Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1172/2025 02.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi İddiaçı və onun nümayəndəsi (vəkili) https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2650486Nümayəndə, Cavabdehv ənümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment ödəməkdən azad olunma” tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X3 üçün məhkəmə qaydasında müəyyən olunmuş alimentin ödənilməsindən onun xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü ilədək həbsdə olduğu müddətdə azad olunmağına, 50 manat mediasiya xərcinin, 50 manat dövlət rüsumunun, 330 manat vəkil xidmət haqqının cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında olan nikah Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-294/2024 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X3 cavabdehin himayəsində saxlanılmış və X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 200 manat sabit pul formasında aliment təyin olunmuşdur. Alimentin xx.xx.2023-cü il tarixindən hesablanmasına dair qərar verilmişdir. Məhkəmə işə baxarkən o məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Çünki məhkəmə işə baxanda o həbsdə idi və Gəncə 2 saylı Təcridxanada saxlanılırdı. Eyni zamanda qeyd edir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(076)-60/2024 saylı hökmü ilə 1 (bir) il azadlıqdan məhrum olunmuşdur. Cəzanın başlanğıcı xx.xx.2023-cü il tarixindən hesablanmışdır. Çünki barəsində olan cinayət işi ilə bağlı olaraq xx.xx.2023-cü ildən həsbdə idi. Cəza çəkmə müəssəsində isə o işləmədiyindən heç cür aliment məbləğini ödəyə bilməzdi. Lakin buna baxmayaraq xx.xx.2023-cü il tarixindən onun cəzasının bitdiyi tarixədək, yəni xx.xx.2024-cü ilədək aliment hesablanmışdır. Ümumilikdə həmin müddət üçün müəyyən olunmuş alimentin məbləği 2400 (iki min dörd yüz) manat olmuşdur. O, həbsdə olduğu üçün həmin məbləğ ona borc hesablanmış və həmin məbləği ödəmək imkanın olmadığından barəsində icra məmuru tərəfindən tədbirlər görülmüşdür. Cavabdehə məhkəmə qaydasında müəyyən olunmuş alimentin ödənilməsindən həbsdə olduğu müddətdə azad olunmağına dair mediasiya təklifi göndərsə də, cavabdeh bundan imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi (vəkili) https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2650486Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı ilə birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X3 olmuşdur. Şəmkir Rayon Məhkəməsinin 2(076)-294/2024 saylı xx.xx.2024-cü il tarixli qətanaməsi ilə iddiaçı ilə aralarında olan nikah pozulmuş və Əliəkbər adlı uşağın saxlanılması üçün İddiaçı hər ay 200 manat aliment tutularaq ona ödənilməsi qərara alınmışdır. Qeyd edilən qətnamədən apellyasiya şikayəti verilsə də qətnamə dəyişdirilmədən saxlanılmışdır. Şəmkir Rayon Məhkəməsinin qətnaməi çıxan zaman İddiaçı həbsdə olması nəzərə alınmış və ona uyğun məbləğdə aliment müəyyən edilmişdir. Daha sonra Həsən tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilsə də qətnamə dəyişdirilmədən saxlanılmışdır. Əliəkbər adlı uşağın saxlanılması üçün iddiaçı həbsdə olan zaman kifayət qədər çətinlik çəkmiş, həmin vaxtı aliment müəyyən edilsə də iddiaçı həbsdə olduğundan ödəyə bilməmişdir. Hazırda iddiaçı həbsdən azad edilmişdir. Ona görə iddianın rədd edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 2515 nömrəli Şəmkir rayin qeydiyyat şöbəsinin X3 xx.xx.2021-ci il tarixdə Şəmkir şəhərində anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında Cavabdeh qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 2(076)-294/2024 saylı 09 fevral 2024-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 03 mart 2021-ci il tarixdə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra 11 mart 2021-ci il təvəllüdlü X1 anası Cavabdeh himayəsində saxlanılması, 19 oktyabr 2023-cü il tarixdən başlayaraq, 11 mart 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment İddiaçı alınaraq Cavabdeh ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 2(104)-1280/2024 saylıGəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnaməsinindən görünür ki, cavabdeh İddiaçı Müzəfər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Şəmkir Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli 2(076)-294/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan AZ_İ 497295 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh nikahları Şəmkir Rayon Məhkəməsinin 2(076)-294/2024 saylı 09 fevral 2024-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 1(076)-60/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzası qismən toplanması və üzərində qəti olaraq 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması və cəzasını ümumi tipli cəza çəkmə müəssisəsində çəkməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 19 sentyabr 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. İş materiallarına əlavə edilmiş MŞG/1/MT007/2024-02378 saylı xx.xx.2024-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə saat 11:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 manat məbləğində xərci tam ödəmişdir. Belə ki, mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 2(076)-294/2024 saylı 09 fevral 2024-cü il tarixli qətnaməsi ilə hər ay uşağa 200 manat məbləğində aliment ödənilməsi qət edilmişdir. İddiaçı 2024-cü ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda iddiaçı xx.xx.2021-ci il təvəllüdlü X3 üçün məhkəmə qaydasında müəyyən olunmuş alimentin ödənilməsindən onun xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü ilədək həbsdə olduğu müddətdə azad olunmağına, 50 manat mediasiya xərcinin, 50 manat dövlət rüsumunun, 330 manat vəkil xidmət haqqının cavabdehdən alınıb ona verilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun (bundan sonra - “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci, «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 9-cu maddələrinə əsasən məhkəmə hesab edir ki, mübahisənin həllində ilk növbədə uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməlidir. Qeyd edilən normalar baxımından məhkəmə hesab edir ki, hər bir halda uşağın üstün mənafeyi başlanğıc prinsipdir. Qeyd edilənlərə əsasən məhkəmə iddiaçının iddiası ilə razılaşmır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının iddia tələblərinin təmin edilməsi üçün qeyd olunan maddələrdə nəzərdə tutulan əsaslar yoxdur. Belə ki, aliment borcunun məhz iddiaçının xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəlməsi, habelə onun ailə və maddi vəziyyətinin bu borcu ödəməyə imkan verməməsi mülki iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, həmçinin iddianın “330 manat vəkil xidmət haqqının cavabdehdən alınması” hissəsini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121–ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş 300 manat vəkil xidmət haqqı, 50 manat mediasiya xərcinin, 50 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “aliment ödəməkdən azad olunma” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-1172/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1172/2025
02.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver