaldan edilmiş çıxarışdan görünür ki, Cavabdeh 03 fevral 2022-ci il tarixli, EQ 10674253 saylı protokola görə 9 manat, 09 iyun 2022-ci il tarixli, EQ 10674271 saylı protokola görə 36 manat, 18 avqust 2022-ci il tarixli, EQ 11113443 saylı protokola görə 45 manat; 25 avsuqt 2022-ci il tarixli, EQ 11113451 saylı protokola görə 36 manat, 29 avqust 2022-ci il tarixli, EQ 11157654 saylı protokola görə 9 manat, 01 sentyabr 2022-ci il tarixli, EQ 11196279 saylı protokola görə 36 manat, 04 sentyabr 2022-ci il tarixli, EQ 11445461 saylı protokola görə 36 manat, 08 sentyabr 2022-ci il tarixli, EQ 11445466 saylı protokola görə 45 manat, 30 sentyabr 2022-ci il tarixli, EQ 11553711 saylı protokola görə 45 manat, 20 oktyabr 2022-ci il tarixli, İXP ******* saylı protokola görə 64 manat, 21 oktyabr 2022-ci il tarixli, EQ 12101709 saylı protokola görə 9 manat, 26 oktyabr 2022-ci il tarixli, EQ 12101712 saylı protokola görə 45 manat, 30 oktyabr 2022-ci il tarixli, EQ 12101710 saylı protokola görə 9 manat, 12 noyabr 2022-ci il tarixli, EQ 12307613 saylı protokola görə 9 manat, 15 noyabr 2022-ci il tarixli,İXP ******* saylı protokola görə 32 manat, 18 noyabr 2022-ci il tarixli, EQ 12307614 saylı protokola görə 36 manat, 18 noyabr 2022-ci il tarixli, EQ 12307619 saylı protokola görə 45 manat, 18 noyabr 2022-ci il tarixli, EQ 12307617 saylı protokola görə 18 manat, 21 noyabr 2022-ci il tarixli, EQ 12307624 saylı protokola görə 18 manat, 22 noyabr 2022-ci il tarixli, İXP ******* saylı protokola görə 64 manat, 13 dekabr 2022-ci il tarixli, EQ 12572479 saylı protokola görə 36 manat, 14 dekabr 2022-ci il tarixli, EQ 12572477 saylı protokola görə 9 manat, 16 dekabr 2022-ci il tarixli, EQ 12572476 saylı protokola görə 45 manat, 23 dekabr 2022-ci il tarixli, İXP ******* saylı protokola görə 64 manat, 23 dekabr 2022-ci il tarixli, EQ 12581787 saylı protokola görə 36 manat, 25 dekabr 2022-ci il tarixli, İXP ******* saylı protokola görə 64 manat27 dekabr 2022-ci il tarixli, İXP ******* saylı protokola görə 640 manat, ümumilikdə 1540 manat məbləğində cərimə edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 2 (075)-1112/2023 saylı, 14 avqust 2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı MMC ilə bağlanmış 02 avqust 2021-ci il tarixli ALY-534 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 02 avqust 2021-ci il tarixli ALY-534 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 may 2023-cü il tarixə 1426.96 manat gecikdirilmiş əsas borc, 822.60 manat gecikdirilmiş mükafat, 100 manat dəbbə pulu və lizinq obyekti olan avtomobilə 4075 manat dəymiş zərər olmaqla, cəmi 6424,56 manat borcun və ödənilmiş 90.87 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nə ödənilməsi qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 09 may 2022-ci il tarixli ALY-534 saylı öhdəliklərin ötürülməsi haqqında müqaviləyə 2 saylı əlavədən görünür ki, lizinq obyekti olan “Ravon R4 LT” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq alana təhvil verildikdən sonra avtomobil təhvil verilənədək və həmçinin lizinq alanın istifadəsində olduğu bütün müddət ərzində avtomobildən istifadə nəticəsində törədilmiş inzibati xətaya görə tətbiq ediləcək inzibati cərimələri ödəməyi lizinq alan öz üzərinə götürür. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 09 may 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, X3 və Cavabdeh X1 istifadəsinə verilmiş saz vəziyyətdə olan və İddiaçı MMC-nin mülkiyyətində olan “Ravon R4 LT” markalı, **-PX- *** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimini aparmışlar. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş xx.xx.2023cü il tarixli ********** nömrəli, 01 dekabr 2023-cü il tarixli **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, ********** nömrəli mədaxil qəbzlərində görünür ki, ümumilikdə 1540 manat məbləğində pul "xxxx" MMC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin “zərərvurmuş şəxsə qarşı reqress hüququ” adlanan 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məhkəmə iclası və işin təhlili zamanı müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02 avqust 2021-ci il tarixli, ALY-534 saylı daxili lizinq müqaviləsinə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan “Ravon R4 LT” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı minik avtomobil Cavabdeh istifadəsinə verilmişdir. Belə ki, “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə müqavilə üzrə lizinq obyekti olan “Ravon R4 LT” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edildiyi müddət ərzində inzibati xəta ilə əlaqədar cavabdeh Azərbaycan Respublikası X6i tərəfindən inzibati qaydada cərimələnmiş və həmin inzibati xətalara görə 03 fevral 2022-ci il tarixli, EQ 10674253 saylı, 09 iyun 2022-ci il tarixli, EQ 10674271 saylı, 18 avqust 2022-ci il tarixli, EQ 11113443 saylı, 25 avsuqt 2022-ci il tarixli, EQ 11113451 saylı, 29 avqust 2022-ci il tarixli, EQ 11157654 saylı, 01 sentyabr 2022-ci il tarixli, EQ 11196279 saylı, 04 sentyabr 2022-ci il tarixli, EQ 11445461 saylı, 08 sentyabr 2022-ci il tarixli, EQ 11445466 saylı, 30 sentyabr 2022-ci il tarixli, EQ 11553711 saylı, 20 oktyabr 2022-ci il tarixli, İXP ******* saylı, 21 oktyabr 2022-ci il tarixli, EQ 12101709 saylı, 26 oktyabr 2022-ci il tarixli, EQ 12101712 saylı, 30 oktyabr 2022-ci il tarixli, EQ 12101710 saylı, 12 noyabr 2022-ci il tarixli, EQ 12307613 saylı, 15 noyabr 2022-ci il tarixli,İXP ******* saylı, 18 noyabr 2022-ci il tarixli, EQ 12307614 saylı, 18 noyabr 2022-ci il tarixli, EQ 12307619 saylı, 18 noyabr 2022-ci il tarixli, EQ 12307617 saylı, 21 noyabr 2022-ci il tarixli, EQ 12307624 saylı, 22 noyabr 2022-ci il tarixli, İXP ******* saylı, 13 dekabr 2022-ci il tarixli, EQ 12572479 saylı, 14 dekabr 2022-ci il tarixli, EQ 12572477 saylı, 16 dekabr 2022-ci il tarixli, EQ 12572476 saylı, 23 dekabr 2022-ci il tarixli, İXP ******* saylı, 23 dekabr 2022-ci il tarixli, EQ 12581787 saylı, 25 dekabr 2022-ci il tarixli, İXP ******* saylı, 27 dekabr 2022-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilmişdir. Lakin Cavabdeh tərəfindən inzibati xəta haqqında protokolara görə yazılmış 1540 manat məbləğində pul ödənilmədiyindən nəqliyyat vasitəsinin sahibi "xxxx" MMC tərəfindən həmin məbləğ ödənilmişdir. Bu səbəbdən 1540 manat məbləğində pulun tələb olunması ilə bağlı iddia tələbi əsaslıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunaraq Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 1540 manat məbləğində pul və ödənilmiş 35.40 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 1540 manat məbləğində pul və ödənilmiş 35.40 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar