Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-906/2025 23.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X26 oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-994/2024 saylı qətnaməsi üzrə İddiaçı halhazıradək hesablanmış 3740 manat aliment məbləğinin əsassız olaraq müəyyən edilmiş 3193 manat hissəsinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh 30 oktyabr 2013-cü il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 11 oktyabr 2014cü il tarixdə Dilarə və 04 iyun 2019-cu il tarixdə isə Uğur adlı övladları olmuşdur. 16 dekabr 2024-cü il tarixədək cavabdeh və uşaqlar iddiaçının evində birgə yaşamışlar və ailənin saxlanılması üçün xərclər məhz iddiaçı tərəfindən qarşılanmışdır. Sonradan müəyyən olunmuşdur ki, birlikdə yaşadıqları müddətdə cavabdeh nikahın pozulması, uşaqların himayəsində saxlanılması və aliment tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 13 mart 2024-cü il tarixli e-16(075)-21/2024 saylı qərardadı ilə cavabdehin müvəqqəti təminat tədbiri barədə ərizəsi qismən təmin edilərək, iki azyaşlı uşaqların saxlanılması üçün iş üzrə qətnamə qanuni qüvvəsini alanadək hər uşaq üçün hər ay 160 manat olmaqla cəmi hər ay 320 manat məbləğində alimentin iddiaçıdan tutularaq hazırkı iş üzrə cavabdehə verilməsi qərara alınmışdır. Eyni zamanda məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(075)-994/2024 saylı qətnaməsi əsasında cavabdehlə aralarında bağlanmış nikah pozulmuşdur. Hansı ki, sözügedən qərardad və qətnamədən cavabdehin rəsmi qaydada xəbəri olmamışdır. Tərəflər xx.xx.2024-cü il tarixdən birlikdə yaşamışlar. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Cavabdeh uşaqları da götürərək ata evinə qaçmış və iddaçıya artıq aralarında olan nikahın pozulduğunu bildirmişdir. Qətnamə dərhal icraya yönəldilmiş və iddiaçıya məlumatı olmadığı halda 340 manat aliment məbləğinin ödənməli olması bildirilmişdir və icra məmuru tərəfindən protokol hazırlanaraq məhkəməyə AR-sı İXM-nin 228.1-ci maddəsi ilə tədbir görülməsi üçün təqdim edilmişdir. Məhkəmə tərəfindən İddiaçı aliment borcunu ödəməkdən yayınması əsası ilə 15 gün müddətinə inzibati həbs edilmişdir. İnzibati həbsin verilməsi ilə bağlı məhkəmə iclasında icra sənədi üzrə tələbkarın xx.xx.2024-cü il tarixədək icra sənədi üzrə borclu ilə birlikdə yaşadığı bildirilsə də buna əhəmiyyət verilməmiş, araşdırma aparılmadan şəxs barəsində inzibati həbs qərarı verilmişdir. Həmin məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, tərəflərin sözügedən müddət ərzində birgə yaşamasını təsdiq edən sübutlar təqdim edilməmişdir. Aliment məbləğinin həmin hissəyə münasibətdə silinməsinə dair məhkəmədə iddia qaldırılmalıdır. Məcburiyyət qarşısında qalaraq hazırkı vəziyyətdə birgə yaşadıqları dövrü əhatə edən müddət üzrə əsassız hesablanmış aliment məbləğinin silinməsi üçün məhkəməyə müraciət etməli olmuşlar. Belə olduğu halda cavabdehin və uşaqların iddiaçının himayəsində olmaqla birgə yaşadıqları və xərclərin sonuncu tərəfindən qarşılandığı 04 mart 2024-cü il tarixdən 16 dekabr 2024-cü il tarixədək 9 ay 12 gün müddəti əhatə edən dövr ərzində aliment hesablanmalı olmadığı halda həmin müddət üçün, yəni 9 ay üçün 1060 manat, 12 gün isə 133 manat olmaqla, cəmi 3193 manat hesablanmış aliment məbləği silinməlidir. İddiaçı tərəfindən məhkəmədən əvvəl mediasiya təşkilatına müraciət edilmiş, sonuncu tərəfindən arayış təqdim edilmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tamamilə əsassızdır və iddiaçı iddia ərizəsində məhkəməni yanıldaraq əsassız iddiasının təmin edilməsinə çalışmaqdadır. İddia tələbinin əsassız olmasını təsdiq edəcək biri-birini tamamlayan mötəbər sübutlar mövcuddur, İddiaçı iddia ərizəsinə əlavə etdiyi sübutların özləri də onun iddiasının əsassız olmasını təsdiq edir. Belə ki, iddiaçı öz əsassız iddia ərizəsində qeyd etmişdir ki, “Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, 16 dekabr 2024-cü ıl tarixədək cavabdeh və uşaqlar iddiaçının evində birgə yaşamışlar və ailənin saxlanılması üçün xərclər məhz iddiaçı tərəfindən qarşılanmışdır. Sonradan müəyyən olunmuşdur ki, birlikdə yaşadıqları müddətdə cavabdeh nikahın pozulması, uşaqların himayəsində saxlanılması və aliment tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 13 mart 2024-cü il tarixli e-16(075)- 21/2024 saylı qərardadı ilə cavabdehin müvəqqəti təminat tədbiri barədə ərizəsi qismən təmin edilərək, iki azyaşlı uşaqların saxlanılması üçün iş üzrə qətnamə qanuni qüvvəsini alanadək hər uşaq üçün hər ay 160 manat olmaqla cəmi hər ay 320 manat məbləğində alimentin iddiaçıdan tutularaq hazırkı iş üzrə cavabdehə verilməsi qərara alınmışdır.” xx.xx.2024-cü il tarixdə İddiaçı “nikahın pozulması, uşaq, aliment və əmlak” tələbi ilə bağlı “Mediasiya prosesinin tətbiqi barədə təklif” göndərmiş və göndərilmiş həmin təklif xx.xx.2024-cü il tarixdə Bəxtiyar Elşən oğluna poçt vasitəsi ilə çatdırılmışdır. Cavabdeh tərəfindən həmin təklifə heç bir cavab verilməmiş və buna görə də xx.xx.2024-cü il tarixdə “İlkin mediasiya sessiyası üçün ərizə” ilə Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. İlkin mediasiya sessiyası isə 13 fevral 2024-cü il tarixə saat 14:00-a təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə isə “Müvəqqəti təminat tədbiri barədə ərizə” ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək İddiaçı ilə birgə nikahdan olan övladları 11 oktyabr 2014-cü il təvəllüdlü X8 və 04 iyun 2019-cu il təvəllüdlü X2 üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat alimentin İddiaçı tutularaq ona verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsi (hakim K.Musayev) ərizəçi Cavabdeh tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəyə və ona əlavə edilmiş sənədlərə 30 yanvar 2024-cü il tarixdə baxaraq ərizənin qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı birgə nikahından dünyaya gəlmiş 11 oktyabr 2014-cü il təvəllüdlü X5 və 04 iyun 2019-cu il təvəllüdlü X3 üçün hər ay hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin 29 fevral 2024-cü ıl tarixədək İddiaçı tutularaq Cavabdeh ödənilməsinə dair qərardad qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin 30 yanvar 2024cü il tarixli, e-16(075)-12/2024 saylı qərardadı elə həmin günü icraya yönəldilərək 30.01 2024-cü il tarixli, e-16(075)-12/2024 saylı icra vərəqəsi icra edilməsi üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 30 yanvar 2024-cü ıl tarixli, e-16(075)-12/2024 saylı qərardadı rəsmi qaydada İddiaçı göndərilmiş və Elektron Məhkəmə Sistemində mövcud elektron kabinetə məhkəmə tərəfindən yerləşdirilmiş xəbərnamədən görünür ki, həmin qətnamənin surəti xx.xx.2024-cü il tarixdə şəxsən İddiaçı tərəfindən xəbərnaməyə imza edilməklə alınmışdır. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X23 tərəfindən isə həmin icra sənədi üzrə xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərar qəbul edilmişdir. İddiaçı həmin icra sənədini qəsdən icra etmədiyinə görə icra sənədinin icrasını təmin etmək üçün ödənilməli alimentin İddiaçı işlədiyi "xxxx" MMC-yə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin rəisi Məzahir Məmmədov tərəfindən xx.xx.2024-cü il tarixli, 2672/21 saylı məktub göndərilmiş, lakin İddiaçı bundan xəbər tutan kimi alimenti ödəməmək üçün işdən çıxmışdır. Hətta xx.xx.2024-cü il tarixdə icra məmurunun tapşırığı ilə yönələn alimentin köçürülməsi üçün Azərbaycan Beynəlxaq Bankın Şəki Filialında bank hesabı belə açılaraq icra məmuruna təqdim edilmişdir. Göründüyü kimi Şəki Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, e-16(075)-12/2024 saylı qərardadı rəsmi qaydada İddiaçı təqdim edilmiş, icraya yənəldilmiş, məcburi icra hərəkətləri həyata keçirilmişdir. Lakin hal-hazıradək İddiaçı həmin qərardadı mübahisələndirərək şikayət verməmişdir. Göründüyü kimi onların birgə yaşamaları, uşaqların saxlanılması üçün xərclərin iddiaçı tərəfindən çəkilməsi baradə iddia ərizəsində qeyd edilənlər tamamilə yalan olmaqla əsassız iddianın təmin edilməsi məqsədi güdür. 13 fevral 2024-cü il tarixdə isə onun iddia tələbi üzrə Şəki 1 saylı Mediasiya Təşkilatında ilkin mediaisya sessiyası keçirilmiş, lakin rəsmi qaydada mediasiya sessiyası barədə İddiaçı məlumat verilməsinə baxmayaraq o ilkin mediasiya sessiyasında iştirak etməmiş, ona görə də mediator X25 tərəfindən “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” tərtib edilmişdir. Həmin arayışda da qeyd edilmişdir ki, “Cavabdeh və İddiaçı 23 yanvar 2024-cü il tarixli bildiriş göndərilmişdir. Cavabdeh və İddiaçı göndərilmiş bildiriş xx.xx.2024-cü il tarixdə çatdırılmışdır”. xx.xx.2024-cü il tarixdə isə o, “nikahın pozulması, uşaq və aliment” tələbinə dair iddia ərizəsi ilə Elektron Məhkəmə Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə onun həmin iddia ərizəsi Şəki Rayon Məhkəməsinin dəftərxanası tərəfindən qəbul edilmişdir. Lakin hal-hazıradək həmin iddia ərizəsinə qarşı İddiaçı etirazı məhkəməyə daxil olmamışdır. Halbuki, o, həmin iddia ərizəsində onun İddiaçı ilə 30 oktyabr 2013-cü il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində № 514 nömrə ilə qeydə alınmış nikahlarının barışıq üçün vaxt verilmədən pozulmasına, övladları 11 oktyabr 2014-cü il təvəlüdlü X8 və 04 iyun 2019-cü il təvəllüdlü X6 onun yanında qalması, hər ay hər uşaq üçün sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat aliment olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat alimentin 11 oktyabr 2014-cü il təvəllüdlü X8 və 04 iyun 2019-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı tutularaq ona verilməsinə, alimentin tutulmasının əvvəlinin hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmə tarixindən hesablanması, ödənilmiş 40 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının və 60 manat ilkin mediasiya sessiyası xərcinin cavabdeh İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi o, tələb etdiyi alimentin hesablanmasını iddia ərizəsi ilə məhkəməyə müraciət edilmə tarixindən hesablanmasını xahiş etsə də İddiaçı buna heç bir etiraz və ya münasibət bildirməmişdir. Həmin mülki iş Şəki Rayon Məhkəməsinin icraatında qəbul ediləndən iki gün sonra yəni xx.xx.2024-cü il tarixdə o, yenidən “Müvəqqəti təminat tədbiri barədə ərizə” ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək Şəki Rayon Məhkəməsinin icraatında olan mənim cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaq və aliment” tələbinə dair iddia ərizəsinə dair mülki işə baxılıb, iş üzrə çıxarılacaq qərar qanuni qüvvəsini alanadək cavabdeh İddiaçı ilə birgə nikahdan olan övladlarımız 11 oktyabr 2014-cü il təvəlüldlü X8 və 04 iyun 2019-cü il təvəllüdlü X2 üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat aliment olmaqla cəmi 470 (dörd yüz yetmiş) manatın İddiaçı tutularaq mənə verilməsinə, alimentin tutulmasının əvvəlinin iddia ərizəsi ilə məhkəməyə müraciət edilmə tarixindən hesablanması dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsi (hakim K.Musayev) ərizəçi Cavabdeh tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəyə və ona əlavə edilmiş sənədlərə 06 mart 2024-cü il tarixdə baxaraq ərizənin qismən təmin edilməsi, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların himayəsində saxlanılması və aliment” tələbi ilə bağlı mülki işə baxılıb, iş üzrə çıxarılacaq qərar qanuni qüvvəsini alanadək Cavabdeh ilə İddiaçı birgə nikahlarından olmuş uşaqları 11 oktyabr 2014-cü il təvəllüdlü X8 və 04 iyun 2019-cu il təvəllüdlü X1 üçün hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı alınaraq ərizəçi Cavabdeh ödənilməsi, ərizənin qalan hissədə təmin edilməməsi, qərardadın dərhal icra edilməsinə dair qərardad qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, e-16(075)-21 /2024 saylı qərardadı elə həmin günü icraya yönəldilərək 06 03.2024-cü il tarixli, e-16(075)-12/2024 saylı icra vərəqəsi icra edilməsi üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 06 03 2024-cü ıl tarixli, e-16(075)-12/2024 saylı qərardadı 13 mart 2024-cü ıl tarixdə rəsmi qaydada İddiaçı göndərilmiş və bu barədə məktub Elektron Məhkəmə Sistemində mövcud elektron kabinetə məhkəmə tərəfindən yerləşdirilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X23 tərəfindən isə həmin icra sənədi üzrə xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərar qəbul edilmişdir. İddiaçı həmin icra sənədini qəsdən icra etmədiyinə görə icra sənədinin icrasını təmin etmək üçün ödənilməli alimentin İddiaçı işlədiyi "xxxx" MMC-yə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin rəisi Məzahir Məmmədov tərəfindən xx.xx.2024-cü il tarixli, 3367/21 saylı məktub göndərilmişdir. Göründüyü kimi Şəki Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, e-16(075)-21/2024 saylı qərardadı rəsmi qaydada İddiaçı göndərilmiş, icraya yənəldilmiş, məcburi icra hərəkətləri həyata keçirilmişdir. Lakin hal-hazıradək İddiaçı həmin qərardadı mübahisələndirərək şikayət verməmişdir. Əgər iddia ərizəsində qeyd edildiyi kimi həmin dövrdə onlar birgə yaşasaydılar və uşaqların saxlanılması üçün xərclər iddiaçı tərəfindən çəkilsəydi iddiaçı dərhal həmin qərardaddan şikayət verərdi. Şəki Rayon Məhkəməsinin icraatında olan onun cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaq və aliment” tələbinə dair iddia ərizəsinə dair mülki ış üzrə isə xx.xx.2024-cü il tarixdə qətnamə qəbul edilmiş və Şəki Rayon Məhkəməsinin (sədrlik edən K.Süleymanov) 01 oktyabr 2024-cü ıl tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 30 oktyabr 2013-cü il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 514 nömrə ilə qeyd edilmiş nikah pozulması, tərəflərin birgə nikahdan olan uşaqları - 11 oktyabr 2014-cü il təvəllüdlü X8 və 04 iyun 2019-cü il təvəllüdlü X6 anası iddiaçı Cavabdeh himayəsində saxlanılması, tərəflərin birgə nikahdan olan uşaqları - 11 oktyabr 2014-cü il təvəllüdlü X8 və 04 iyun 2019-cü il təvəllüdlü X2 üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün sabit pul məbləğində 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, alimentin tutulmasının əvvəlinin 04 mart 2024-cü il tarixdən hesablanması, cavabdeh İddiaçı 40 (qırx) manat ödənilmiş dövlət rüsumunun əvəzi, 0.4 (qırx qəpik) manat xidmət haqqı və 60 (altmış) manat mediasiya xərci tutularaq iddiaçı Cavabdeh ödənilməsi, cavabdeh İddiaçı 60,80 (altmış manat səksən qəpik) manat dövlət rüsumunun’ tutularaq dövlət büdcəsinə ödənilməsi, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi qət edilmişdir. Göründüyü kimi Şəki Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, e-2(075)- 994/2024 saylı qətnaməsi ilə təyin olunmuş alimentin tutulmasının əvvəlinin 04 mart 2024-cü il tarixdən hesablanması qət edilsə də İddiaçı hal-hazıradək həmin qətnamənin qeyd edilən hissəsini mübahisələndirməmiş və apelyasiya şikayəti verməmişdir. Həmin qətnamənin surəti Şəki Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli məktubu ilə rəsmi qaydada İddiaçı göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, e-2(075)-994/2024 saylı qətnaməsi icraya yönəldilərək xx.xx.2024-cü il tarixli, e-2(075)-994/2024 saylı icra vərəqəsi icra edilməsi üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X23 tərəfindən isə həmin icra sənədi üzrə xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Yuxarıda sadalanan proseslərdən göründüyü kimi bizim birgə nikahdan olan övladlarımızın saxlanılması üçün müəyyən edilmiş alimentin alınması ilə bağlı iki dəfə Müvəqqəti təminat təqbırinin tətbiqi barədə qərardad, sonuncu dəfə isə mülki iş üzrə yekun məhkəmə aktı olan qətnamə qəbul edilsə də hər üç məhkəmə aktı İddiaçı tərəfindən mübahisələndırılməmiş və Müvəqqəti təminat təqbirinin tətbiqi barədə qərardadlardan şikayət, qətnamədən isə apelyasiya şikayəti verilməmişdir. Artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə alimentin tutulmasının əvvəlinin 04 mart 2024-cü il tarixdən hesablanması müəyyən edilmiş və İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verməyərək hazırkı iddiasının əsassız olmasını özü təsdiq etmişdir. Bundan əlavə iddiaçı iddia ərizəsində məhkəmə prosesi zamanı birgə yaşamağımızı və ailənin saxlanılması üçün xərclərin məhz onun tərəfindən qarşılanmasını qeyd etsə də hələ birinci müvəqqəti təminat tədbiri barədə qərardadın icrası ilə bağlı məcburi icra hərəkətlərinə bağlanılarkən onun məcburi şəkildə icra şöbəsinə gətirilməsi mümkün olmamış və buna görə də Şəki şəhər İHB-nin Qoxmux kənd icra nümayəndəsi tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə borclu İddiaçı Şəki rayonu Qoxmux kəndində yaşamaması və yaşayış yerinin məlum olmaması barədə arayış təqdim edilmiş və həmin arayış əsasında da Şəki rayonu üzrə İcra Şöbəsinin icra məmuru Elbrus Hacıyev tərəfindən Borclunun axtarışı barədə qərar qəbul edilmiş və həmin qərar icra edilməsi üçün Şəki Şəhər-Rayon Polis Şöbəsinə göndərilmişdir. Buna görə də borclu İddiaçı barəsində Şəki ŞRPŞ-si tərəfindən xx.xx.2024-cü il tarixdə axtarı işi açılmışdır. Elektron kabinetə yerləşdirdiyim Şəki Apelyasiya Məhkəməsinin 24 yanvar 2025- ci il tarixli, 3(107)-39/2025 saylı qərarında da bu qeyd etdiklərim öz təsdiqini tapır. Şəki Apelyasiya Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 3(107)-39/2025 saylı qərarında qeyd edilmişdir ki, “Birinci instansiya məhkəməsinin iclası zamanı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X23 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Borclu Ailə Məcəlləsinə uyğun olaraq yaşadığı yeri bildirməli olduğu halda yaşadığı yer barədə də dəqiq məlumat verməmiş, aliment ödəməkdən yayınmışdır. Borclunun yeri məlum olmadığından xx.xx.2024-ci il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək Şəki ŞRPŞ-nə göndərilmiş, Şəki Şəhər-Rayon Polis şöbəsi tərəfindən 23.01 2025-ci il tarixdə tapılaraq şöbəyə gətirilmişdir”. Sual olunur əgər İddiaçı bizimlə birgə yaşamışdırsa nəyə görə Şəki şəhər İHB-nın Qoxmux kənd icra nümayəndəsi tərəfindən Şəki rayonu üzrə icra və Probasiya Şöbəsinə borclu İddiaçı Şəki rayonu Qoxmux kəndində yaşamaması və yaşayış yerinin məlum olmaması barədə arayış təqdim edilmiş və bundan sonra borclunun yeri məlum olmadığından xx.xx.2024- ci il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək Şəki ŞRPŞ-nə göndərilmiş, buna görə də borclu İddiaçı barəsində Şəki ŞRPŞ-sı tərəfindən 09.01 2024-cü ıl tarixdə axtarı işi açılmışdır. Məhz 14 gün sonra axtarışda olan İddiaçı yeri müəyyən edilərək Şəki rayonu üzrə icra və Probasiya Şöbəsinə gətirilmişdir. İddiaçı hələ onun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokola Şəki Rayon Məhkəməsində baxılarkən və Şəki Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli 3(075)-60/2025 nömrəli qərarından barəsində inzibatı xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs İddiaçı müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasıya şikayətinə Şəki Apelyasiya Məhkəməsində baxılarkən İddiaçı məsuliyyətdən yayınmaqdan ötrü eyni ilə hazırkı iddia ərizəsində qeyd etdiyi kimi aliment borcunu qəbul etmədiyini və guya bizim birlikdə yaşadığımız qeyd etsə də hər iki məhkəmə instansiyası onun İXM-nın 528.1-ci maddəsi ilə təqsirli bilmişlər. Qanuni qüvvəsini almış Şəki Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli 3(075)-60/2025 nömrəli qərarı və Şəki Apelyasiya Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 3(107)-39/2025 saylı qərarı ilə borclunun ona aliment borcunun olması və borclu tərəfindən qəsdən aliment borcunu ödəməkdən yayındığı müəyyən edilmişdir. İddiaçı bilir ki, artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsini icra etmədiyinə görə İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş və yenə də qətnaməni icra etməsə onun barəsində CM-nin 306.1-ci maddəsi ilə cinayət işi açılacaq və bundan yayınmaqdan ötrü hazırkı qanunsuz və əsassız iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə Mülki, prosessual qanunvericiliyin tələbinə əsasən iddiaçı qeyd etdiyi halları sübut etməli olduğu halda iddia ərizəsinə həmin halları təsdiq edəcək heç bir sübutu iddia ərizəsinə əlavə etməmişdir. Göründüyü kimi iddiaçı iddia tələbinin əsaslı olması barədə heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən “Azemis” Elektron Məhkmə sistemində yaradılmış elektron kabinetə əlavə etdiyi guya xx.xx.2025-ci il tarixdə tərtib edilmiş aktın özü saxta olmaqla həqiqəti əks etdirmir. Belə ki, guya xx.xx.2025-ci il tarixdə İddiaçı aktda qeyd edilən şəxslərlə birlikdə həmin aktı tərtib edilmələri qeyd edilsə də borclu İddiaçı yeri məlum olmadığından icra məmuru tərəfindən xx.xx.2024-ci il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək Şəki ŞRPŞ-nə göndərilmiş, Buna görə də borclu İddiaçı barəsində Şəki ŞRPŞ-si tərəfindən xx.xx.2024-cü il tarixdə axtarı işi açılmışdır. Necə olur ki, borclunun yeri dövlət qurumları tərəfindən müəyyən oluna bilmir amma guya onun, qonşuların və qohumların iştirakı ilə xx.xx.2025-ci ildə akt yazılır? Bundan əlavə həmin aktın saxta olmasını elə aktın Şəki rayonu Qoxmux kənd bələdiyyəsiin sədri X20 tərəfindən tərtib edilməsi də təsdiq edilir. Belə ki, Şəki rayonu Qoxmux kənd bələdiyyəsiin sabiq sədri X4 Bəxtiyar Elşən oğlunun doğma bacıdır və bələdiyyənin belə bir aktı tərtib etmək və təsdiq etmək səlahiyyəti yoxdur. Göründüyü kimi bələdiyyələrin kimin harada və kimlə yaşamasını təsdiq edəcək akt tərtib etməyə səlahiyyəti yoxdur və Şəki rayonu Qoxmux kənd bələdiyyəsiin sabiq sədri X20 öz vəzifə səlahiyyətlərini aşaraq və sui-istifadə edərək qardaşının xeyrinə belə bir saxta akt tərtib etmişdir. Buna görə də vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qardaşının xeyrinə saxta akt tərtib edən Şəki rayonu Qoxmux kənd bələdiyyəsinin sabiq sədri X20, həmin aktı izlamış şəxslər İddiaçı, X16, Sülöymanov müşviq Bəşarət oğlu, Musayeva mehriban Vəgəgüüllah qızı, X7, X21 və X17 barəsində xüsusi qərardad qəbul edilərək araşdırılması üçün Şəki rayon prokurorluğuna göndərilməlidir. İşdə iştirak edən şəxslərin mövqeyi: Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, nikahın pozulmasından qismən məlumatlı olub. Cavabdehlə birlikdə yaşayırlar. Cavabdeh ondan boşanmaq üçün şəxsiyyət vəsiqəsini istəmişdir. Evin xərclərini iddiaçı özü ödəmişdir. Cavabdeh şirniyyat sexində özünün dediyinə görə günə 10 manat işləmişdir və iddiaçı özü də günə 20 manata işləmişdir. Onun məhkəmə qərardadından məlumatı olub, ancaq qətnamə qanuni qüvvəsini alanadək birlikdə yaşayıblar və bu səbəbdən də aliment ödəməmişdir. Onlar birlikdə yaşadıqları dövrdə xərcləri o çəkmişdir. Hesab edir ki, 3740 manat aliment borcu əsassızdır və silinməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Şəki Rayon Məhkəməsinin 16(075)-12/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından dünyaya gəlmiş 11 oktyabr 2014-cü il təvəllüdlü X5 və 04 iyun 2019-cu il təvəllüdlü X3 üçün hər ay hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment 29 fevral 2024-cü il tarixədək İddiaçı tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. - Şəki rayon Qoxmuq kəndi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Qoxmuq kənd sakini İddiaçı 30 oktyabr 2013-cü il tarixdə Cavabdeh ilə Şəki rayon Qoxmuq kəndində ailə həyatı qurmuşdurlr və iki övladları var. Onların bildiyi məlumata görə 30 oktyabr 2013-cü ildən 16 dekabr 2024-cü ilə qədər Cavabdeh və İddiaçı atası X12 məxsus evdə yaşamışdır. xx.xx.2024-cü il tarixdən Cavabdeh həmin evdən çıxıb getmişdir. - Şəki rayonu İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elburus Hacıyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, xx.xx.2024-cü il tarixdə icraatına daxil olmuş Şəki Rayon Məhkəməsinin e-16(075)-12/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. - Şəki Rayon Məhkəməsinin 16(075)-21/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların himayəsində saxlanılması və aliment” tələbi ilə bağlı mülki işə baxılıb, iş üzrə çıxarılacaq qərar qanuni qüvvəsini alanadək Cavabdeh ilə İddiaçı birgə nikahlarından olmuş uşaqları 11 oktyabr 2014-cü il təvəllüdlü X8 və 04 iyun 2019-cu il təvəllüdlü X1 üçün hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment cavabdeh İddiaçı alınaraq ərizəçi Cavabdeh ödənilməsi qərara alınmışdır. - Şəki rayonu İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elburus Hacıyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, xx.xx.2024-cü il tarixdə icraatına daxil olmuş Şəki Rayon Məhkəməsinin e-16(075)-21/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. - Şəki Rayon Məhkəməsinin 2(075)-994/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahdan olan uşaqları – 11 oktyabr 2014-cü il təvəllüdlü X8 və 04 iyun 2019-cü il təvəllüdlü X2 üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün sabit pul məbləğində 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi, alimentin tutulmasının əvvəli 04 mart 2024-cü il tarixdən hesablanması qət edilmişdir. - Şəki rayonu İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elburus Hacıyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, xx.xx.2024-cü il tarixdə icraatına daxil olmuş Şəki Rayon Məhkəməsinin e-2(075)-994/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli MŞŞ/MT018/2025-00152 nömrəli arayışdan görünür ki, ilkin mediasiya sessiyası ilə bağlı mediasiya xərci olaraq 50 manat, poçt və dəftərxana xərci olaraq 10 manat olmaqla, cəmi 60 (altmış) manat İddiaçı tərəfindən Şəki 1 saylı Mediasiya Təşkilatının hesabına ödənilmişdir. - Şəki Rayon Məhkəməsinin 3(075)-60/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilməsi qərara alınmışdır. - Şəki Apellyasiya Məhkəməsinin 3(107)-39/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs İddiaçı müdafiəçisi Vəkil tərəfidən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. - Şəki rayonu İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elburus Hacıyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, xx.xx.2024-cü il tarixdə icraatına daxil olmuş Şəki Rayon Məhkəməsinin e-16(075)-12/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. - 05 may 2025-ci il tarixdə məhkəmə iclasında şahid qismində dindirilən şəxs X9 izahatında bildirmişdir ki, İddiaçı ilə Cavabdeh ilə birlikdə dekabr ayına qədər yaşayıblar. - 05 may 2025-ci il tarixdə məhkəmə iclasında şahid qismində dindirilən şəxs X10 izahatında bildirmişdir ki, İddiaçı ilə Cavabdeh ilə birlikdə dekabr ayına qədər yaşayıblar. - xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzə əsasən iddia ərizəsinin verilməsi üçün 50 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Konstitusiyasının; 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun; 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. 8-ci maddəsinə əsasən isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 19-cu maddəsində isə müəyyən edilmişdir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 11-ci maddəsinə görə hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun; 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, İddiaçı Cavabdeh ilə nikahlarını 30 oktyabr 2013-cü il tarixdə Şəki Rayon Qeydiyyat Şöbəsində 514 nömrə ilə qeydə aldırmaqla ailə qurmuşdur. Tərəflərin birgə nikаhındаn 11 oktyabr 2014-cü il təvəllüdlü X8 və 04 iyun 2019-cu il təvəllüdlü X13 аdındа bir uşaqları doğulmuşdur. Daha sonra Cavabdeh nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rаyоn Məhkəməsinin xx.xx.2024-cü il tаrixli qətnаməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 30 oktyabr 2013-cü il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 514 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları – 11 oktyabr 2014-cü il təvəllüdlü X8 və 04 iyun 2019-cü il təvəllüdlü X6 anası iddiaçı Cavabdeh himayəsində saxlanılması, tərəflərin birgə nikahdan olan uşaqları – 11 oktyabr 2014-cü il təvəllüdlü X8 və 04 iyun 2019-cü il təvəllüdlü X2 üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün sabit pul məbləğində 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, alimentin tutulmasının əvvəlinin 04 mart 2024-cü il tarixdən hesablanması qət edilmişdir. Məhkəmə, hesablanmış aliment borcunun silinməsi tələbinə münasibətdə qeyd edir ki, iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlarından müəyyən edilmişdir ki, iddiaçının alimentin ödənilməsi ilə bağlı məhkəmə qərardadlarından və qətnamədən məlumatı olmuş, lakin özünü deməyinə görə birgə yaşamaları və ailənin xərcinin onun tərəfindən qarşılanması səbəbindən o, aliment ödəməli olmadığını zən etmişdir. İş materiallarının araşdırılması zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, müvəqqəti alimentin tutulması barədə Şəki Rayon Məhkəməsini xx.xx.2024-cü il tarixli 16(075)-12/2024 saylı qərardadını iddiaçı xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə almışdır. Həmçinin nikahın pozulması, uşaq və aliment tələbinə dair iş üzrə də məhkəmə bildirişləri poçt vasitəsilə iddiaçıya çatdırılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının dedikləri alimenti ödəməkdən yayınmaq üçün müdafiə xarakteri daşıyır. Yuxarıda qeyd edilənlər məhkəməyə bunu deməyə əsas verir ki, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə, cavabdehin iddiaçının bacısı X20, həmin aktı izlamış şəxslər İddiaçı, X16, Sülöymanov müşviq Bəşarət oğlu, Musayeva mehriban Vəgəgüüllah qızı, X7, X21 və X17 barəsində xüsusi qərardad qəbul edilərək araşdırılması üçün Şəki rayon prokurorluğuna göndərilməsi barədə vəsatətinə münasibətdə isə qeyd edir ki, cavabdeh tərəfindən vəsatətin əsaslılığına dair hər hansı sübut təqdim edilmədiyindən vəsatət təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-906/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-906/2025
23.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver