Məhkəmə qərarları › İş №e-2(075)-917/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-917/2022

01.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-917/2022 01.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Cavabdeh himayəsində, faktiki isə, xx.xx.2021-ci il tarixindən artıq onun himayəsində yaşayan, cavabdehlə birgə nikahdan doğulmuş övladları, xx.xx.2009-cu il təvəllüdlü X2 onun himayəsinə verilməsinə və onun yetkinlik yaşına çatanadək baxılması və saxlanması üçün hər ay 200 (iki yüz ) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Şəki rayon Məhkəməsi xx.xx.2019-cu il tarixli, 2(075)-291/2019 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında 11 avqust 2005-ci il tarixində, Şəki rayonu üzrə Qeydiyyat Şöbəsində bağlanmış 263 saylı nikahın pozulmasını qət etmişdir. Şəki rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli, 2(075)-142/2020 saylı qətnaməsi ilə, iddiaçı ilə cavabdehin birgə nikahlarından anadan olmuş 12 may 2006-cı il təvəllüdlü X4 və 12 avqust 2009-cu il təvəllüdlü X2 ataları, yəni cavabdehin himayəsinə verilmələrini qət etmişdir. Şəki Apellyasiya Məhkəməsi xx.xx.2020ci il tarixli, 2(107)-982/2020 saylı qətnaməsi ilə, Şəki rayon Məhkəməsinin xx.xx.2020 -ci il tarixli, 2(075)-142/2020 saylı qətnaməsinin “iddianın təmin olunmayan” hissəsində ləğv edilməsi və iddiaçı ilə cavabdehin birgə nikahından anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək baxılmaları və saxlanılmaları üçün hər ay, hər uşaq üçün 60 (altmış) manat, cəmi 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh verilməsini qət etmişdir. xx.xx.2021-ci il tarixində, iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş qızı, xx.xx.2009-cu il təvəllüdlü X7 ona zəng edərək hazırkı iş üzrə cavabdehin, yəni atası X3 ona qarşı amansız fiziki işgəncə uyğuladığını, ağır küçə söyüşləri ilə təhqir etməsini və bunun əsasında onun təcili olaraq atasından alınmaqla, onun himayəsində yaşamasının təmin olunmasını tələb etmişdir. Telefon zəngindən dərhal sonra, o, cavabdehlə övladlarının yaşadığı ünvana getmiş və qızı X5 da götürərək öz yaşadığı evə gətirmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, cavabdehlə nikahları 2019-cu il tarixdə pozulmuşdur. Uşaqlar onun himayəsinə verilsə də, cavabdeh uşaqları görüşmək məqsədi il aparmış, lakin sonradan onun yanına qayıtmaqlarına icazə verməmişdir. Həmin gündən uşaqları ona göstərməmişdir. Uşaqların adından ona mesaj yazaraq görüşmək istədiklərini bildirmiş lakin uşaqları görüş yerinə göndərməmişdir. Heç yerdə işləməməyimə baxmayaraq qarşı tərəf aliment tələb etdiyindən hər ay sabit pul məbləğində 120 manat aliment ödəmişdir. Hazırda qızı Gülnaz onun yanındadır. Məhkəmədən 12 avqust 2009-cu il təvəllüdlü X2 cavabdehdən alınaraq onun himayəsinə verilməsini xahiş edir. Məhkəmə iclasında anası İddiaçı iştirakı ilə dinidirilmiş X7 bildirdi ki, hal-hazırda anasının yanında qalır. Atasının yanında qaldığı müddətdə anası ilə görüşməyə icazə verməmişdir. Onu döydüyü və məktəbə qoymadığı üçün atasının yanında qalmaq istəmir. Anasının himayəsinə verilərsə atası ilə görüşməyəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı aydın oldu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 12 may 2006-cı il təvəllüdlü X9 və 12 avqust 2009-cu il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Nikaha daxil olduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan bu münasibət korlanmış və nəticədə aralarındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Tərəflər aralarında bağlanmış nikah pozularkən birgə nikahdan olan uşaqlar atalarının himayəsində saxlanılmışdır. xx.xx.2009-cu il təvəllüdlü X7 anasının yanında qalmaq istədiyini bildirmişdir. Bu səbəblə İddiaçı X5 da götürərək öz yaşadığı evə gətirmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. İşdə olan Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-142/2020 saylı qətnaməsinin surətindən görünür ki,tərəflərin birgə nikahdan olan uşaqları xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X7 anaları Cabbarova (Abdullayeva) Gülnar Sərdar qızının himayəsindən alınaraq ataları Cavabdeh verilməsi və onun himayəsində saxlanılması qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)-982/2020 saylı qətnaməsinin surətindən görünür ki, Şəki Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 2 (075)-142 /2020 nömrəli qətnaməsi “iddianın təmin olunmayan” hissəində leğv edilməsi və cavabdeh Cabbarova (Abdullayeva) Gülnar Sərdar qızından 21 yanvar 2020ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 60 (altmış) manat, cəmi 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, 12 avqust 2009-cu il təvəllüdlü X2 anası İddiaçı, atası isə Cavabdehdur. İşdə olan Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 04 mart 2022-ci il tarixli, 2022- MŞİH-14381 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiyasında iştirak etmiş, mediasiya xərci olan 50 manat tərəfindən ödənilmişdir. İşdə olan 17 iyun 2022-ci il tarixli, 7/944 nömrəli Şəki şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən görünür ki, Şəki rayonu Şəki şəhəri, H.Əliyev prospektində qeydiyyatda olan, faktiki Bakı şəhəri, 4-cü mikrorayonda qalan İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh qarşı “uşaq” tələbinə dair iddiasına Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 17 iyun 2022-ci il tarixli iclasında baxılmışdır. Komissiyanın iclasında İddiaçı, tərflərin birge nikahlarından anadan olmuş övladları xx.xx.2009-cu il təvəllüdlü X7 və iddiaçının atası X11 iştirak etmişlər. Cavabdeh komissiyanın iclasına dəvət edilsə də, gəlməkdən imtina etmişdir. Həmçinin xx.xx.2009-cu il təvəllüdlü X2 anasının yanında qalmasına etiraz etmədiyini bildirmişdir. Komissiyanın iclasında çıxış edən İddiaçı cavabdehlə Şəki Rayon Məhkəməsinin qətnaməsinə əsasən nikahlarını pozulduğunu, birgə nikahdan olan övladları xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2009-cu-il təvəllüdlü X7 ataları X8 himayəsində saxlanıldığını bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, 14 sentyabr 2021-ci il tarixdən xx.xx.2009-cu il təvəllüdlü X1 yanına gəlmişdir. Lakin xx.xx.2006-cı il təvəllüdlü X9 atasının yanında qalaraq anasının yanına gəlməmişdir. Həmçinin xx.xx.2006-cı il təvəllüdlü X9 ilə telefon vasitəsi ilə əlaqə saxlanılmış və atasının yanında qalmaq istədiyini qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq tələblərini, Şəki şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının üzvlərinin rəylərini, xx.xx.2009cu il təvəllüdlü X2 rəyini nəzərə alaraq, xx.xx.2009-cu il təvəllüdlü X2 anası İddiaçı himayəsində, xx.xx.2066-cı il təvəllüdlü X4 isə atası Cavabdeh yanında saxlanılması məqsədəmüvafiq müvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşaqların maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valdeynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərindən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla həll edilir. BMT Baş Assabbleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİY) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideyinlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir-azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Məhkəmə iş materiallarını, iddiaçının izahatını, Qəyyumluq və himayəçilik orqanının rəyini, X2 mənafeyini, yaşını, anasının yanında qalmaq istəyini nəzərə alaraq hesab edir ki, 12 avqust 2009-cu ildə anadan olmuş X7 anası İddiaçı yanında saxlanılmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləjə də aliment verməyə borjlu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Azərbaycan Respublikasının MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Cavabdeh tərəfindən iddiaçının qazancı barədə məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Məhkəmə cavabdehin iddiaçının qazancı barədə heç bir sənədin təqdim etməməsini nəzərə alaraq hesab edir ki, iddiaçıdan cavabdehin xeyrinə aliment tutulmalı və aliment sabit pul məbləğində müəyyən edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, xx.xx.2009-cu il təvəllüdlü X7 anası İddiaçı yanında saxlanılması, X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 120 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının əvvəli 31 mart 2022-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. MPM-nin 119-cu maddəsinə müvafiq olaraq dövlət rüsumu tələb etməməsi nəzərə alınaraq iddiaçının özünə aid edilməlidir. Cavabdeh 34.40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 223 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X7 anası İddiaçı yanında saxlanılsın. X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 120 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli 31 mart 2022-ci il tarixdən hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilsin. İddiaçı dövlət büdcəsinə ödədiyi dövlət rüsumu özünə aid edilsin. Cavabdeh 34.40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar