Məhkəmə qərarları › İş №e-2(075)-741/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-741/2023

20.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-741/2023 20.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Qaffarov Aslan Həmid oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlakın evdən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Şəki rayonu, Aşağı Layısqı kəndindəki fərdi yaşayış evindən Cavabdeh məxsus 1 ədəd - paltar dolabı, 2 ədəd-qab yığqan servant, 1 - ədəd güzgülü tumbuçka, 1 ədəd - trilyaj, 1 ədəd taxt, taxt yanında iki ədəd tumbuçka, 1 ədəd - stol, 6 ədəd - stul, 1 ədəd - divan, 2 ədəd kreslo, 3 ədəd - güldan, 5 ədəd - yorğan, 5 ədəd - döşək, 4 ədəd - balınc, 4 ədəd - döşək (balaca), 1 ədəd - lüstra, 1 ədəd - gəvə, 1 ədəd - qapı pərdəsi, 3 - ədəd pəncərə pərdəsi, 1 ədəd - gecə işığı, 1 ədəd – tumbuçka (uzun), 1 ədəd - lampa, 1 ədəd - güzgü, 1 ədəd meyvə qabı, 8 ədəd - qənd qabı, 1 ədəd - kompot qabı, 6 ədəd - stəkan, 6 ədəd - rumka, 1 ədəd - servis dəsti, 12 ədəd - badə, 1 ədəd - dəmir fincan, 2 ədəd - podnos, 12 ədəd cəngəl, 12 ədəd - qaşıq, 1 ədəd - tava, 6 ədəd - duz qabı, 1 ədəd - krujka, 6 ədəd - dayaz boşqab, 6 ədəd - dərin boşqab, 1 ədəd - ət çəkən, 1 ədəd - tyorka, 1 ədəd - böyük çaydan, 1 ədəd - çörək qabının cavadehin öz vəsaiti hesabına çıxarılması, həmçinin 50 manat mediasiya xərcinin və 50 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(075)-2657/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə Nümayəndə arasında 10 iyul 2020-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış 220 saylı nikah pozulmuş, birgə nikahlarından anadan olmuş X4 anası Cavabdeh yanında saxlanılmaqla hər ay 160 manat aliment ödənilməsi müəyyən edilmişdir. Eyni zaman Şəki Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(075)- 442/2022 saylı qətnaməsi ilə də Cavabdeh iddiası təmin edilərək oğlu Nümayəndə qızılziynət əşyalarının alınması, olmadıqda 1600 manatın alınıb ona verilməsi qət edilmişdir. Lakin cavabdehə aid bəzi əşyalar ona məxsus evdə qalmaqdadır və dəfələrlə məlumat verməyinə baxmayaraq həmin əşyaları gəlib götürməmişdir. Cavabdehin onun mülkiyyətində olan fərdi yaşayış evində mövcud cehiz əşyaları 1 ədəd - paltar dolabı, 2 ədəd-qab yığqan servant, 1 - ədəd güzgülü tumbuçka, 1 ədəd - trilyaj, 1 ədəd - taxt, taxt yanında iki ədəd tumbuçka, 1 ədəd - stol, 6 ədəd - stul, 1 ədəd - divan, 2 ədəd - kreslo, 3 ədəd - güldan, 5 ədəd - yorğan, 5 ədəd - döşək, 4 ədəd - balınc, 4 ədəd - döşək (balaca), 1 ədəd - lüstra, 1 ədəd - gəvə, 1 ədəd - qapı pərdəsi, 3 - ədəd pəncərə pərdəsi, 1 ədəd gecə işığı, 1 ədəd – tumbuçka (uzun), 1 ədəd - lampa, 1 ədəd - güzgü, 1 ədəd - meyvə qabı, 8 ədəd - qənd qabı, 1 ədəd - kompot qabı, 6 ədəd - stəkan, 6 ədəd - rumka, 1 ədəd servis dəsti, 12 ədəd - badə, 1 ədəd - dəmir fincan, 2 ədəd - podnos, 12 ədəd - cəngəl, 12 ədəd - qaşıq, 1 ədəd - tava, 6 ədəd - duz qabı, 1 ədəd - krujka, 6 ədəd - dayaz boşqab, 6 ədəd - dərin boşqab, 1 ədəd - ət çəkən, 1 ədəd - tyorka, 1 ədəd - böyük çaydan, 1 ədəd çörək qabından ibarətdir. Ona görə də o hazırda hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, 2 ildir onun oğlu ilə cavabdehin arasında bağlanmış nikah pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdeh tərəfindən gətirilmiş cehiz əşyaları ona məxsus olan evdə qalmışdır. Həmin əşyaların yerləşdiyi otağın qapısı bağlıdır. Dəfələrlə həmin əşyaların evdən çıxarılması ilə bağlı müraciet etsələr də , cavabdeh tərəf onlarla razılaşmamış və həmin əşyaları evdən çıxarmamışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, o, Şəki şəhərində kirayədə yaşayır. Həmin cehiz əşyalarının yerləşdiyi ev atasına məxsususdur. Şəki Rayon Məhkəməsinin qətnaməsi ilə ondan qızıl-ziynət əşyalarının alınması, olmadıqda dəyəri 1600 manatın cavabdehə verilməsi qət edilmişdir. Lakin imkanı olmadığından həmin pulu ödəyə bilməmişdir. Məhkəmədn iddinın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 bildirmişdir ki, iddianı qəbul edir. Cehiz əşyalarının yerləşdiyi otağın qapısının bağlı qalmasına onlar səbəb olmamışdır. Şəki Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçıdan qızıl-ziynət əşyalarının alınması, olmadıqda dəyəri 1600 manatın onlara verilməsi qət edilmişdir. Lakin Nümayəndə həmin qızıl-ziynət əşyalarının dəyəri olan 1600 manat pulu onlara verməmişdir. Həmin pulu onlara verdikdə, o da həmin cehiz əşyalarını iddiaçıya məxsus evdən çıxaracağını bildirmişdir. İşdə olan 14 yanvar 2023-cü il tarixli MŞŞ/1/02410 nömrəli İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 mediasiya sessiyasında iştirak etmişlər, mediasiya xərci olan 50 manat Nümayəndə tərəfindən ödənilmişdir İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(075)-2657/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə Nümayəndə arasında bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(075)- 442/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Nümayəndə 1 ədəd 1600 manat dəyərində 750 əyarlı 16 qram çəkidə şüşə qaşlı qarnitur dəsti (1 ədəd 220 manat dəyərində 750 əyarlı 2.20 qram çəkidə şüşə qaşlı üzük, 1 ədəd 600 manat dəyərində 750 əyarlı, 6.00 qram çəkidə şüşə qaşlı boyunbağı (kolye formalı), 1 ədəd 440 manat dəyərində 750 əyarlı 4.40 qram çəkidə şüşə qaşlı tənə və 1 ədəd 340 manat dəyərində 750 əyarlı 3.40 qram çəkidə şüşə qaşlı qolbaq), olmadıqda onların dəyəri olan 1600 manat alınaraq X2 verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Aşağı Göynük kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş, 30 yanvar 2023-cü il tarixli, 106 nömrəli arayışdan görünür ki, Aşağı Layısqı kəndi ərazisində İddiaçı məxsus fərdi yaşayış evi vardır. Həmin evdə İddiaçı başqa X1, Nümayəndə qeydiyyatı vardır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırda iş üzrə iddiaçının oğlu Nümayəndə ilə iş üzrə Cavabdeh 10 iyul 2020-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Ailə qurduqdan sonra cavabdeh iddiaçının evinə gəlin köçmüşdür. Gəlin köçərkən özünə məxsus cehiz əşyalarını da həmin evə gətirmişdir. Münasibətləri pisləşdiyindən Şəki Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(075)-2657/2021 saylı qətnaməsi ilə cavabdehlə iddiaçının nikahları pozulmuşdur. Lakin cavabdehə məxsus cehiz əşyaları iddiaçının evində qalmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh həmin əşyaları iddiaçının evindən götürməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən şəxsin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən iddiaçının özgəsinin qanunsuz sahibliyindən öz əmlaklarını geri tələb etmək hüququ vardır. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə isə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı özünə məxsus yaşayış evindən sahiblik və istifadə hüququna istinad etməklə, ona məxsus əmlakdan maneəsiz istifadəni həyyata keçirmək hüququna malikdir. İddiaçı əmlakdan istifadə hüququ əsasında ona məxsus olan evdən cavabdehə məxsus əşyaların çıxarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı mülkiyyətində olan Şəki rayonu, Aşağı Layısqı kəndindəki fərdi yaşayış evindən Cavabdeh məxsus 1 ədəd - paltar dolabı, 2 ədəd-qab yığan servant, 1 - ədəd güzgülü tumbuçka, 1 ədəd - trilyaj, 1 ədəd - taxt, taxt yanında iki ədəd tumbuçka, 1 ədəd - stol, 6 ədəd - stul, 1 ədəd - divan, 2 ədəd - kreslo, 3 ədəd - güldan, 5 ədəd - yorğan, 5 ədəd döşək, 4 ədəd - balınc, 4 ədəd - döşək (balaca), 1 ədəd - lüstra, 1 ədəd - gəvə, 1 ədəd qapı pərdəsi, 3 - ədəd pəncərə pərdəsi, 1 ədəd - gecə işığı, 1 ədəd – tumbuçka (uzun), 1 ədəd - lampa, 1 ədəd - güzgü, 1 ədəd - meyvə qabı, 8 ədəd - qənd qabı, 1 ədəd - kompot qabı, 6 ədəd - stəkan, 6 ədəd - rumka, 1 ədəd - servis dəsti, 12 ədəd - badə, 1 ədəd dəmir fincan, 2 ədəd - podnos, 12 ədəd - cəngəl, 12 ədəd - qaşıq, 1 ədəd - tava, 6 ədəd duz qabı, 1 ədəd - krujka, 6 ədəd - dayaz boşqab, 6 ədəd - dərin boşqab, 1 ədəd - ət çəkən, 1 ədəd - tyorka, 1 ədəd - böyük çaydan, 1 ədəd - çörək qabından ibarət cehiz əşyaları cavabdehin öz vəsaiti hesabına çıxarılmalıdır. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən qanunverilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan ilkin mediasiya sessiyasında çəkilən 50 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh 50 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Şəki rayonu, Aşağı Layısqı kəndindəki fərdi yaşayış evindən Cavabdeh məxsus 1 ədəd - paltar dolabı, 2 ədəd-qab yığan servant, 1 - ədəd güzgülü tumbuçka, 1 ədəd - trilyaj, 1 ədəd - taxt, taxt yanında iki ədəd tumbuçka, 1 ədəd stol, 6 ədəd - stul, 1 ədəd - divan, 2 ədəd - kreslo, 3 ədəd - güldan, 5 ədəd - yorğan, 5 ədəd - döşək, 4 ədəd - balınc, 4 ədəd - döşək (balaca), 1 ədəd - lüstra, 1 ədəd - gəvə, 1 ədəd - qapı pərdəsi, 3 - ədəd pəncərə pərdəsi, 1 ədəd - gecə işığı, 1 ədəd – tumbuçka (uzun), 1 ədəd - lampa, 1 ədəd - güzgü, 1 ədəd - meyvə qabı, 8 ədəd - qənd qabı, 1 ədəd - kompot qabı, 6 ədəd - stəkan, 6 ədəd - rumka, 1 ədəd - servis dəsti, 12 ədəd - badə, 1 ədəd - dəmir fincan, 2 ədəd - podnos, 12 ədəd - cəngəl, 12 ədəd - qaşıq, 1 ədəd - tava, 6 ədəd - duz qabı, 1 ədəd - krujka, 6 ədəd - dayaz boşqab, 6 ədəd - dərin boşqab, 1 ədəd ət çəkən, 1 ədəd - tyorka, 1 ədəd - böyük çaydan, 1 ədəd - çörək qabından ibarət cehiz əşyaları cavabdehin öz vəsaiti hesabına çıxarılsın. Cavabdeh 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar