Məhkəmə qərarları › İş №e-2(075)-66/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-66/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-66/2023 10.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, X12 qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, X3, X2, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı nisyə alqı-satqısı müqavilələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1, X3, X2, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli Daşınmza əmlakın nisiyə alqı-satqısı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Sonradan iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 məhkəməyə iddia tələbinin artırılması barədə ərizə göndərərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-2664 saylı və 12 sentyabr 2016-cu il tarixli 4Ə-2665 saylı Daşınmza əmlakın nisiyə alqı-satqısı müqavilələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin artırılması barədə ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı1, X3, X2, İddiaçı2 və İddiaçı3 məhkəmə iclasına gəlməmişlər. Lakin iddiaçı olmaqla digər iddiaçıların etibarnamə üzrə nümayəndəsi İddiaçı1 məhkəməyə 09 yanvar 2023-cü il tarixdə teleqram göndərərək, xəst olduğu üçün məhkəmədə iştirak edə bilməycəyini bildirmiş və nisyə alqı-satqısı müqaviləsinin onun iştiakı olmadan ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı olmaqla digər iddiaçıların etibarnamə üzrə nümayəndəsi İddiaçı1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onlara torpaq islahat aparılan zaman keçmiş Samux Rayon Aqrar İslahat Komissiyası tərəfindən Samux Rayonu Sərkar kənd ərazisi hissəsində olmaqla, yəni 0.6279 ha və 1.5695 ha əkinə yararlı torpaq sahəsi xüsüsi mülkiyyətə verilmişdir. Onlar maldarlıqla məşğul olmaq niyyətinə düşmüşlər. Bu məqsədlə 2019-cu ildə X7 ilə öz aralarında sövdələşmə aparmışlar. Sövdələşmə zamanı razılığa gəlmişlər ki, Natiq Məhərrəmova 30000 manat pul veriləcək, əvəzində ondan 200 baş xırda buynuzlu malqara alınacaq və əlavə olaraq malqara saxlamaq üçün 30 ha torpaq sahəsi icarəyə götürüləcək. Nəticədə pul vəsaitləri olmadığı üçün xüsusi mülkiyyətdə olan torpaq sahələrinin satılması üçün alıcı gəzmişlər. ünvan 1 ünvanda yaşayan Cavabdeh onların iki hissədə olan 2.1971 (0.6276+1.5695) ha torpaq sahəsini 29000 manata almaq istədiyini bildirmişdir. Onlar onunla razılaşmış, Gəncə "ASAN xidmət " mərkəzinin notariat ofisində 12 sentyabr 2019-cu il tarixdə hər iki torpaq sahəsinin hər birinə Daşınmaz Əmlakın nisyə alqı-satqısı müqaviləsi bağlamışlar. Hər iki müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 1000 manat pulu İddiaçı1 notarius tərəfindən bankda açılan depozit hesaba ödəyir. Hər bir müqavilə üzrə yerdə qalan 13500 manat, yəni ümumilikdə 27000 manat pulu xx.xx.2021-ci il tarixə kimi bankda acılan depozit hesaba ödəməyi alıcı öhdəsinə götürür. Lakin alıcı tərəf ödənişi xx.xx.2021-ci il tarixə kimi ödəməmişdir. Nəticədə Gəncə "Asan xidmətinin notarius ofisində xx.xx.2021-ci il tarixdə hər iki müqavilənin 5-ci bəndə nəzərdə tutulmuş ödəniş müddəti xx.xx.2022-ci il tarixə kimi ödənilməsi barədə alqı-satqısı müqaviləsinə dəyişiklik edilərək saziş bağlamışlar. X1 alıcıya bir daha izah etmiş ki, ödənişi depozit hesab vasitəsi ilə həyata keçirməlidir. Alıcı bir daha müqavilənin şərtlərin əməl edəcəyinə vəd vermişdir. Alıcı Cavabdeh xx.xx.2019cu il tarixdə bağlanmış Daşınmaz Əmlakın nisyə Alqı-satqısı müqavilələrin şərtlərinə və xx.xx.2021-ci tarixdə bağlanmış sazişin tələbinə əməl etməmişdir. O, ilkin ödənişdən başqa bankda olan depozit hesaba heç bir pul vəsaiti ödəməmişdir və bu barədə müvafiq arayış alınmışdır. Cavabdeh bir alıcı kimi müqavilələrin şərtlərinə və verdiyi vədə əməl etmir. Ondan ödəniş tələb etdikdə hədə-qorxu gəlir. Ona ödəniş barədə rəsmi poçt vasitəsi ilə müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. O, ona pretenziya məktubu vermişdir. Həmin məktubda aydın görünür ki, alıcı müqavilə şərtinə əməl etməmişdir. Bundan əlavə pretenziya məktubunda imza tarixini xx.xx.2022- ci il yazılmışdır və həmin tarixə hələ 10 ay vardır. Bu səbəbdən həmin pretenziya müqavilə şərtinə ziddir və heç bir hüquqi əhəmiyyəti yoxdur. Alıcı Cavabdeh ödənişdən yayınmaq məqsədilə müqavilə şərtinə əməl etmir. Belə ki, o, ödənişi bankda olan depozit hesaba ödəmək əvəzinə 2021-ci ilin aprel ayında İddiaçı2, X4 və İddiaçı3 hər birinə 100 manat olmaqla cəmi 3000 manat ödəniş etmişdir. Bundan başqa alıcı heç bir ödəniş etməmişdir. Bununla alıcı müqavilənin 5-ci bəndinin tələblərinə əməl etməmişdir. Onlar tərəfindən Daşınmaz əmlakın nisyə alqısatqısı müqaviləsində bir satıcı kimi nəzərdə tutulmuş bütün bəndlərə əməl etmişlər. Satıcılar tərəfindən müqavilələrin heç bir bəndinin tələbi pozulmamışdır. Lakin alıcı tərəfin müqavilənin şərtləri pozulmuşdur və bankda olan depozit hesaba heçbir ödəniş edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəllki məhkəmə iclasında iddiaçı olmaqla digər iddiaçıların etibarnamə üzrə nümayəndəsi İddiaçı1 izahat verərək bildirdi ki, qonşusu onun və ailə üzvlərinin mülkiyyətlərində olan evi satacağını bilib, həmin evi ona satmağını xahiş etmişdir. Həmin torpağı 30.000 manat satacağını bildirmiş və onlar öz aralarında razılaşmışlar. Ona Asan xidmətə gedib müqavilə bağlamasını istəmişdir. Onlar orada 2 illik nisyə alqı-satqısı müqaviləsi bağlanmışdır. Cavabdeh orada həmin günü depozitə 2000 manat pul qoymuşdur. Qalan pulu isə hissə-hissə ödəyəcəyini bldirmişdir. Bir il tamam oldu, lakin o heç bir ödəniş etməmişdir. Poçt vasitəsi ilə o uşaqların adına 3000 manat pul göndərmişdir. Sonra yenidən zəng etdi ki, 10.000 manat pul göndərəcək. O ondan həmkin pulu depozitə qoymağını istəmişdir. Lakin o özü gəlmədən pulu verməyəcəyini bildirmişdir. Sonradan o yenidən ona möhlət verməyni istəmişdir. O ona 3 ay müddətinə möhlət vermişdir. Lakin o yenidən öz üzərinə düşən öhdəlikləri icra etməmişdir. Məhkəmədən idianın təmin olunaraq müqavilənin ləğv olunmaını xahiş etmişdir. Hzırda cavabdeh tərəfindən pul məbləğinin ödənilməsini qəbul etmir. İddianın təmin edilməsini xahiş etmişdir. Əvvəllki məhkəmə iclasında iddiaçı X3 iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 məhkəmə iclasında verdiyi izahata uyğun izahat verərək onun dediklərini təsdiq etmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəllki məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, İddiaçı1 onun qonşusu olmuş, Vədadil Qarayevin özünə və ailə üzvlərinə məxsus torpaq sahəsini satmaq istədiyini bilmiş, həmin torpaq sahəsi almaq üçün ona müraciət etmiş, qarşılıqlı razılıq əsasında 29000 manata Vədadil Qarayevə və onun ailə üzvlərinə məxsus 2 hissədən ibarət torpaq sahəsni ona nisiyyə şəkildə satılmasını razılaşdırmışlar. Bununla bağlı 12 sentyabr 2019-cu il tarixdə Gəncə “ASAN Xidmət” Mərkəzində notariat ofisinə müraciət etmişlər. Vədadil Qarayev ə onun ailə üzvləri ilə onun arasında həmin tarixdə 4Ə- 2665 saylı, Vədadil Qaraevlə onun arasında isə həmin tarixdə 4Ə-2664 saylı daşınmaz əmlakın nisiyyə alqı-satqısı müqaviləsi imzalanmış, müqvilənin şərtlərinə görə ilkin olaraq 2000 manat Vədadil Qarayevin adına açılmış depazit hesabına köçürmüşdür. Sonradan “Coronavirus” infeksiyasının yayılması ilə işləri zəyifləmişdir. Pandemiyanın yayıldığı müddətdə Vədadil Qarayevin oğlanlarının hərbirinə poçt vasitəsi ilə 1000 manat olmaqla cəmi 3000 manat pul göndərmişdir. Məhkəmə tərəfindən müddət təyin ediləcəyi təqdirdə müqavilənin icra edilməməsinidə kompensasiya etməklə 29000 manat ödəməyə hazırdır. İddia təmin ediləcəyi təqdirdə həmin həmin torpaq sahəsi ilə bağlı çəkilmiş xərclərinin də nəzərə alınmasını məhkəmədən xahiş edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 4Ə-2664 nömrəli nisyə alqı-satqısı müqaviləsinin sutərindən görünür ki, İddiaçı1, ona məxsus Samux rayonu, Sərkar kəndində yerləşən ümumi sahəsi 0,6276 hektar olan torpaq sahəsini Cavabdeh 14500 manat satmış, alıcı Cavabdeh, müqavilənin şərtlərinə uyğun olaraq həmin məbləğin 1000 manatını İddiaçı1 notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəmiş, qalan 13500 manat məbləği isə xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 4Ə-2665 nömrəli nisyə alqı-satqısı müqaviləsinin sutərindən görünür ki, İddiaçı1, X3, X2, İddiaçı2 və İddiaçı3, onlara məxsus Samux rayonu, Sərkar kəndində yerləşən ümumi sahəsi 1,5695 hektar olan torpaq sahəsini Cavabdeh 14500 manat satmış, alıcı Cavabdeh, müqavilənin şərtlərinə uyğun olaraq həmin məbləğin 1000 manatını İddiaçı1 notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəmiş, qalan 13500 manat məbləği isə xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götümüşdür. İşmateriallarında olan 04 oktyabr 2021-ci il tarixli sazişdən görünür ki, tərəflər aralarında bağladıqları xx.xx.2019-cu il tarixli, 4Ə-2664 nömrəli nisyə alqı-satqısı müqaviləsinin 5-ci bəndinə dəyişiklik edərək qalan məbləğin ödənilməsi müddətini xx.xx.2022-ci il tarixədək müəyyən etmişlər. İş materiallarında olan İddiaçı1 tərəfindən Cavabdeh ünvanlanmış 06 yanvar 2022-ci il tarixli məlumatdan görünür ki, İddiaçı1 nisiyə alqı-satqı müqaviləsi üzrə borcu ödəmədiyi üçün müqavilənin ləğvi ilə bağlı məhkəmədə iddia qaldırdığı ilə bağlı xəbərdar etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçilar İddiaçı1, X3, X2, İddiaçı2 və İddiaçı3 ilə Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-2664 saylı və xx.xx.2019-cu il tarixli, 4Ə-2665 saylı nisyə alqı-satqısı müqavilələrinə əsasən iddiaçıların mülkiyyətində olan 0,6276 hektar və 1,5695 hektar torpaq sahələrini cavabdehə satmışlar. Tərəflər arasında razılaşmaya əsasən cavabdeh hər müqavilə üzrə nəzərdə tutulmuş 14500 manat məbləğində puldan 1000 manatını ödəmiş, qalan məbləğləri isə xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Sonradan tərəflər arasında bağlanmış 04 oktyabr 2021-ci il tarixli sazişə əsasən nisyə alqı-satqısı müqavilələri üzrə qalan məbləğlərin cavabdeh tərəfindən ödənilməsi tarixi dəyişdirilərək xx.xx.2022-ci il tarix müəyyən edilmişdir. Sonradan cavabdeh qalan məbləğdən cavabdehlərə cəmi 5000 manat ödəniş etmişdir. Müqavilələr üzrə nəzərdə tutulmuş müddət başa çatmasına baxmayaraq Cavabdeh qalan məbləği iddiaçılara ödəməmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqısı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsinə əsasən satıcı alqı-satqısı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alqı-satqısı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmin Məcəllənin 570-ci maddəsinin tələblərinə əsasən əgər alqı-satqısı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən isə məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Göründüyü kimi, qаnunverici məhkəmənin üzərinə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırıb, onlаrdаn istifаdə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirаzlаrının əsаsı kimi istinаd etdikləri hаllаrı məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. İddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhz iddiaçılar, iddia ərizəsində göstərilmiş müqavilələrin ləğvi üçün əsas olan halları təsdiq edən sənədi təqdim etməlidirlər. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçıların öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçı tərəfin mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş nisyə alqı-satqısı müqavilələrindən görünür ki, iddiaçılar müqavilə üzrə öhdəliklərinə əməl etmiş və mübahisə predmeti olan torpaq sahələrini cavabdehə satmışlar. Lakin cavabdeh tərəfindən müqavilələrin şərtlərinə əməl edilməsi, həmin müqavilələrdə, eyni zamanda müqavilələrə dair sonradan bağlanmış sazişin şərtlərinə əməl etməsi və qeyd edilən vaxtda ödəməli olduğu pul məbləğini iddiaçılara ödəməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçılar İddiaçı1, X3, X2, İddiaçı2 və İddiaçı3 ilə Cavabdeh ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-2664 saylı və xx.xx.2019-cu il tarixli, 4Ə-2665 saylı nisyə alqısatqısı müqavilələri ləğv edilməli, iddia təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı1 ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, X3, X2, İddiaçı2 və İddiaçı3 ilə Cavabdeh ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-2664 saylı və xx.xx.2019-cu il tarixli, 4Ə-2665 saylı nisyə alqısatqısı müqavilələri ləğv edilsin. 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı1 ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar