Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-739/2024 28.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 oktyabr 2010-cu il tarixdə doğulmuş X6 oğlu və 01 noyabr 2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, 16 oktyabr 2010-cu il tarixdə doğulmuş X6 oğlu və 01 noyabr 2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 120 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdehoğlu oğlu arasında Şəki şəhər İcra Hakimiyyəti Başçısının Kiçik Dəhnə kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən 14 aprel 2010-cu il tarixdə nikahları qeydə alınmışdır. Birgə nikahdan iki övladları – 16 oktyabr 2010-cu il tarixdə X3 və 01 noyabr 2011-ci il tarixdə isə X5 oğlu anadan olmuşlar. Onlar nikaha daxil olduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pozulmuşdur. Sonradan aralarında olan nikah Şəki rayon məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(075)- 627/2021 nömrəli qətnaməsi ilə pozulmuş və məhkəmə qətnaməsi ilə 16 oktyabr 2010-cu il təvəllüdlü X6 oğlu və 01 noyabr 2011-ci il təvəllüdlü Orucov Rövşən Məhəbbət oğlunun İddiaçı yanında saxlanılması qət edilmişdir. İşə baxılan müddətdə cavabdehdən aliment tələb etməmişdir. Bununla bağlı tələbin məhkəmədən kənar həlli ilə bağlı 1 saylı Şəki mediasiya təşkilatına müraciət olunmuş və X2 iştirak edilməməsi barədə 23 yanvar 2024cü il tarixli arayış verilmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan 23 yanvar 2024-cü il tarixli MŞŞ/MT018/2024-00015 nömrəli X2 İştirak Edilməməsi barədə arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil X2 iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat, poçt və dəftərxana xərci olaraq 10 manat olmaqla, cəmi 60 manat tərəfindən ödənilmişdir. Cavabdeh X2 iştirak etməmişdir. İşdə olan Şəki şəhər İHB-nın Kiçik Dəhnə kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 16 oktyabr 2010-cu il təvəllüdlü X3 və 01 noyabr 2011-ci il təvəllüdlü X1 ataları Cavabdeh, anaları isə İddiaçıdır. İşdə olan Şəki Rayon Məhkəməsini 2 (075)-627/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə Orucova (Məmmədova) Şəlalə İlham qızı arasında 14 aprel 2010-cu il tarixdə Şəki şəhər İHB-nın Kiçik Dəhnə kənd İƏD-si üzrə nümayəndəliyində bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqları 16 oktyabr 2010-cu il təvəllüdlü X6 oğlu və 01 noyabr 2011-ci il təvəllüdlü Orucov Rövşən Məhəbbət oğlunun İddiaçı yanında saxlanılması qət edilmişdir. Şəki regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 may 2021-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında bağlanmış nikah Şəki Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Belə ki, İddiaçı Cavabdeh ilə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə yaşayışlarından 16 oktyabr 2010-cu il təvəllüdlü X6 oğlu və 01 noyabr 2011-ci il təvəllüdlü Orucov Rövşən Məhəbbət oğlu adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmiş, Şəki Rayon Məhkəməsini 2 (075)- 627/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatı, İddiaçı uşağın saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 16 oktyabr 2010cu il təvəllüdlü X6 oğlu və 01 noyabr 2011-ci il təvəllüdlü Orucov Rövşən Məhəbbət oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 16 oktyabr 2010-cu il təvəllüdlü X3 və 01 noyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni 26 yanvar 2024-cü il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh 48.80 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 16 oktyabr 2010-cu il təvəllüdlü X3 və 01 noyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 26 yanvar 2024-cü il tarixdən hesablansın. Alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilsin. Cavabdeh 48.80 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-739/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-739/2024
28.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver