Məhkəmə qərarları › İş №e-2(075)-749/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-749/2024

29.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-749/2024 29.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 1 uşağa görə qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin hər ay alınıb iddiaçıya verilməsi, həmçinin mediasiya xərci olaraq ödədiyi 60 manat mediasiya rüsumunun alınıb ona verilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahını xx.xx.2013-cü il tarixdə Şəki Rayon Qeydiyyat Şöbəsində qeyd etdirməklə rəsmi şəkildə ailə qurmuşdur. Onların birgə nikahından xx.xx.2014-cü ildə X6 adlı uşağı anadan olmuşdur. Həmin uşaq hazırda onun himayəsindədir. Onların ailə münasibətləri cavabdehin təqsirindən pozulduğundan o, məcbur olub azyaşlı qızı ilə 6 ay əvvəl ata evinə getmiş və orada yaşamaqdadır. Cavabdeh ondan əvvəl 2 dəfə ailə qurmuş, həmin nikahdan onun 2 oğlu da vardır və həmin uşaqlar həddi buluğa çatmışlar. O, aylardır ata evində azyaşlı qızı ilə yaşasa da, cavabdeh qızlarının gündəlik təlabatları və dolanışığı ilə maraqlanmır, öz atalıq vəzifələrini icra etmir. Hələ onlar birlikdə olarkən belə cavabdeh öz uşaqlarına qarşı soyuq münasibət bəsləmiş, onların dolanışığı və maddi problemləri ilə maraqlanmamışdır. Aliment tələbi ilə bağlı Mediasiya Şurasına müraciət etmiş və xx.xx.2024-cü il tarixində mediasiya prosesi keçirilmişdir. Həmin Mediasiya prosesində cavabdehdən qanunvericiliyin tələblərinə uyğun olaraq 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tələb etmiş, lakin mübahisənin mediasiya prosesində həll edilməsi mümkün olmamışdır. Ona görə xx.xx.2024-cü il tarixli MŞŞ/MT 018/2023-001-01 saylı Arayış verilmişdir. Bununla bağlı 60 manat mediasiya xərci ödəmişdir. Cavabdeh Mediasiya prosesində alimentin verilməsinin miqdarı ilə razılaşmadığından azyaşlı uşaqlarının saxlanılması üçün belə bir ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh vətən müharibəsi veteranıdır, ehtiyatda olan zabitdir və qazandığı medallara görə də müavinət və pensiyalardan başqa əlavə pul alır. Onun aylıq qazancı 2000 manata yaxındır, bunun üçün də 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tələbi ilə bağlı məkəməyə müraciət etməli olmuşdur. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin qəbul etməyərək izahatında bildirdi ki, o, ehtiyatda olan zabitdir. 1531,39 manat pensiya, 80 manat veteran pulu alır. Başqa heç bir yerdə işləmir. Özü də xəstədir. İddiaçı ilə birgə nikahından olan qızından başqa iki övladı da var. Biri tələbədir, digəri isə əsgərlikdədir. Banka borcu var. Mədəsində və üzündə problemlər var. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı ərizə ünvanlayaraq onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - xx.xx.2013-cü il tarixli AZ-İ № 888173 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 arasında xx.xx.2013-cü il tarixdə Şəki rayon Qeydiyyat şöbəsində bağlanmış nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 357 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Musayeva soyadı verilmişdir. - 14 aprel 2016-cı il tarixli, AZ-İİİ 288422 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 04 aprel 2014-cü il təvəllüdlü X3 atası Cavabdeh, anası X2r. - Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh 1531,39 manat pensiya, 80 manat müavinət alır. - 26 yanvar 2024-cü il tarixli, MŞŞ/MT018/2023-00101 nömrəli X4 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Tətbiq edilən hüquq: Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda - iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinə görə mediasiya prosesinə aşağıdakı xərclər daxildir: 36.1.1. mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat; 36.1.2. mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatı, iddiaçının uşağın saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini, hər iki valideynin uşağı saxlamağa borclu olmasını nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından olan uşaqları 04 aprel 2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmalı, alimentin tutulmasının əvvəli iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən, xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən Cavabdeh 60 manat mediasiya xərci tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə tərəfindən təyin edilən alimentin bir illik miqdarı 4834,08 manat olduğundan MPM-in 112.1.3 və 119.2-ci, “Dövlət rüsumu haqqında” qanunun 8.1.2-ci maddəsinə əsasən 68,34 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 04 aprel 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablansın. İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 68,34 (altmış səkkiz manat otuz dörd qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar