Məhkəmə qərarları › İş №e-2(075)-738/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-738/2024

28.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-738/2024 28.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə nikahından 21 yanvar 2012-ci ildə doğulmuş X7 və 28 dekabr 2012-ci ildə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 235 manat olmaqla, iki uşaq üçün cəmi 470 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi, həmçinin Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil ilə hüquqlarının müdafiəsi üçün bağladığı müqavilə üzrə 200 (iki yüz) manat pulun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını 17 yanvar 2012-ci il tarixdə Şəki rayonu Kicik Dəhnə kənd İzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 07 nömrə ilə qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahlarından 21 yanvar 2012-ci il təvəllüdlü X13 və 28 dekabr 2012-ci il təvəllüdlü X14 adlı iki adlı 2 uşaqları dünyaya gəlmişdir. Onlar uzun müddət səmimi ailə münasibətlərində yaşasalar da, sonralar cavabdehin ailənin problemlərinə laqeyd yanaşması, uşaqlara münasibətdə diqqətsizlik göstərməsi və bəzi digər səbəblərdən aralarında müəyyən problemlər yaranmış və onlar faktiki olaraq ayrılmışlar. 2020-ci ildə Cavabdeh iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, Şəki rayonu, Kiçik Dəhnə kəndində yaşayan və qeydiyyatda olan cavabdeh İddiaçı ilə 17 yanvar 2012-ci il tarixdə Şəki rayonu Kicik Dəhnə kənd İzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 07 nömrə ilə qeyd edilmiş nikahlarının pozulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(075)-877/2020 nömrəli qətnaməsi ilə, iddia təmin edilmiş, Cavabdeh ilə cavabdeh Yusibova (Nazarova) İstək İmamverdi qızı arasında 17 yanvar 2012-ci il tarixdə Şəki şəhər İHB-nın Kiçik Dəhnə kənd İƏD-si üzrə nümayəndəliyində bağlanmış 20 №-li nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları - 21 yanvar 2012-ci il təvəllüdlü X13 və 28 dekabr 2012-ci il təvəllüdlü X8 anaları Yusibova (Nazarova) İstək İmamverdi qızının yanında saxlanılması, 21 yanvar 2012-ci il təvəllüdlü X13 və 28 dekabr 2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit pul məbləğində 120 (bir yüz əlli) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat məbləğində alimentin tutularaq Yusibova (Nazarova) İstək İmamverdi qızına verilməsi, aliment tutulmasının əvvəlinin məhkəmə qətnaməsi qəbul edildiyi 29 sentyabr 2020-ci il tarixdən hesablanması, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 manat rüsumunun onun özünə aid edilməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bundan sonra onlar Cavabdeh ilə barışaraq yenidən bir yerdə ailə kimi yaşamağa davam etmişlər. Onların faktiki ailə münasibətlərindən 25 noyabr 2020ci ildə X16 adlı bir övladları daha dünyaya gəlmişdir. Həmin övladları dünyaya gəldikdən sonra da, onlar Cavabdeh ilə uzun müddət bir yerdə yaşasalar da, sonradan yenidən ailə münasibətləri pozulmuş və ayrılmışlar. Cavabdeh keçən müddət ərzində demək olar ki, uşaqları ilə maraqlanmadığından o, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh faktiki nikahından 25 noyabr 2020-ci ildə doğulmuş X10 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi, həmçinin ödənilmiş 60 manat ilkin mediasiya xərcinin və Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil ilə hüquqlarının müdafiəsi üçün bağladığı müqavilə üzrə 200 (iki yüz) manat pulun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, e-2(075)-2301/2023 nömrəli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, 25 noyabr 2020-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay üçün 150 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilməsi, alimentin tutulmasının əvvəli 02 oktyabr 2023-cü il tarixdən hesablanması, ödənilmiş 60 manat mediasiya xərcinin, habelə hüquqlarının müdafiəsi üçün bağladığı müqavilə üzrə 200 (iki yüz) manat pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı verilməsi, idianın qalan hissəsinin təmin edilməməsi, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi, Cavabdeh 38 (otuz səkkiz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin işə məhkəmədə baxılarkən (məhkəmənin baxış iclasında) müəyyən edilmişdir ki, Cavabdeh onlar barışarkən onu aldadaraq Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə aparmış və orada ona Şəki Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(075)-877/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment tələbindən imtina etdirmişdir. Bu səbəbdən də, o, məcbur qalıb hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh artıq uzun müddətdir ki, uşaqlar ilə maraqlanmamış, uşaqların saxlanması üçün bütün yük onun üzərinə düşmüşdür. Keçən müddət ərzində o, dəfələrlə cavabdehdən sonuncu övladlarının saxlanmasına köməklik göstərməyini xahiş etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil İddiaçı ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, o, hal-hazırda iddiaçı ilə birgə nikahlarından olan uşaqlarının saxlanılması üçün 300 manat məbləğdə aliment ödəyir. Maddi imkanı aşağıdır. Aylıq 400 - 450 manat məbləğdə gəliri olur. Rəsmi iş yeri yoxdur. Himayəsində yaşlı, xəstə anası vardır. Onun maddi imkanı üç uşaqğa görə aylıq 400 manat məbləğdə aliment ödəməyə çatır. Qazancı çox olsa artıq məbləğlərdə aliment ödəyəcəkdir. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(075)-2301/2023 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, 25 noyabr 2020-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay üçün 150 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin 02 oktyabr 2023-cü il tarixdən hesablanması, ödənilmiş 60 manat mediasiya xərci, habelə hüquqlarının müdafiəsi üçün bağladığı müqavilə üzrə 200 (iki yüz) manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməsi, iddianın qalan hissəsi təmin edilməməsi, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi, Cavabdeh 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 29 sentyabr 2023-cü il tarixli MŞŞ/MT018/2023-02314 nömrəli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 29 sentyabr 2023-cü il tarixdə 09:00-11:00 saatlarında keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş, mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Cavabdeh İlkin mediasiya sessiyasında iştirak etməmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 01 avqust 2023-cü il tarixli, 494 saylı arayışdan görünür ki, İddiaçı Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatdadır, hal-hazırda Kiçik Dəhnə kəndində yaşayır. Onun ailə tərkibi qızı X13, qızı X14 və qızı X9 ibarətdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 21 iyul 2023-cü il tarixli, AZ-İ 441137 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulması akt qeydləri kitabında 17 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 06 fevral 2012-ci il tarixli, AZ-İİ 842987 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 21 yanvar 2012-ci il təvəllüdlü X7 atası Cavabdeh, anası X4r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 05 mart 2013-cü il tarixli, AZ-İİİ 073206 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 28 dekabr 2012-ci il təvəllüdlü X8 atası Cavabdeh, anası X5r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 19 yanvar 2021-ci il tarixli, AZ-İV 532658 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 25 noyabr 2020-ci il təvəllüdlü X10 atası Cavabdeh, anası X6r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 19 yanvar 2024-cü il tarixli, 9 nömrəli arayışdan görünür ki, X3 Fərid Mehdi oğlu ilə bağladığı 19 noyabr 2024-cü il tarixli, 39 saylı hüquqi yardım göstərilməsi ilə bağlı müqavilənin şərtlərinə əsasən vəkilə göstərəcəyi xidmət müqabilində Şəki Regional Vəkil Bürosunun bank hesabına 200 manat ödəmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 8(075)-88/2021 saylı qərardadından görünür ki, Şəki Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(075)- 877/2020 saylı icra sənədi üzrə tələbkar Yusibova (Nazarova) İstək İmamverdi qızının tələbindən imtinası qəbul edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(075)-877/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə cavabdeh Yusibova (Nazarova) İstək İmamverdi qızı arasında 17 yanvar 2012-ci il tarixdə Şəki şəhər İHB-nın Kiçik Dəhnə kənd İƏD-si üzrə nümayəndəliyində bağlanmış 20 №-li nikah pozulması, tərəflərin birgə nikahdan olan uşaqları – 21 yanvar 2012-ci il təvəllüdlü X13 və 28 dekabr 2012-ci il təvəllüdlü X14 anaları Yusibova (Nazarova) İstək İmamverdi qızının yanında saxlanılması, 21 yanvar 2012-ci il təvəllüdlü X13 və 28 dekabr 2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit pul məbləğində 120 (bir yüz əlli) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat məbləğində aliment tutularaq Yusibova (Nazarova) İstək İmamverdi qızına verilməsi, aliment tutulmasının əvvəli məhkəmə qətnaməsi qəbul edildiyi 29 sentyabr 2020-ci il tarixdən hesablanması qət edilmişdir. Məhkəmə iclasında iddiaçının izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ilə Cavabdeh 17 yanvar 2012-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 21 yanvar 2012-ci il təvəllüdlü X13, 28 dekabr 2012-ci il təvəllüdlü X14 və 25 noyabr 2020-ci il təvəllüdlü X16 adlı üç uşaqları anadan olmuşdur. Tərəflər ailə qurduqdan sonra bir müddət səmimi yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. İddiaçı ayrıldıqdan sonra nikahın pozulması, uşaq və alment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(075)-877/2020 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan olan uşaqları - 21 yanvar 2012-ci il təvəllüdlü X13 və 28 dekabr 2012-ci il təvəllüdlü X14 anaları Yusibova (Nazarova) İstək İmamverdi qızının yanında saxlanılmaları, 21 yanvar 2012-ci il təvəllüdlü X13 və 28 dekabr 2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit pul məbləğində 120 (bir yüz əlli) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat məbləğində alimentin tutularaq Yusibova (Nazarova) İstək İmamverdi qızına verilməsi qət edilmişdir. Lakin tərəflər bir müddət sonra barışdıqları üçün birgı ailə kimi yaşamışlar. Buna görə də iddiaçı Şəki Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(075)-877/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentdən imtina etmişdir. Tərəflərin birgə ailə münasibətlərindən 25 noyabr 2020-ci il təvəllüdlü X16 adlı övladları dünyaya gəlmişdir. Lakin sonradan yenidən tərəflərin münasibətləri pozulduğu üçün ayrılmışlar. Şəki Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(075)-2301/2023 saylı qətnaməsinə əsasən 25 noyabr 2020-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay üçün 150 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. Hal-hazırda iddiaçı birgə nikahdan olan uşaqları 21 yanvar 2012-ci il təvəllüdlü X13, 28 dekabr 2012-ci il təvəllüdlü X1 çətinlik çəlkdiyini bildirərək, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə iddianı qismən qəbul etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə uşaqların saxlanılmaları üçün zəruri tələbatı, iddiaçının uşaqlarnın saxlanılmaları üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 21 yanvar 2012-ci il təvəllüdlü X13, 28 dekabr 2012-ci il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Bütün yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, 21 yanvar 2012-ci il təvəllüdlü X13, 28 dekabr 2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində aliment cavabdehdən tutulub iddiaçıya verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə iddia ərizəsi verdiyi vaxtdan, yəni 26 yanvar 2024-cü il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, hüquqlarının müdafiəsi üçün ödənilmiş 200 (iki yüz) manat pul cavabdehdən tutulub iddiaçıya ödənilməli, iddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 21 yanvar 2012-ci il təvəllüdlü X13 və 28 dekabr 2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 26 yanvar 2024-cü il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Hüquqi yardımla bağlı ödənilmiş 200 manat məbləğdə pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 50 (əlli) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar