Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-761/2025 30.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olmuş uşağı 28 iyun 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində və sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,99 misli həddində sabit pul məbləğində alimentin, həmçinin 28 iyun 2023-cü il təvəllüdlü X4 3 (üç) yaşına çatanadək mənim saxlanılmağım üçün hər ay sabit pul məbləğində 246 (iki yüz qırx altı) manat alimentin ona verilməsinə, hər üç alimentin tutulmasının əvvəlinin hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmə tarixindən hesablanmasına və ödənilmiş 60 manat ilkin mediasiya sessiyası xərcinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, birgə nikahdan anadan olmuş uşağı 28 iyun 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində və sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,99 misli həddində sabit pul məbləğində alimentin, həmçinin 28 iyun 2023-cü il təvəllüdlü X4 3 (üç) yaşına çatanadək onun saxlanılmağı üçün hər ay sabit pul məbləğində 246 (iki yüz qırx altı) manat alimentin ona verilməsinə, hər üç alimentin tutulmasının əvvəlinin 14 mart 2024-cü il tarixdən hesablanmasına və ödənilmiş 60 manat ilkin mediasiya sessiyası xərcinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin artırılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 02 oktyabr 2022-ci ildə Şəki regional “ASAN xidmət” X1 nikahını rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahdan 28 iyun 2023-cü il tarixdə X6 adlı qızı anadan olmuşdur. Bir müddət mehriban yaşasa da sonradan cavabdehin və valideynlərinin təqsiri ucbatından problemlər yaranmışdır. Belə ki, Fətəli daima onu döyür və təhqir edirdi. Təxmini 10 ay əvvəl də cavabdeh onu döyərək evdən qovmuşdu. Lakin mən yenə də milli adət ənənəmizə görə nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmədim və yenə də valideynlərim məni aparıb ər evinə qoydu. Lakin 27 yanvar 2025-ci il tarixdə yenə də qaynatam Adil və daha sonra isə cavabdeh məni təhqir edərək evdən qovmuşlar. Mən hazırda atam evində yaşayıram. Lakin cavabdeh birgə nikahdan olan övladımızın saxlanılması üçün mənə heç bir maddi yardım etmir. Buna görə də mən aliment və.s tələblə bağlı Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmək məcburiyyətində qaldım. Cavabdeh də nikahın pozuması və.s tələblə Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən mediasiya prosesində iştirak etdik və aramızda bağlanmış nikah pozularkən birgə nikahımızdan anadan olmuş uşağımız 28 iyun 2023-cü il təvəllüdlü X4 mənim himayəmdə və yanımda saxlanılması barədə aramızda 04 fevral 2025-ci il tarixli № MŞŞ/MT-018/2025- 00224 nömrəli Barışıq sazişi imzalanmışdır. Lakin birgə nikahdan olan övladımızın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin ödənilməsi və həmçinin birgə nikahdan olan övladımızın 3 yaşına çatanadək mənim saxlanılmağım üçün alimentin ödənilməsi ilə bağlı aramızda razılaşma olmadığından 04 fevral 2025-ci il tarixdə Mediasiya prosesinə xitam verilməsi haqqında protokol tərtib edilmişdir. Buna görə də mən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh məhkəməyə xx.xx.2025-ci il tarixdə elektron etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı mənə qarşı “birgə nikahdan anadan olmuş uşağı 28 iyun 2023-cü il təvəlüldlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində və sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,99 misli həddində sabit pul məbləğində alimentin, həmçinin 28 iyun 2023-cü il təvəllüdlü X4 3 yaşına çatanadək saxlamağı üçün hər ay sabit pul məbləğində 246 manat alimentin ona verilməsinə, hər üç alimentin tutulmasının əvvəlinin hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmə tarixindən hesablanmasına və ödənilmiş 60 manat ilkin mediasiya sessiyası xərcinin Cavabdeh alınaraq ona verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini qismən qəbul edir. İddia ərizəsində qeyd edilənlər həqiqətə uyğun deyil, boş cəfəngiyatlardır. İddiaçı nə döyülməmiş, nə də ki, təhqir edilməmişdir. Belə ki, cavabdeh İddiaçı ilə Şəki Regional “Asan Xidmət” X1 02 oktyabr 2022-ci il tarixdə 728 nömrəli akt qeydi ilə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan 28 iyun 2023cü il təvəllüdlü X6 adlı uşağı anadan olub. Cavabdehlə əvvəllər səmimi ailə münasibətlərində olsa da, sonradan münasibətləri pozulmuşdur. Belə ki, övladı Ayla anadan olduqdan sonra cavabdeh tamamilə dəyişmiş, ona qarşı sayqısızlıq, hörmətsizlik etmiş və soyuq davranmağa başlamışdır. Cavabdeh dəfələrlə anasının təkidi ilə ondan soruşmadan, məlumat vermədən atası evinə gedərək aylarla orada qalmışdır. Sonuncu dəfə 29 yanvar 2025-ci tarixində atası gələrək ona bildirmədən, soruşmadan cavabdehi və uşağı öz evinə aparmışdır. Bu azmış kimi 30 yanvar 2024-cü il tarixdə cavabdeh şərböhtan xarakterli, əsassız şikayət ərizəsi ilə Şəki ŞRPŞ-nə müraciət edərək guya onun döyüldüyünü bildirmişdir. Halbuki ailə həyatı qurduğu dövrdən faktiki olaraq ayrılanadək cavabdehi nə döymüş, nə də ki, ona qarşı hörmətsizlik etmişdir. Cavabdehin əsassız şikayət ərizəsi ilə Şəki ŞRPŞ-nə şikayət etməsi oan qarşı olan hörmətsizlikdir, millimenitalitetə zidd bir hərəkətdir. Göründüyü kimi cavabdehlə barışmaq, birgə yaşamaq, gələcək ailə həyatılarının və ailənin qorunub saxlanması artıq mümkün deyil. Nikah formal xarakter daşıyır. Bu səbəbdən də nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bundan başqa Azərbaycan Respubliksı Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulur. Onun aylıq əmək haqqım 805 manatdır və əlavə gəlirləri yoxdur. Bu səbəbdən də əmək haqqımın ¼ hissəsi miqdarında alimentin tutulmasına razıdır. Bu təklifi mediasiya iclasında da iddiaçıya bildirmişdi. Bundan başqa iddiaçı 28 iyun 2023-cü il təvəllüdlü övladı X4 3 yaşına çatanadək özünün saxlanılması üçün hər ay sabit pul məbləğində 246 manat alimentin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Buna etiraz edirə və tamamilə əsassız hesab edir. Odur ki, iddianın əmək haqqının ¼ hissəsi miqdarında tutulması, qalan hissədə təmin edilməməsi barədə qətnamə çıxarılmağını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Lakin cavabdeh məhkəməyə xx.xx.2025-ci il tarixdə elektron qaydada ərizə göndərərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Şəki Regional “Asan Xidmət” X7 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında xx.xx.2022-ci il tarixdə nikah bağlanmış, bu barədə nikah haqqında akt qeydləri kitabında 728 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Məmmədli”, arvada “Məmmədli” soyadı verilmişdir Mediasiya Şurası tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci ildə tarixli MŞŞ/MT- 018/2025-00224 nömrəli barışıq sazişindən görünür ki, Cavabdeh ilə İddiaçı Oktay qızının birgə nikahdan anadan olmuş və hazırda yetkinlik yaşına çatmayan uşaqları 28 iyun 2023cü il təvəllüdlü X4 anası İddiaçı Oktay qızının himayəsində və yanında saxlanılmalarına və aliment tələb edilməməsinə hər iki tərəf razıdırlar. Mediasiya prosesinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Cavabdeh ilə İddiaçı Oktay qızı arasında mediasiya sessiyalarının keçirilməsi üçün 60 manatı İddiaçı Oktay qızı, 100 manatı isə Cavabdeh tərəfindən ödənilmişdir. Şəki Regional “Asan Xidmət” X7 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 28 iyun 2023-cü il təvəllüdlü X4 atası Cavabdeh, anası isə İddiaçıdır. Azrəbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət X2 xx.xx.2025-ci il tarixli 1657/2025-ci il tarixli arayışından görünür ki, Məmmədli X5 Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət X2 Qeydiyyat Şöbəsinin inspektoru vəzifəsində xidmət edir və onun aylıq əmək haqqısı tutulmalardan sonra 805.03 (səkkiz yüz beş manat üç qəpik) manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Konstitusiyasının; 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun; 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. 8-ci maddəsinə əsasən isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 19-cu maddəsində isə müəyyən edilmişdir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 11-ci maddəsinə görə hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əlavə edilmiş 8.4-1 yarımbəndinə görə “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 27 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun; 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmənin mövqeyi; İşdə mövcud olan sənədləri araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır. Belə ki, İddiaçı ilə Cavabdeh xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından 28 iyun 2023-cü il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. İddiaçı cavabdehlə ailə qurduqdan sonra bir müddət səmimi yaşamışlar. Lakin sonradan aralarında səmimi münasibətlər pozulmuşdur. Hazırda azyaşlı övladları X6 anasının himayəsindədir. Məhkəmə cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşağın və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Belə ki, iddiaçı cavabdehin aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində alimentin ödənilməsini tələb etsə də, yuxarıda göstərilən qanunvericiliyin normasından da görünür ki, aliment bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi tutlumalı olduğundan iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Bundan başqa iddiaçı cavabdehdən sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,99 misli həddində sabit pul məbləğində alimentin ödənilməsini də tələb etmişdir ki, iş materiallarında olan arayışdan cavabdehin əmək haqqısından başqa digər gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda iddia tələbi həmi hissədə əsassızdır. Bundan başqa iddiaçının 28 iyun 2023-cü il təvəllüdlü X4 3 (üç) yaşına çatanadək saxlanılmağı üçün hər ay sabit pul məbləğində 246 (iki yüz qırx altı) manat alimentin ona verilməsinə dair tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia alimentin tutulması hissəsində qismən təmin olunaraq, 28 iyun 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının və başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment tutularaq İddiaçı verilməlidir. 28 iyun 2023-cü il təvəllüdlü X6 üç yaşına çatanadək Cavabdeh hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,10 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, əsassız olduğundan və aliment vermək üçün zəruri vəsaitə malik olması müəyyən edilmədiyindən sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,99 misli həddində sabit pul məbləğində alimentin tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. İş materiallarından görünür ki, İddiaçı aliment tələbi barədə ərizəsi ilə 06 fevral 2025ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti ərizənin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan mediasiya xərci olan 60 (altmış) manat pulun 30 (otuz) manatı Cavabdeh tutularaq İddiaçı ödənilməli, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh 48.80 (qırx səkkiz manat səksən qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə verilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. 28 iyun 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının və başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment tutularaq İddiaçı verilsin. 28 iyun 2023-cü il təvəllüdlü X6 üç yaşına çatanadək Cavabdeh hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,10 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Aliment tutulmasının əvvəli 06 fevral 2025-ci il tarixdən hesablansın. Alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilsin. Məhkəmə xərcinə daxil olan mediasiya xərci olan 60 (altmış) manat pulun 30 (otuz) manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 48.80 (qırx səkkiz manat səksən qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-761/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-761/2025
30.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver